22 Dekabr 2024, Bazar

Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası Şərur Rayon Mərkəzi Xəstəxanasında humanitar aksiya keçirib. Bu məqsədlə yüksəkixtisaslı həkimlərdən ibarət briqada yaradılıb. Mərkəzi Uşaq Xəstəxanası baş həkiminin müalicə işləri üzrə müavini İlkay Əliyeva bildirib ki, aksiyanın əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqlar arasında göz xəstəliklərinin profilaktikası və müalicəsini həyata keçirməkdir.

Səyyar aksiyada yerli tibb işçiləri ilə birgə 40 uşaq tibbi müayinədən keçirilib. Həkimlər tərəfindən görmə orqanı xəstəlikləri – gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və müalicəsi aparılıb. Dərin müayinələrə ehtiyacı olan 3 nəfər Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunub.
Aksiya iyunun 1-də Mərkəzi Uşaq Xəstəxanasında Naxçıvan şəhərindən dəvət olunmuş məktəblilər arasında davam etdirilib. Aztəminatlı ailələrdən olan 45 uşaq göz xəstəliklərinin profilaktikası və müalicəsinə cəlb olunub.

 

* * *

Kəngərli Rayon Mərkəzi Xəstəxanasında da 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş humanitar tibbi aksiya keçirilib. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasında cərrahlardan ibarət həkim briqadası yaradılıb. Humanitar aksiya zamanı aparılan cərrahi əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb.
Valideynlərdən Qıvraq qəsəbəsindən Sevil Əsgərova, Qarabağlar kəndindən Telli Məmmədova, Rövşanə Quliyeva, Şahtaxtı kəndindən Ziya Məmmədov övladlarının ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstə­lərə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi ­dəyərləndiriblər.
Aksiyada iştirak edən valideynlər arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji və digər xəstəliklər barədə səhiyyə maarifi işləri də aparılıb.
Belə aksiyaların ilboyu digər rayonlarda da keçirilməsi nəzərdə ­tutulur.

Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR