22 Dekabr 2024, Bazar

Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında tanınmış cərrah, SSRİ Xalq həkimi Mehdi Bağır­ovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkil etdiyi tədbiri səhiyyə nazirinin müavini Sona Məmmədova açaraq Mehdi Bağır­ovun milli cərrahiyyənin inkişafındakı xidmətlərindən danışmışdır.
Qeyd olunmuşdur ki, o, hələ sovet hakimiyyəti dövründə Azərbaycanda “SSRİ xalq həkimi” adına layiq görülmüş nadir həkimlərdən biri idi. Mehdi Bağırov İkinci Dünya müharibəsində Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmışdır. Ordudan tərxis olunduqdan sonra Naxçıvanda milli cərrahiyyənin bünövrəsini qoymuş, yeni nəsil cərrahların yetişməsində xüsusi rolu olmuşdur.
Xalq arasında böyük nüfuzu olan Mehdi Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, müxtəlif orden və medallarla təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi ilə 2005-ci ildə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, SSRİ Xalq həkimi Mehdi Bağırovun anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmiş və konfransın materialları kitab şəklində çap olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-cərrahı Sabir Novruzov Mehdi Bağırovun həyat və fəaliyyəti barədə məlumat vermiş, onun hələ sovet dövründə “Mediçinskaya qazeta”da dərc olunmuş “Sizin rəyiniz, doktor” adlı məqaləsində yeni nəsil cərrahların yetişməsinə xüsusi önəm verdiyini xatırlatmışdır.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası Travmatoloji şöbəsinin ordinatoru Adil Məmmədov Mehdi Bağırovun Naxçıvanda cərrahiyyənin inkişafındakı rolundan danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-cərrahları Cəbi İsmayılovun, Etibar Bababəylinin müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
Nazirliyin strukturuna daxil olan səhiyyə müəssisələrinin həkim-cərrahlarını, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin, Naxçıvan Tibb Kollecinin müəllim və tələbələrini maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR