22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi noyabr ayında öz işini təsdiq olunmuş tədbirlər planına uyğun quraraq əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.
Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması xidmətin səviyyəsini xeyli yaxşılaşdırmış, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması vətəndaşların sağlamlığının qorunması işində mühüm rol oynamışdır.
Ötən ay Culfa rayonunda Qızılca, Ordubad rayonunda isə Gilançay feldşer-mama məntəqələri əhalinin istifadəsinə verilmişdir. Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili davam etdirilmişdir. Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 24 nəfərdə müayinə, 15 nəfərdə əməliyyat yerinə yetirilmişdir.

Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzindən Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə şöbəsinə HİV, hepatit B, C və sifilis testləri, reaktiv və tibbi materiallar, ARV terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dərman preparatları gətirilmişdir.
Noyabr ayında orta tibb işçilərinin sertifikasiya imtahanında 81 nəfər iştirak etmiş, 76 nəfər uğurlu nəticə qazanaraq müsahibə mərhələsinə qatılmışdır. Ay ərzində müsahibə turunda 152 nəfər iştirak etmiş, 147 nəfər müsahibədən keçmişdir.
Naxçıvan Muxtar Respublikası təhsil müəssisələrində şagirdlərin kütləvi müayinəsi davam etdirilmiş, ilin əvvəlindən 33 min 698 şagirddə müayinə aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim-bakterioloqu Səbuhi Məmmədov Almaniyanın Hamburq şəhərinin İtstedt qəsəbəsində yerləşən mərkəzi bakterioloji laboratoriyada ikihəftəlik kursda olmuşdur.
Ay ərzində görkəmli cərrah Mehdi Bağır­ovun 100 illik yubileyinə həsr edilmiş “Cərrahiyyənin aktual problemləri” mövzusunda konfrans, “Stomatoloji innovasiyalar” mövzusunda elmi-praktik konfrans, Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin iştirakı ilə Naxçıvan şəhərində, Ordubad və Şərur rayonlarında inaktivləşmiş poliomielit vaksininin istifadəsinin məqsədi və tətbiqi qaydaları haqqında pediatrların, epidemioloqların, nevropatoloqların və muxtar respublika vaksinatorlarının seminar-treninqi keçirilmişdir.
Rayon və kənd tibb müəssisələrinin fəaliyyətinə nəzarət məqsədilə noyabr ayında Ordubad rayon Üstüpü həkim ambulatoriyasına, Düylün, Çənnəb feldşer-mama məntəqələrinə, Babək rayon Cəhri Kənd Sahə Xəstəxanasına, Aşağı Buzqov həkim ambulatoriyasına, Payız, Gülşənabad feldşer-mama məntəqələrinə, Şərur Rayon Mərkəzi Xəstəxanasına, Danyeri, Xanlıqlar, Tumaslı, Ələkli, Çərçiboğan, Çomaxtur, Püsyan, Siyaqut, Qarxun, Mahmudkənd həkim ambulatoriyalarına, Tənənəm, Dərəkənd, Arbatan, Dərvişlər, Çəmənli, Qarahəsənli feldşer-mama məntəqələrinə gedilmiş, nöqsanların yerindəcə həll olunması üçün tapşırıqlar verilmişdir.
Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə noyabr ayı ərzində muxtar respublika üzrə 21 nəfər Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 21 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 12 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR