21 Dekabr 2024, Şənbə

Son illər uşaq əhalisinin, xüsusən məktəb­yaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu tədbirlər “Uşaqların icbari dispanserizasiyası haqqında” 2013-cü il 5 mart tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun şəkildə icra olunur.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin Baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayevin verdiyi məlumata əsasən muxtar respublikada cari ilin aprel-may aylarında 44 min 175 uşaq müayinəyə cəlb edilib, 858 uşaqda xəstəlik və xəstəliyə meyillilik aşkar edilərək dispanser qeydiyyatına ­götürülüb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası tərəfindən Naxçıvan şəhərindəki 20 tam orta məktəbdə 11 min 956 uşaq dərindən tibbi müayinə olunub, aşkar edilən xəstələr dispanser müşahidəsinə götürülüb. Eyni zamanda sahə həkim briqadaları tərəfindən evlərdə dispanserizasiya işləri aparılıb. Uşaqların icbari dispanserizasiyası zamanı valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan uşaqların dispanserizasiyasına daha həssaslıqla yanaşılıb. Müayinə edilənlərin elektron bazada reyestri yaradılıb.

Hüseyn Əsgərov

Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan qarşılıqlı əlaqələr səhiyyə sahəsində də tərəfdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bu əməkdaşlıq çərçivəsində naxçıvanlı həkimlərdən ibarət nümayəndə heyəti cari ilin aprel ayında İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində səfərdə olub, burada fəaliyyət göstərən özəl “Azərbaycan” xəstəxanasında keçiri­lən beynəlxalq elmi konfransda iştirak edib. İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində fəaliyyət göstərən özəl “Azərbaycan” xəstəxanasının yüksək­ixtisaslı həkim heyəti isə iyunun 22-də Naxçıvana səfərə gəlib.

Ardını oxu...

Muxtar respublikada müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının mütəmadi olaraq rayonlarda humanitar tibbi aksiyalar keçirməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kənd­lərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla aparırlar.
Həmin tədbirlərin davamı olaraq ötən şənbə Ordubad Rayon Mərkəzi Xəstəxanasında növbəti humanitar tibbi aksiya keçirilib. Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələr xəstəxanaya dəvət olunublar.
Həkim briqadası aksiya müddətində 77 nəfəri ambulator müayinə edib. Müayinələr cərrah, oftalmoloq, uroloq, ultrasəslə müayinə, terapevt, nevropatoloq və LOR həkimlər tərəfindən aparılıb. Müayinə olunanlara müvafiq tövsiyələr verilib. 32 nəfər isə ətraflı müayinə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Əndəmic kənd sakini Sədaqət Cəfərovanın iki övladı ambulator tibbi müayinələrlə əhatə olunub. Valideyn övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi ­dəyərləndirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini may ayında da davam etdirib, ixtisaslı kadrların hazır­lanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilən tibbi aksiyalar əhalinin böyük rəğbətini qazanıb. Belə ki, Akademik Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 24 nəfərdən ibarət professor-həkim heyəti baş həkim Telman İbadovun rəhbərliyi ilə Ordubadda 1276 nəfərin müayinə və müalicəsini həyata keçirib, 73 cərrahi əməliyyat aparıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında və Kəngərli rayonunda 213 nəfərdə müayinə, 15 nəfərdə katarakt əməliyyatı icra olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında fəaliyyət göstərən diabet məktəbinin növbəti təlimi keçirilib.
Şahbuz Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbiri baş həkim İlvin Rzayev açıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, muxtar respublikamızda səhiyyə sisteminin inkişafına dövlət qayğısının daha da artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infra­strukturun yenidən qurulması digər sahələr kimi, endo­krinologiya sistemində də mühüm irəliləyişlərə şərait yaradıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Endokrinologiya şöbəsində müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. 2011-ci ildən Naxçıvan ­Diaqnostika-Müalicə Mərkəzinin labora-­toriyasında şəkərli diabet xəstələri üçün qlükozalaşmış hemo­qlobinin təyininin tətbiq olunması həmin xəstələrin qanında şəkərin miqdarına daha dəqiq nəzarət etməklə diabet əleyhinə dərman preparatlarının dozasının müəyyən edilməsini daha da asanlaşdırıb. Endokrinologiya şöbəsi artıq beş ildən çoxdur ki, diabet məktəblərinin təlim, məşğələ və treninqlərini təşkil edir.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva çıxışında şəkərli diabetin tipləri, diaqnostikası, müalicəsi, bu xəstəliyin erkən və gecikmiş ağırlaşmaları, müalicədə insulinin, düzgün qidalanmanın, fiziki aktivliyin rolundan və digər məsələlərdən bəhs edib.
Təlimdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası Şərur Rayon Mərkəzi Xəstəxanasında humanitar aksiya keçirib. Bu məqsədlə yüksəkixtisaslı həkimlərdən ibarət briqada yaradılıb. Mərkəzi Uşaq Xəstəxanası baş həkiminin müalicə işləri üzrə müavini İlkay Əliyeva bildirib ki, aksiyanın əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqlar arasında göz xəstəliklərinin profilaktikası və müalicəsini həyata keçirməkdir.

Səyyar aksiyada yerli tibb işçiləri ilə birgə 40 uşaq tibbi müayinədən keçirilib. Həkimlər tərəfindən görmə orqanı xəstəlikləri – gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və müalicəsi aparılıb. Dərin müayinələrə ehtiyacı olan 3 nəfər Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunub.
Aksiya iyunun 1-də Mərkəzi Uşaq Xəstəxanasında Naxçıvan şəhərindən dəvət olunmuş məktəblilər arasında davam etdirilib. Aztəminatlı ailələrdən olan 45 uşaq göz xəstəliklərinin profilaktikası və müalicəsinə cəlb olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Bakı şəhərində fəaliyyət göstərən “Bioloji təbabət” klinikası, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Bioloji təbabətin aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev açıb. O bildirib ki, səhiyyə sisteminin günün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial islahatların tərkib hissəsidir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir. Tibb müəssisələri üçün yeni binalar tikilir, səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz edilir. Həmçinin həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə seminar və konfransların keçirilməsi diqqət mərkəzində saxlanılır. Keçirilən növbəti seminar da həmin tədbirlərin davamıdır.

Ardını oxu...

Mayın 25-də Ordubad Rayon Mərkəzi Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya iclası keçirilib.
Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin qayğısı nəticəsində bu gün səhiyyə müəssisələrimizdə müayinə və müalicə işləri dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlar, yeni texnologiyalar vasitəsilə aparılır. Ordubad Rayon Mərkəzi Xəstəxanası da belə səhiyyə müəssisələrindən biridir.
Qeyd olunub ki, Bakı şəhərindən muxtar respublikamıza yüksəkixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmaları, humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını alıb. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatların təşkili onlara həm maddi, həm də mənəvi dəstək olub. Rayonda sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb.
İclasda səhiyyə nazirinin müavini Samrat Gəncəyeva, nazirliyin əməkdaşlarından İbrahim Ağayev, Kəmalə Həsənova və Sərxan Əkbərov çıxış ediblər.
Kollegiya iclasında işdə yol verilən nöqsanlar qeyd olunub, müvafiq səhiyyə müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib.
Tədbirdən sonra kollegiya iştirakçıları Ordubad Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

Ötən il muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlara uyğun olaraq publik hüquqi şəxs statusunda fəaliyyət göstərən 3 səhiyyə müəssisəsinin təşkil edilməsi, cari ilin əvvəlindən həmin səhiyyə ocaqlarında yeni qaydaların tətbiqinə başlanılması bu sahənin inkişafı istiqamətində görülən uğurlu və əhəmiyyətli tədbirlərdəndir. Bu günlərdə həmin müəssisələrdən birində – Stomatoloji Mərkəzdə olub işlərin gedişi ilə maraqlandıq. Əvvəlcə onu deyək ki, ötən dövr ərzində müəssisənin kollektivi ixtisaslı tibbi kadrlarla möhkəmləndirilib, 2012-ci ildən bu mərkəzdə işləyən stomatoloq Azər Həsənov baş həkim təyin edilib. Onun rəhbərliyi ilə cari ildə görülən işlər barədə müsahibəni oxuculara təqdim edirik. 

Ardını oxu...

Bu gün muxtar respublikamızda əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşəkarlıq səviyyəsinin artırılması və digər bu kimi tədbirlər son illər muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına imkan yaradıb. Bununla yanaşı, səhiyyə işçiləri ilə əhali arasında əlaqələri operativ qaydada təmin etmək məqsədilə yaradılan tibbi maarifləndirmə məktəbləri də fəaliyyət göstərir ki, bu da insanların tibbi biliklərə yiyələnməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Səhiyyə maarifi işinin əsasını təşkil edən ailə sağlamlıq, diabet və ailə planlaşdırılması və reproduktiv sağlamlıq məktəbləri əhali arasında bir növ təlim işləri aparır.

Ardını oxu...

Muxtar respublikamızda digər sahələrdə olduğu kimi, səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar da öz bəhrəsini verir. Müasir səhiyyə sisteminin formalaşması istiqamətində bacarıqlı, yüksək­ixtisaslı tibbi kadrların hazırlanması, səhiyyə müəssisələrinin maddi-texniki ­bazasının möhkəmləndirilməsi, yeni müəssisələrin yaradılması, ən müasir tibbi avadanlıqların alınması kimi əhəmiyyətli işlər görülür. Düşmənin beşaddımlığında yerləşən Sədərək rayonunun əhalisinin nümunəvi səhiyyə xidməti ilə təmin olunması, buradakı səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi də sərhəd bölgəsinə göstərilən dövlət qayğısının əyani ifadəsidir.

Sərhəd bölgəsinə göstərilən qayğının digər bir nümunəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 3 may tarixli Fərmanıdır. Həmin fərmana əsasən bu il yanvar ayından etibarən icbari tibbi sığortanın muxtar respublikada ilk dəfə olaraq Sədərək rayonunda tətbiqi uğurla həyata keçirilir. Yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb. Ali Məclisin Sədri Sədərək rayon sakinləri ilə görüşü zamanı onları bu münasibətlə təbrik edib, bunu əhəmiyyətli hadisə kimi qiymətləndirərək deyib: “İcbari tibbi sığorta dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemində tətbiq olunur. Azərbaycanda bu sistemin tətbiqi ölkəmizin inkişaf göstəricisidir. Bütün bunlar Azərbaycanda uğurla davam etdirilən Heydər Əliyev yolunun bəhrələridir”.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri tərəfindən Culfa rayonunda humanitar tibbi aksiya keçirilib.
Yüksəkixtisaslı heyət 78 nəfəri ambulator müayinələrdən keçirib. Cərrahi müdaxiləyə ehtiyacı olan 33 xəstə üzərində, əsasən, hemoroidektomiya, fimoz və başqa əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, birgünlük müşahidədən sonra evlərinə buraxılıb.
Culfa rayonunun Boyəhməd kəndindən Yeganə Vəlixanova, Xanəgah kəndindən Sultan Yunisli, Dizə kəndindən Nadilə Tağıyeva başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliy­yat olunduqlarına görə minnətdarlıq ediblər.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi onlara izah edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq belə humanitar aksiyaların muxtar respublikamızın digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub. 

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublika Xəstəxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Azərbaycan səhiyyəsində yüksək texnologiya və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq bildirib ki, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə ­əbədiyaşarlıq qazanmış ulu öndər ­Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazıb. Xalqımızın ümummilli lideri tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolunun sədaqətlə davam etdirilməsi digər sahələrlə yanaşı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksədilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm rol oynayır.
Muxtar respublika rəhbərliyinin qayğı və diqqəti nəticəsində bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Yüksəkixtisaslı həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgeno­qrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı və bir çox müasir aparatlarla xəstələrə xidmət edir, müstəqil şəkildə TUR, açıq ürək, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları yerinə yetirirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini aprel ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikamızın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. 6 həkim Türkiyə Respublikasının İzmit Kocaeli Universitetinə, 3 həkim və 1 orta tibb işçisi Ankara Qazi Universitetinə, Tibb Kollecinin 2 müəllim və 10 tələbəsi Ankara Halidə Edib Mesleki Texnik Anadolu Lisesinə təcrübə keçmək üçün göndərilib. 
17 aprel – Hemofiliya Günü münasibətilə Naxçıvan Muxtar Respublika Xəstəxanası Qan bankının işçilərinin təşkilatçılığı ilə Şərur Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.

Ardını oxu...

Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan görkəmli akademik, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın anadan olmasından 95 il ötür.
Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətləri barədə demişdir: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”.
Müdriklərin fikrinə görə, insanın yetişməsində başlıca amillərdən biri də onun formalaşdığı mühitdir. 1923-cü il aprelin 28-də qədim Naxçıvan diyarının Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanımın cəmiyyət üçün layiqli insan kimi yetişməsində boya-başa çatdığı ziyalı mühitinin böyük təsiri olmuşdur. Zəriflik, humanistlik, Vətənə qəlbən bağlılıq Zərifə xanımın nəsil şəcərəsindən, yaşadığı ailə mühitindən irəli gəlirdi. Zəngin və davamlı maarifçi ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı ideyalara doğru istiqamətləndirmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan qarşılıqlı əlaqələr səhiyyə sahəsində də tərəfdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bu əməkdaşlıq çərçivəsində naxçıvanlı həkimlərdən ibarət nümayəndə heyəti aprelin 25-i və 26-da İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi ­Urmiya şəhərində səfərdə olub.
Kardiorevmotoloq Aytən Rzayeva, kardioreanimotoloqlar Xətai Əliyev, Ramin Hacıyev, anestezioloq­-reanimotoloq Şahin Mazanov, həkim cərrah İsa Abdullayev, nevropatoloq Anar Səfərov, həkim fizioterapevt Fazil Fərzəliyevdən ibarət olan nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva rəhbərlik edib.
Səfərin ilk günü nümayəndə heyəti Urmiya şəhərində yerləşən İmam Xomeyni xəstəxanası və ixtisaslaşdırılmış klinikası ilə tanış olub. Məlumat verilib ki, ötən əsrin 80-ci illərində yaradılmış bu şəfa ocağı hazırda İranın Qərbi Azərbaycan əhalisinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrilib. Son illər burada yeni korpuslar tikilib, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edilib.

Ardını oxu...

Tibb işçilərinin ixtisas səviyyəsinin artırılması muxtar respublikamızda diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu məqsədlə onlar mütəmadi olaraq Bakı şəhərinin, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilir və digər tədbirlərdə iştirak edirlər. Son illər ayrı-ayrı ixtisas həkimlərinin, eləcə də orta tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi də belə tədbirlərdəndir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında cari ilin fevral ayından başlayaraq şəhər, rayon və kənd tibb müəssisələrində çalışan mamaların təkmilləşdirmə kurslarına başlanılıb. Onlar öz ixtisasları üzrə Naxçıvan Tibb Kollecində 8 gün nəzəri dərslər, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində isə 10 gün təcrübə keçirlər. Kursu bitirənlər imtahandan keçərək sertifikat alacaqlar.
Bu günədək Babək, Culfa, Kəngərli rayonlarında çalışan 59 tibb işçisi imtahandan müvəffəqiyyətlə keçərək sertifikat alıb. Hazırda kurslar davam edir.

Xəbərlər şöbəsi

Bu gün ölkəmizdə həyatımızın digər sahələri kimi, səhiyyənin də inkişafı istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər görülür, həkim və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoymasına stimul olub. Muxtar respublikamızda da səhiyyənin müasir tələblər əsasında inkişafı təmin edilib. Hər il səhiyyə müəssisələri üçün yeni binalar inşa olunur, tibb ocaqları müasir avadanlıqlarla təchiz edilir.

Ardını oxu...

17 aprel dünyanın 116 ölkəsində Hemofiliya Günü kimi qeyd olunur. Məqsəd ictimaiyyətin diqqətini belə xəstələrin problemlərinə cəlb ­etməkdir.
Muxtar respublikamızda hemofiliyalı və talassemiyalı xəstələr dispanser qeydiyyata alınıb, onlara əlillik qrupları təyin olunub. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematoloji şöbəsində 69 nəfər hemofiliyalı, 35 nəfər talassemiyalı xəstə qeydiyyatdadır.
Hemofiliyalı və talassemiyalı xəstələr üçün qanvermə aksiyalarının keçirilməsi bu sahədə davam etdirilən tədbirlərin tərkib hissəsi olmaqla, şəfqət və humanizmin parlaq təcəssümüdür. Belə tədbirlərdən biri aprelin 17-də Şərur ­Rayon Mərkəzi Xəstəxanasında ­keçirilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Qan bankının həkim hematransfuzioloqu Əli Ələsgərov qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb.
Sonra səhiyyə işçilərindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb. Aksiyada 22 donordan götürülən 11 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü Babək Rayon Mərkəzi Xəstəxanasında 23 cərrahi əməliyyat aparıb, əhaliyə zəruri tibbi xidmət göstəriblər.
Həkim-cərrahlardan İsa Abdullayev, İlham İsmayılov, İlhamə Əsgərova, Nazim İbrahimov, anestezioloqlardan Ənvər Şıxəliyev, Aidə Nəcəfova, Məhəbbət Məmmədova, ümumilikdə, 25 nəfərdən ibarət tibbi heyət iştirak edib. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində, əsasən, hemorroidoektomiya, fimoz və başqa ­əməliyyatlar aparılıb. Xəstəxanada növbəti spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliy­yatlar uğurla başa çatdırılıb, xəstələr palatalara ­köçürülüb, birgünlük müşahidədən sonra evlərinə buraxılıb.
Babək rayonunun Güznüt kəndindən Gülnarə Nəcəfova, Sirab kəndindən Rəfi Məmmədov, Yarımca kəndindən Elton Məmmədov, Nehrəm kəndindən Nizami Novruzov, Babək qəsəbəsindən Adil Cəmilov başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.
Belə humanitar aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Xalqımız onu dünyada tanıdan və ucaldan zəkalı, təmkinli, müdrik oğul və qızları, görkəmli alim və mütəxəssisləri ilə daim fəxr edib. Azərbaycana belə fəxarət və baş­ucalığı gətirən övladlarından biri də özünün vüqarı və qüruru, peşə xidməti və gündəlik fəaliyyəti, dərin elmi biliyi və fitri istedadı ilə fərqlənərək, dünya şöhrəti qazanan, əbədiyaşarlıq rəmzinə çevrilən, ­akademik Zərifə Əziz qızı Əliyevadır. Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 95, əbədiyyətə qovuşmasının 33-cü ildönümüdür. Lakin ­görkəmli alimin 62 illik parlaq ömür yolu bu təqvim çərçivəsinə sığmayaraq xeyirxah əməlləri sayəsində ölməzlik qazanmışdır.
Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin bir həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Azərbaycanın elm və mədəniyyət xadimlərinin çoxu Zərifə xanımın ata evinin daimi qonaqları idi. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır.
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Lakin Zərifə xanım bilirdi ki, oftalmoloq ixtisası üzrə kamil mütəxəssis olmaq üçün institutda aldığı təhsil kifayət etmir. Buna görə də institutu bitirdikdən sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftal­moloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da, onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçməyərək Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və istəyinə nail olmuşdur.

Ardını oxu...

Muxtar respublikada müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının mütəmadi olaraq rayonlarda humanitar tibbi aksiyalar keçirməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
Həmin tədbirlərin davamı olaraq ötən şənbə Babək Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçirilib. Bunun üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələr xəstəxanaya dəvət olunublar.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası 57 nəfəri ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr verib. Müayinələrin aparılmasında cərrah, oftalmoloq, uroloq, endokrinoloq, terapevt, nevropatoloq və LOR həkimləri iştirak ediblər.
Nehrəm kənd sakini Hüseynalı Cəfərovun iki övladı ambulator tibbi müayinələrlə əhatə olunub. Valideyn övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini mart ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, idarəolunan yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə peyvənd materialları, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə müasir tibbi avadanlıqlar və dərman preparatları gətirilib.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhəri təhsil müəssisələrinin işçilərindən 245 nəfər qadında süd vəzinin profilaktik müayinəsi aparılıb, 18 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.

Ardını oxu...

7 aprel bütün dünyada Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır. 

Azərbaycanda səhiyyənin inkişafı və tərəqqisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək ­demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri son illər dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin və keyfiyyətinin artmasına imkan vermişdir.

Ardını oxu...

Son illər uşaq əhalisinin, xüsusən məktəb­yaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.
Cari mövsümün dərin tibbi müayinələri aprelin 2-dən başlayıb, 25-dək həyata keçiriləcəkdir. Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri ilə xəstəxananın dispanserizasiyası barədə söhbətlər aparılıb, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri yaz mövsümünün dərin tibbi müayinələri ilə əhatə ediləcəkdir. Bu məqsədlə pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, ftiziatr və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. Dərin tibbi müayinələrə Naxçıvan şəhərindəki 1 və 2 nömrəli tam orta məktəblərdə, Naxçıvan Qızlar Liseyində start verilib. Min nəfərdən çox şagird dərin müayinədən keçirilib. Bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkar edilib, xəstələr üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

2 aprel – Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində autizm sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib. 

Görüşdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfərov, Psixoloji dəstək xidmətinin müəllim-psixoloqu Minurə Əliyeva və Defektoloji bölmənin müəllim-defektoloqu Bəyim Qasımova valideynlərə bu kateqoriyadan olan uşaqlarla yaş qruplarına uyğun olaraq təlim-tərbiyənin təşkili, evdə davranış və ünsiyyətqurma bacarığının inkişaf etdirilməsi barədə danışıblar.
Qeyd olunub ki, hazırda muxtar respublikada autizm sindromlu 29 şəxs qeydiyyatdadır. Sağlamlıq imkanları məhdud şəxslərə, o cümlədən autizm sindromundan əziyyət çəkən insanlara göstərilən sosial xidmətlərin əhatə dairəsi ilbəil genişlənir, bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda fevral ayında infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yeni doğulmuş uşaqların 294 nəfəri idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit B, poliomielit peyvəndi alıb. Ay ərzində aşkar olunan hepatit xəstəliklərinə qarşı müvafiq profilaktik tədbirlər görülüb. Yoluxma mənbələri müəyyənləşdirilib və səhiyyə maarifi işi aparılıb.
Fevral ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib. 74 su, 19 yuyuntu və 1232 digər nümunələrin müayinələri aparılıb. Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 202, təhsil üzrə 809, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 127, kommunal sahələr üzrə 49, sürücülük üzrə 6 nəfər müayinədən keçib.

Ardını oxu...

Son illər muxtar respublikada bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də xeyli uğurlu nəticələr əldə edilib. Səhiyyə müəssisələrinin təmir və bərpası, müasir tibbi avadanlıqlarla təchiz olunması və digər tədbirlər bu sahədə qazanılan uğurların təməl daşlarıdır. Bu tədbirlər zamanı  yüksəkixtisaslı kadrların hazırlanması işi də diqqətdən kənarda qalmayıb. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kollecində hər il müxtəlif ixtisaslı həkim və tibb işçiləri yetişdirilir.

Muxtar respublikada tibb fəaliyyəti ilə məşğul olan özəl müəssisələrə də hərtərəfli dövlət qayğısından xeyli pay düşüb. Naxçıvan şəhərində fəaliyyət göstərən “Şəfa” Özəl Tibb Mərkəzi də bu qayğıdan bəhrələnib. Mərkəz 2000-ci ildə yaradılıb, 2006-cı ildən isə yeni binada fəaliyyətini davam etdirir. Müəssisədə müxtəlif klinikalarda təkmilləşmə kursu keçmiş 12 yüksəkixtisaslı və elmi dərəcəli həkim, 20-dən artıq tibb işçisi çalışır. Bəs ötən dövr ərzində mərkəzdə hansı yeniliklər baş verib? Vətəndaşlar bu səhiyyə ocağının xidmətindən razıdırlarmı?
Elə bu suallara cavab tapmaq üçün ötən günlərdə adıçəkilən ünvanda olduq. Mərkəzə çox sayda vətəndaşın müraciət etməsi nəzərimizdən yayınmadı. Öyrəndik ki, əvvəllər yerli həkimlərə üz tutmaqdan ehtiyat edənlər indi bu imkanlardan lazımınca istifadə edirlər.

Ardını oxu...

Ötən il Naxçıvan Muxtar Respublika Xəstəxanasında Qan bankının fəaliyyətə başlaması qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib. Hazırda müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliy­yatlar və doğuşlar zamanı qan­itirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların – ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərində Qan bankı tərəfindən tədarük olunan qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır.

Ardını oxu...

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında pediatriyanın aktual problemlərindən olan pediatrik reanimasiyaya dair elmi-praktik seminar keçirilib. Xəstəxananın baş həkimi Rəhim Rəhimov tədbiri giriş sözü ilə açaraq uşaq əhalisinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısından danışıb.
Sonra Reanimasiya və intensiv terapiya şöbəsinin həkim-reanimatoloqları Cabir Həsənov “Mexaniki ventilyasiya”, Aytən Tahirova “Hipertermik sindrom”, Sabirə Kazımova “Febril qıcolmalar” mövzularında məruzələr ediblər.
Seminarda qeyd olunub ki, uşaq reanimasiyası yeni doğulan və reanimasiya şəraitinə ehtiyacı olan körpələrə lazımi və operativ tibbi xidmət göstərir. Tibbin ən son nailiyyətləri əsasında körpələr qısa müddət ərzində müalicə olunur, valideynlər qabaqcadan körpənin klinik vəziyyəti barədə məlumatlandırılır.
Vurğulanıb ki, uşaqları qorumaq, onları müdafiə etmək hər bir dövlətin qarşısında duran əsas vəzifədir.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

Bu gün muxtar respublikada yaşayan əhalinin 126 min 156 nəfərini, yəni 27,5 faizini 0-18 yaşa qədər uşaqlar təşkil edir. Onların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, məktəbyaşlı uşaqlarda ixtisas həkimləri tərəfindən dərindən tibbi müayinələrin aparılması, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri, idarəolunan yoluxucu xəstəliklərə qarşı peyvəndlərin vurulması və digər sağlamlıq tədbirləri daim diqqət mərkəzindədir. Belə xəstəliklərə qarşı profilaktika işi son illər daha da gücləndirilib. Peyvəndlərin aparılmasına ciddi nəzarət edilir. Uşaqlara xidmət edən tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmlənməsi, onların müasir texnoloji aparatlarla təchiz edilməsi, pediatrik xidmət göstəricilərinin yüksəlməsinə səbəb olub.
Uşaq əhalisinin sağlamlığının qorunmasına yönəldilmiş tədbirlər cari ildə də davam etdirilir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən şəhər məktəblərində fevralın 6-dan başlanan endokrinoloji müayinələrdə məqsəd hormonal problemlərin aşkarlanması və vaxtında müalicə olunmasıdır. Xəstəxananın endokrinoloq və pediatrlarından ibarət briqadası tərəfindən həyata keçirilən müayinələr 11 min 960 şagirdi əhatə edib. 750 nəfərdə endokrinoloji patologiya aşkarlanıb. 562 nəfərdə piylənmə, 13 nəfərdə şəkərli diabet, 2 nəfərdə isə şəkərsiz diabet müşahidə olunub. Hazırda Mərkəzi Uşaq Xəstəxanasında onların müalicəsi aparılır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini fevral ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb. 

Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində Şərur rayon Ərəbyengicə kənd həkim ambulatoriyası əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə ilkin vərəm intoksikasiyasını təyin etmək üçün 800 doza tuberkulin, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan dərman preparatları, Genexpert cihazı (vərəm çöplərinin ilkin təyini) üçün reaktivlər, tibbi materiallar, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.

Ardını oxu...

Övladlarının sağlam qidalanması valideynləri bir sıra hallarda narahat edir. Bəzən onlar uşaqların dəcəlliyindən çox iştahasızlıqlarından şikayətlənirlər. Bəs uşaqların sağlam qidalanmasında daha çox nəyə diqqət etmək lazımdır? Onlar üçün faydalı olan qidalar hansılardır? Yaranan iştahasızlığı aradan qaldırmaq üçün nə etmək olar? Sadalanan suallara cavab tapmaq üçün Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına üz tutduq. Xəstəxananın baş pediatrı Səkinə Tarverdiyeva ilə bu barədə söhbət etdik: 

– Bildiyimiz kimi yeni doğulmuş körpə uşaqlar, əsasən, ya ana südü, ya da digər quru südlərlə qidalanır. Bu qidaların bir-birindən fərqi nədir?
– Ana südünün tərkibində yeni doğulmuş uşaqlarda maddələr mübadiləsini sürətləndirən antigen var. Bu süd vasitəsilə uşaq çoxlu miqdarda immun cisimciklər və fermentlər alır. Ana südü qidalandırıcı olub, tərkibinə görə uşağın fərdi tələbatını ödəyir.
Bəzi səbəblərə görə ana südü qəbul etməyən uşaqlara müxtəlif quru südlər verilir. 1 yaşına qədər çağaya inək südü vermək düzgün deyil. Buna səbəb onun tərkibindəki yağın faizinin yüksək olmasıdır. Bəzən o, körpələrdə allergiyanın yaranmasına səbəb ola bilər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb işçilərinin maarifləndirilməsi məqsədilə tədbir keçirib. 

Muxtar respublikanın səhiyyə nazirinin müavini Samrat Gəncəyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2017-ci il may ayının 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmanın icrası ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışıb.
Qeyd olunub ki, ötən müddətdə icbari tibbi sığortada iştirak edən səhiyyə müəssisələrinin həyata keçirdiyi xidmətlərin baza zərfi hazırlanaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Sığorta Agentliyinə təqdim olunub. Baza zərfində həm də ayrı-ayrı xəstəxanalarda olan tibbi xidmətlərin siyahısı öz əksini tapıb. İcbari tibbi sığortada iştirak edən səhiyyə müəssisələrində çalışan tibbi heyət barədə məlumat sığorta agent­liyinə təqdim olunub. Səhiyyə sahəsində mövcud dövlət proqramı ilə əhatə edilmiş vətəndaşlar barəsində dəqiq məlumatlar elektron qaydada hazırlanıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə fevralın 12-dən başlayaraq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələrinə start verilib. Tədbir may ayının 12-dək davam etdiriləcək. Ölkə başçısının tapşırığının icrası məqsədilə muxtar respublikamızda da bir sıra işlər görülür.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən artıq dördüncü ildir ki, əhali arasında patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyan profilaktik tibbi müayinələr keçirilir.
Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası və rayon mərkəzi xəstəxanaları tərəfindən icra olunan tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstə­liklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Fevralın 12-dən indiyədək Naxçıvan Şəhər Poliklinikasında 160 nəfər tibbi müayinələrdən keçirilib. Onlar kardioloji, stomatoloji, terapevtik, ginekoloji, USM və digər tibbi xidmətlərlə əhatə olunublar.
Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Naxçıvan şəhərində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar. Vətəndaşlar yaşayış yeri üzrə tibb müəssisəsinə vaxtında müraciət edərək profilaktik tibbi müayinədən keçə bilərlər.
Qeyd edək ki, muxtar respublikamızda əhalinin profilaktik müayinələri ilboyu davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Son illər Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi digər sahələr kimi, cərrahiyyənin də inkişafında yeni mərhələ açıb. Əməliyyat bloklarında ən müasir tibbi avadanlıq, aparat və cihazların alınıb qurulması ümumi cərrahi, ginekoloji, uroloji, travmatoloji, ortopedik, oftalmoloji, neyrocərrahi, plastik cərrahi və burun-qulaq-boğaz əməliyyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərir. 

Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, qastrektomiya əməliyyatlarının aparılması, yemək borusunun stendləşdirilməsi və plastikası, süni oynaq köçürülməsi, kardiostimulyatorların qoyulması, diafraqmal yırtıqların bərpasının uğurla həyata keçirilməsi yerli kadr hazırlığının yüksəldilməsi ilə yanaşı, həm də müasir tibbi avadanlıqların tətbiqi ilə bağlıdır. Cərrahi əməliyyatlar zamanı ötən ildən tətbiq edilən Ekstrakorporal Membran Oksigenasiyasından həyati funksiyaları yerinə yetirə bilməyən ürək və ya ağciyər çatışmazlığı xəstələrinə müvəqqəti dəstək məqsədilə istifadə olunur.
Kardiocərrahiyyə kabinəsində artiraskop cihazı vasitəsilə diz oynağı əməliyyatları, o cümlədən müxtəlif oynaq əməliyyatları həyata ­keçirilir.

Ardını oxu...

Müasir dünyada geniş yayılmış sığorta növlərindən biri də icbari tibbi sığortadır. Bu sığorta növü hər bir insanın sağlamlığının qorunmasında əhəmiyyətli olub, bir çox xüsusiyyətlərinə görə mühüm iqtisadi və sosial münasibətlərdən hesab olunur. Xüsusən bazar iqtisadiyyatı şəraitində hər bir ailə büdcəsinin qorunması məqsədilə tətbiq olunan icbari tibbi sığorta sistemi hər kəsin qarşılaşa biləcəyi maddi problemlərin həllinə kömək edən mütərəqqi dünya təcrübəsidir. 

Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası vətəndaşlarının, habelə Naxçıvan Muxtar Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin tibbi yardım almasına təminat verir. Bu, icbari tibbi sığorta proqramına uyğun olan həcmdə əhalinin tibbi xidmətlər almasını təmin edir.
Ölkəmizdə və muxtar respublikamızda tətbiq olunmasına başlanan icbari tibbi sığorta insanların sosial müdafiəsinin yüksəldilməsinə yönəlmiş mühüm bir addımdır. Bu mənada, “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 may tarixli Fərmanı ilə icbari tibbi sığortanın ilk olaraq Sədərək rayonunda tətbiq edilməsi əhaliyə göstərilən diqqət və qayğının daha bir bariz ­nümunəsidir.

Ardını oxu...

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimovun və baş həkimin müavini İlkay Əliyevanın “Əcəmi” Nəşriyyat­-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çap olunmuş “Məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili” adlı kitabı oxuculara təqdim ­olunub.
Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsaitdə qeyd olunur ki, bu gün ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.
Muxtar respublikada uşaq əhalisinin sağlamlığını qorumaq və onlara daha yaxşı xidmət göstərmək üçün uşaqlar bağça və məktəblərdə tibbi xidmət ilə əhatə olunub, tibb otaqları və məntəqələri təşkil edilib. Yeni metodik vəsait həmin məntəqələrdə çalışan tibb işçilərinə müəyyən kömək göstərmək məqsədilə hazırlanıb. Kitabda məktəb tibb işçilərinin vəzifələrindən bəhs olunarkən bildirilir ki, tibb məntəqəsinin həkim və tibb bacısı məktəbdə təhsil alan şagirdlərin sağlamlıqlarına nəzarət etməklə yanaşı, şagirdlərin tibbi maariflənməsinə, məktəbdə sanitar-gigiyenik tədbirlərin aparılmasına, epidemioloji rejimin qorunmasına ciddi diqqət yetirməlidirlər. Onlar cari və profilaktik tədbirlərin həyata keçirilməsinə, məktəbdə satılan və hazırlanan ərzaqların təhlükəsizliyinə nəzarət etməli, hər gün şagirdlərin sağlamlıq vəziyyəti ilə maraqlanmalı və xəstəliklə əlaqədar dərsə gəlməyən uşaqlar haqqında məlumat aldıqda dərhal uşaq poliklinikasına məlumat verməlidirlər.

Ardını oxu...

Muxtar respublikamızda yanvar ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib. İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yeni doğulmuş uşaqların 302 nəfəri idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit B, poliomielit peyvəndi alıb. Ay ərzində aşkar olunan hepatit xəstəliklərinə qarşı müvafiq profilaktik tədbirlər görülüb, yoluxma mənbələri müəyyənləşdirilib və səhiyyə maarifi işi aparılıb.
Gözəllik salonlarında, bərbərxanalarda, stomatoloji kabinələrdə, oyun zallarında sanitar-gigiyenik qaydalara əməl olunması, işlədilən alətlərin sterilizasiya edilməsi, obliqat qrup kimi işçilərin tibbi müayinələrdən keçmələri, dezinfeksiya istiqamətində müvafiq tədbirlər ­görülüb.
Uşaq və yeniyetmə müəssisələrində maarifləndirici və dezinfeksiya tədbirləri aparılıb, eyni zamanda kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd gömrük məntəqələrində profilaktik sağlam­laşdırıcı əks-epidemik tədbirlər həyata keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Səhiyyənin aktual problemləri: pediatrik, psixiatrik, nevroloji, cərrahi, neonatoloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Elmi forumun işində paytaxt Bakı şəhərinin səhiyyə ocaqlarının yüksəkixtisaslı mütəxəssisləri və muxtar respublika tibb müəssisələrinin həkimləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, bu gün muxtar respublikamızda müasir xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri və digər səhiyyə müəssisələri istifadəyə verilir, uşaqların və hamilə qadınların sağlamlığına xüsusi diqqət yetirilir. Natiq gələcəyimiz olan uşaqlara xidmət edən tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinin, onların müasir tibbi avadanlıqlarla təchiz edilməsinin pediatrik xidmətin səviyyəsinin yüksəlməsinə səbəb olduğunu vurğulayıb. Qeyd edib ki, muxtar respublikada uşaqların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri, yoluxucu xəstə­liklərə qarşı peyvəndlərin vurulması və digər mühüm sağlamlıq tədbirləri daim diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Tibbi xidmətlərin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı bu gün dövlətin qarşısında duran vəzifələr kimi mühüm yer tutur. Bu prinsip əsas götürülərək ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi muxtar respublikanın səhiyyə sistemində həyata keçirilən mühüm tədbirlərdəndir.
1996-2016-cı illər ərzində 266 səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində görülən işlərin əsas göstəricisidir. Təkcə ötən il Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri aparılaraq yeni avadanlıqlar quraşdırılmış, Ordubad rayonunun Üstüpü kəndində həkim ambulatoriyası, Naxçıvan şəhərinin Tumbul, Qaraxanbəyli, Şərur rayonunun Çəmənli, Arpaçay, Qarahəsənli, Ələkli, Babək rayonunun Payız, Gərməçataq kənd­lərində feldşer-mama məntəqələri tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir. Duzdağ Fizioterapiya Mərkəzində yeraltı bölmədə əlavə palata yaradılmaqla çarpayı sayı 280-ə çatdırılmışdır. Bu il yanvarın 11-də isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi gələcəyimiz olan uşaqlara göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəldəcəkdir.

Ardını oxu...

1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış və bununla da, muxtar respublikada səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur.
Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra səhiyyənin inkişafının təmin edilməsi, müalicə­-sağlamlıq işinin yaxşılaşdırılması məqsədilə mühüm tarixi qərarlar qəbul etmişdir. Ümummilli lider 1993-cü ildə ölkəmizdə yenidən hakimiyyətə qayıtdıqdan sonra da digər sahələr kimi, səhiyyənin də yeni inkişaf mərhələsinin əsası qoyulmuş, Azərbaycanda insanların sağlamlığının qorunması, əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin və keyfiyyət amilinin artmasına imkan vermişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailə­lərdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Türkiyə Respublikası Hacəttəpə və Ankara Tibb universitetləri Endokrinologiya və metabolizma kafedrasında, həmçinin ABŞ-ın Georgiya ştatındakı Emori Universitetində təhsil almış, Türkiyə, ABŞ və Avropa Endokrinoloji Cəmiyyətinin üzvü, hazırda Bakı şəhərindəki “HB Güvən” klinikasında tibbi fəaliyyət göstərən endokrinoloq Rövşən Həsənovun rəhbərliyi ilə 7 nəfərlik yüksəkixtisaslı həkim heyəti yanvarın 12-dən 15-dək Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində humanitar aksiya keçirib.
Aksiya zamanı pasiyentlər müxtəlif xəstəliklər üzrə tibbi müayinələrdən keçiriliblər. 6 uşaq üzərində cərrahi əməliyyat aparılıb. Xəstələrdə müşahidə olunan zob düyünlərinin biopsiyası və ultrason müayinələri aparılıb. Şəkərli diabet xəstəliyinin risk amilləri araşdırılıb, xəstələr həmçinin ortopedik-travmatoloji və psixiatrik müayinələrdən keçirilib. Aksiya müddətində 411 nəfər müayinələrlə əhatə olunub.
Keçirilən növbəti humanitar aksiyada yerli həkim və orta tibb işçiləri də iştirak ediblər. Bu, onların peşə bacarıqlarının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksək­ixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə olunur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti yanvar ayının 11-də Şərur rayonunda növbəti humanitar aksiyaya start verib.
Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 26 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Həkim-cərrahlardan Fariz Camalov, Samir Şıxıyev, Zahid Zahidov, ginekoloq Zenfira Cəfərova, kardioloq Hüseynağa Sultanov, otolarinqoloq Ramil Həşimli, nevropatoloq Qabil Bayramov, uroloq Ceyhun Cəlilov, endokrinoloq Nailə Mehrəliyeva və başqalarının səyi ilə aksiyanın ilk günü 342 nəfər ambulator müayinə ilə əhatə olunub. Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərir.

Ardını oxu...

Günümüzdə elə bir xəstəlik yoxdur ki, radiologiyadan istifadə edərək onun diaqnostikasını aparmaq mümkün olmasın. Bu gün radiologiyanın imkanlarından istifadə edərək vaxtilə çətin aşkarlanan xəstəliklərə daha dəqiq diaqnoz qoymaq mümkündür.
Bu barədə həmsöhbət olduğum Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi Vasif Seyidov bildirdi ki, son illərin istehsalı olan tibbi avadanlıqların tətbiq olunması ilə xəstənin radiasiyaya məruzqalma müddəti əvvəlki dövrlərlə müqayisədə çox azalıb. Ona görə də bu müayinədən çəkinməyə ehtiyac yoxdur. Müayinələr yalnız həkim məsləhəti ilə aparılmalıdır. Bu isə xəstənin vəziyyəti ilə bağlıdır. Onkoloji xəstələrin müayinəsi məsələsində də xəstənin vəziyyəti nəzərə alınmalıdır. Zərurət olan yerdə, təbii ki, radiasiyanın miqdarı o qədər də əhəmiyyət kəsb etmir. Ancaq kiminsə bir yeri ağrıyırsa, dərhal radioloji müayinəyə üz tutması da doğru deyil.
Ultrasəslə müayinə mütəxəssisi radiologiyada, şüa diaqnostikasında hər müayinə metodunun özünəməxsus rolunun olduğunu vurğuladı. Bəzi orqan və toxumaları bu vasitə ilə də dəqiq görməyin mümkün olmadığını bildirdi. Belə ki, sümüklə əhatə olunmuş toxumalar, eləcə də beyin toxuması ultrasəs müayinəsi zamanı görünmür. Yalnız yeni doğulanlarda əmgək açıq olduğu üçün oradan beyin toxumasını görmək mümkün olur. Eləcə də mədə, bağırsaq kimi bəzi orqanlarda ultrasəs müayinəsi aparıb, dəqiq nəticə əldə etmək imkanları çox azdır. Çünki bu cür orqanlarda ultrasəs dalğaları udulduğundan tam görüntü almaq mümkün deyil.

Ardını oxu...

Muxtar respublikanın ali təhsil müəssisələrində və kolleclərdə təhsil alan tələbələrin və müəllim heyətinin kütləvi profilaktik müayinələri başa çatıb. Noyabrın 6-dan start götürən dispanserizasiya tədbirlərinə 6 min 160 tələbə və müəllim cəlb edilib.
Bu məqsədlə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında terapevt, nevropatoloq, stomatoloq, dermatoloq, oftalmoloq, LOR, cərrahlardan ibarət həkim briqadası yaradılıb və ilk profilaktik müayinələr Naxçıvan Dövlət Universitetində həyata keçirilib. Kütləvi müayinələrdə bütün fakültələr əhatə olunmaqla, 3 min 156 nəfər iştirak edib. “Naxçıvan” Universitetində 924, Müəllimlər İnstitutunda 632, Tibb Kollecində 405, Musiqi Kollecində 618, Texniki Kollecdə isə 425 nəfər tibbi müayinələrdən keçib. Ciddi xəstəlik aşkar edilməyib.
Ehtiyac olan hallarda xəstələrin yüksəkixtisaslı həkimlərə konsultasiyası və laborator-­diaqnostik müayinələri aparılıb. Bəzi xəstəliklərə meyilli hallar da müşahidə olunub. Həmin xəstələrin müalicəsi üçün tibbi göstəriş verilib.
Tələbələr arasında ürək-­damar, şəkərli diabet, onkoloji və digər xəstəliklər barədə səhiyyə maarifi işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikanın ümumtəhsil məktəblərində I-XI sinif şagirdləri arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb olunması üçün aparılan kütləvi diaskin sınağı başa çatıb.
Noyabrın 27-dən start götürən kütləvi müayinələrə 6 min 473 nəfər cəlb edilib. Diaskintestin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanaları, şəhər, rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən ərazi prinsipi üzrə bir həkim və iki tibb bacısından ibarət xüsusi briqadalar yaradılıb.
Aparılan səhiyyə maarifi tədbirlərində bildirilib ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan dünyada hər dəqiqə iki insanın həyatına son qoyur və əhalinin əməkqabiliyyətli hissəsini sıradan ­çıxarır.
Diaskintest yüksək həssas və spesifik preparat kimi insan orqanizminin yalnız patogen vərəm mikrobakteriyalarında olan xüsusi proteinlə tam tanış olduğunu göstərir. Mantu sınağında dəqiqlik 70 faizdirsə, diaskintestdə bu göstərici 98 faizdir. Bu testin bir fərqi də mantu sınağında rast gəlinən allergik reaksiyaların və yalançı müsbət nəticələrin olmamasıdır. Bir sözlə, diaskintest vərəmə yoluxmuş xəstələrin erkən aşkar olunması və yoluxmuş insanların müalicəsinin effektivliyini göstərən dəqiq sınaq üsuludur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Qış fəsli soyuq havalarla yanaşı, xəstəlikləri də özü ilə bərabər gətirir. Bir sıra hallarda havaların kəskin soyuması ilə əlaqədar bədən temperaturu soyuğa uyğunlaşa bilmir. Buna görə də xroniki xəstəliklər belə vəziyyətlərdə daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti angina, bronxial-astma və digər xəstəliklərin, necə deyərlər, inkişafına münbit şərait yaradır. Bəzən bir çoxumuz bu mövsümdə yaranan xəstəliklərə o qədər də əhəmiyyət vermirik. Amma unutmayaq ki, qış mövsümü xəstəlikləri insanların fəaliyyətinə maneçilik törədən əsas amillər sırasında birinci yerdə qərar tutur.
Havaların kəskin dəyişməsi immuniteti zəif olan orqanizmlər üçün daha təhlükəli hesab edilir. Ümumiyyətlə, fəsil dəyişkənliyinə hər orqanizm fərqli reaksiya verir. Əgər insan tam sağlamdırsa, ona fəsil dəyişkənliyinin hər hansı təsiri olmur. Amma sağlamlığında problem yaşanan, immun sistemi zəif olanlar tez bir zamanda buna reaksiya verirlər. Bəs soyuq qış aylarında xəstəliklərdən necə qorunmaq olar?

Ardını oxu...

Muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi ilbəil yüksəldilir. Səhiyyə infrastrukturunun yenilənməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə səbəb olub.
Müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının mütəmadi olaraq muxtar respublikaya gəlməsi də aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti ötən illərdə yaranmış ənənəni davam etdirərək Ordubad rayonunda növbəti humanitar aksiya keçirir. Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan 3 günlük aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 23 yüksək­ixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Cərrahlardan Samir Aslanbəyli, Sadiq Əhmədov, Pənah Hüseynov, Nadir Abbasov, kardioloq Sevil Abbasova, otolarinqoloq Məzahir Quliyev, Sahib Səmədov, nevropatoloq Qabil Bayramov, ginekoloq Kənarə Abdullayeva, endokrinoloq Ramil Məmmədov, uroloq Hüseyn Məsimov və başqalarının iştirakı ilə əvvəlcə ambulator müayinələr aparılıb. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə tibbi xidmət göstərir.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində səhiyyə ocaqları üçün yeni binalar tikilir, mövcud binalar yenidən qurularaq ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Bu tibbi avadanlıqlar insan sağlamlığının keşiyində dayanan səhiyyə işçilərinin işini asanlaşdırmaqla bərabər, əməliyyat zamanı yarana biləcək təhlükəli halların qarşısını almağa da kömək edir. Səhiyyə ocaqlarımız göstərilən dövlət qayğısı sayəsində günü-gündən yeni-yeni uğurlara imza atırlar.

Yaxın günlərdə muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Ekstrakorporeal Membran Oksigenasiyası (ECMO) kimi insan həyatı üçün mühüm olan bir cihazla təmin olunub.
Bu barədə həmsöhbətimiz Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi, ürək-damar cərrahiyyəsi uzmanı, ekstrakorporeal Membran Oksigenasiyası (ECMO) cihazı üzrə xüsusi kurs keçən kardiocərrah Cabir Gülmalıyevdir.
Həkim bildirir ki, ilk uğurlu ECMO 1971-ci ildə həkimlər J.Donald Hill və Maury Bramson tərəfindən Kaliforniyada tətbiq olunub. Mexaniki qan dövranı dəstək sistemlərindən biri olan ECMO istifadəsi texnologiyadakı inkişaf və istifadə təcrübəsində təkmilləşmə ilə birlikdə son illərdə ciddi inkişaf yolu keçib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR