22 Dekabr 2024, Bazar

Fevral ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olub. Zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib.
Yenidoğulmuş uşaqların 96,9 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 95 min 340 kvadratmetr dezinfeksiya və 21 min 20 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilib.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai-iaşə, ticarət obyektlərində, su təchizatı, sərhəd-gömrük məntəqələrində, həmçinin Naxçıvan Beynəlxalq Hava Limanında profilaktik əks-epidemik tədbirlər həyata keçirilməklə muxtar respublikaya xarici ölkələrdən gələn sərnişinlər üzərində xəstəliyə şübhəli hərarətli şəxslərin aşkar olunması üçün uzaq məsafədən ölçən termometr sistemləri quraşdırılıb. Bütün gömrük məntəqələri və hava limanında vətəndaşlar üzərində vizual müayinə aparılması təmin olunub.

Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirərək 58 su, 62 yuyuntu nümunələrinin, 540 digər nümunələrin müayinələrini aparıb.
Həmin dövrdə obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 183, təhsil üzrə 284, qidalanma sənayesi, ictimai-iaşə və ticarət üzrə 139, kommunal sahələr üzrə 70, sürücülük üzrə 33 nəfər olmaqla, bütövlükdə, 709 nəfər müayinədən keçib.
Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin Qidalanma gigiyenası laboratoriyasında 12 nümunədə 29 müayinə aparılıb, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 3 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilib.
Kommunal gigiyena laboratoriyasında 12 nümunədə 75, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 4 nümunədə 16 müayinə aparılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR