22 Dekabr 2024, Bazar

Muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi ilbəil yüksəldilir. Səhiyyə infrastrukturunun yenilənməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə səbəb olub.
Müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının mütəmadi olaraq muxtar respublikaya gəlməsi də aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti ötən illərdə yaranmış ənənəni davam etdirərək Ordubad rayonunda növbəti humanitar aksiya keçirir. Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan 3 günlük aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 23 yüksək­ixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Cərrahlardan Samir Aslanbəyli, Sadiq Əhmədov, Pənah Hüseynov, Nadir Abbasov, kardioloq Sevil Abbasova, otolarinqoloq Məzahir Quliyev, Sahib Səmədov, nevropatoloq Qabil Bayramov, ginekoloq Kənarə Abdullayeva, endokrinoloq Ramil Məmmədov, uroloq Hüseyn Məsimov və başqalarının iştirakı ilə əvvəlcə ambulator müayinələr aparılıb. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə tibbi xidmət göstərir.

Cərrahi müdaxiləyə ehtiyacı olan 30 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz, yırtıq və digər əməliyyatlar aparılır. Aksiyanın ilk günü üzərində cərrahi əməliyyat aparılmış xəstələr palataya yerləşdiriliblər. Aksiya zamanı pasiyentlər, həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunurlar.
Ordubad şəhər sakinləri Zöhrə Məmmədova, Namiq Əsədov, Nəsirvaz kənd sakini Səkinə Həsənova və başqaları onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək minnətdarlıqlarını bildiriblər.
Humanitar aksiya bu gün də davam edir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR