22 Dekabr 2024, Bazar

Bu gün istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibb xidməti göstərilir, yeni tibb müəssisələri tikilir, səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz edilir, insanlar arasında mütəmadi olaraq səhiyyə maarifi işi aparılır.
Hazırda səhiyyə ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, onlar müasir cihazlar və aparatlarla təchiz olunur. Belə aparatlardan biri də bu günlərdə Şərur Rayon Mərkəzi Xəstəxanasında quraşdırılıb. Yeni quraşdırılan flüoroqrafiya aparatının üstünlükləri çoxdur. Bu avadanlıq müxtəlif qəzalar zamanı meydana gələn sınıq, çıxıq və digər patologiyaları bir neçə saniyəyə təyin edir. İndiyədək istifadə olunan rentgen cihazlarında bu müddət bir neçə saat çəkirdi. Flüoro­qrafiya cihazı vasitəsilə döş qəfəsi patologiyalarının təyini, dayaq-hərəkət sisteminə aid sümüklərin, birləşmələrin yerdəyişməsinin, sümük qaralmalarının, oynaqlarda iltihab proseslərinin, sümüyün bədxassəli şişlərinin müəyyən olunmasını da həyata keçirmək mümkündür. Bu müasir avadanlıqdan istifadə səhiyyə sistemində operativliyin artmasına imkan yaradıb.
Məlumat üçün qeyd edək ki, qısa müddət ərzində bu xidmətdən 400-dən artıq xəstə yararlanıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR