22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstə­xanasının həkim briqadası oktyabrın 12-dən start götürən payız mövsümünün dərin tibbi müayinələrini başa çatdırıb. Naxçıvan şəhərinin 20 tam orta məktəbində 10 min 485 şagird tibbi yoxlamadan keçirilib ki, bu da şəhər məktəblilərinin 96 faizini təşkil edir. 1283 oftalmoloji, 374 LOR, 273 nevroloji, 102 cərrahi, 33 dermato-veneroloji, 171 endokrinoloji, 179 pediatrik və digər xəstəliyə meyilli uşaq qeydə alınıb.
Aparılan müayinələr bəzi nəticələr çıxarmağa imkan verib. Belə ki, oftalmoloji müayinələr nəticəsində şagirdlər arasında ən çox miopiya (yaxındangörmə), stomatoloji müayinələrdə ortodentik, digər ixtisasyönümlü müayinələrdə bəzi şagirdlərdə nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkar olunub.
Əlbəttə, bunlar hələ ilkin tibbi müayinələrin nəticələrini əks etdirir. Əvvəlki illərdə olduğu kimi, həmin şagirdlər dispanser qeydiyyatına götürülərək Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunur, daha ətraflı və dərin müayinədən keçirilir, xəstə­liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunur. Bütün bunlar xəstəliklərin vaxtında müayinə və müalicəsi üçün çox faydalıdır.
Muxtar respublikanın rayonlarında isə şagirdlərin dərin tibbi müayinələri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR