21 Dekabr 2024, Şənbə

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi bu tədbirlərdə iştirak edir.
Aprelin 22-dən start götürən növbəti immunlaşdırma həftəsi ayın 30-da başa çatıb.

Ardını oxu...

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi də bu tədbirlərdə fəal iştirak edir.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu tədbiri mütəşəkkil keçirmək üçün peyvənddən yayınmış 250 uşağın siyahısı hazırlanıb, həmin uşaqlar xəstəxanaya dəvət ediliblər. Artıq onların 171 nəfərində peyvənd işi başa çatdırılıb.

Ardını oxu...

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq muxtar respublikanın bütün rayonlarında yaşı 40 və daha yuxarı olan təhsil işçiləri “Sinovac” vaksininə cəlb ediləcəklər.
Culfa Rayon Mərkəzi Xəstəxanasında bu tədbirə start verilib. 40 yaşdan yuxarı 400 təhsil işçisinin vaksinasiyası nəzərdə tutulub. Vaksinasiya üçün xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib.

Ardını oxu...

Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, xalqının sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə “el atası” deyiblər. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilib. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq bu gün məsuliyyətli, şərəfli bir vəzifə hesab olunur. Belə tanınmış tibb işçilərindən biri də Babək rayonundakı Nehrəm Qəsəbə Sahə Xəstəxanasının baş həkimi Hüseyn Niftəliyevdir. 

Ardını oxu...

Müsabiqə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən keçirilir. 

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq tibb işçilərinin işə qəbulu üzrə müsabiqə keçirilir. Müsabiqədə iştirak etmək üçün 116 namizəd sənəd təqdim edib. 26-30 aprel tarixlərində keçiriləcək imtahanın sualları test və klinik tapşırıq hissələrinə bölünür. İmtahan suallarının test hissəsi 60 sualdan ibarətdir. Test hissəsi üzrə hər bir düzgün cavab bir balla qiymətləndirilir. Test imtahanının nəticələrinə əsasən 40 və ya daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunur. İmtahan bitəndən dərhal sonra namizədə imtahan nəticəsi barədə arayış verilir. Nəticələr Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilir.

Ardını oxu...

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq aprelin 20-dən Sədərək rayonunda yaşı 30-dan yuxarı olan işçi qruplarının vaksinasiyası prosesinə başlanılıb. Əvvəlcə ümumtəhsil müəssisələrində çalışan 30 və yuxarı yaşlı pedaqoji və texniki heyətin 160 nəfəri vaksinasiya olunub.

Ardını oxu...

Muxtar respublikada uşaqlar arasında profilaktik kütləvi dövri tibbi müayinələrin aparılması davam edir. Artıq bu işə Sədərək rayonunda da start verilib. Yaz mövsümünün tibbi müayinələrində 1965 şagirdin müayinələrdən keçməsi nəzərdə tutulub.

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasında Ümumdünya Hemofiliya Günü münasibətilə qanvermə aksiyası keçirilib. Xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini Ramazan Abbasovaksiyaya  qoşulan Naxçıvan şəhər əhalisinin könüllü donorlarına Ümumdünya Hemofiliya Günü barədə məlumat verib. Bildirib ki, 17 aprel dünyanın 116 ölkəsində Hemofiliya Günü kimi qeyd olunur. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində, uşaq əhalisinin sağlamlığının qorunması və onlara göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirilir.
Şərur Rayon Uşaq Xəstəxanasının həkim briqadası dərin tibbi müayinələrə aprelin 13-də Şəhriyar kənd tam orta məktəbində start verib. Müayinələrdə pediatr, cərrah-travmatoloq, otolarinqoloq, nevropatoloq, oftalmoloq, stomatoloq ixtisaslı həkimlər iştirak edib. Məktəbin 120 şagirdi dərin tibbi müayinələrlə əhatə olunub.
Yaz mövsümünün profilaktik tibbi müayinələri aprelin 10-dan mayın 25-dək davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini mart ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından hemofiliyalı və talassemiyalı xəstələr üçün faktor dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları, ilkin vərəm intoksikasiyasını aşkarlamaq məqsədilə İnnovasiya və Təchizat Mərkəzi və TƏBİB anbarından Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə 4 min doza tuberkulin və digər dərman preparatları gətirilib.

Ardını oxu...

Aprelin 8-də Kəngərli və Şərur, 9-da isə Babək və Şahbuz Rayon Mərkəzi xəstəxanalarında hepatit B, C və qanla keçən virus xəstələrinin müayinəsi, müalicəsi və profilaktikası tədbirlərinin daha da yaxşılaşdırılması üzrə maarifləndirici tədbir keçirilib.

Ardını oxu...

7 aprel bütün dünyada Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır.
Səhiyyə hər bir ölkə üçün ən vacib sahələrdən biridir. Çünki bu sahə birbaşa insanların sağlamlığı ilə bağlıdır. Səhiyyə inkişaf edirsə, insanların sağlamlığı etibarlı qorunursa, o zaman ölkə də inkişaf edəcəkdir. Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Bu gün dövlət başçısı cənab İlham Əliyevin ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi səhiyyə sisteminin də inkişafına səbəb olub. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və orta tibb işçiləri dünən xəstəxananın 12 nəfərdən ibarət həkim briqadası tərəfindən Ordubad rayonunun Yuxarı və Aşağı Əylis, Ağrı, Vənənd kəndlərində müayinələr aparılıb. Tibbi aksiyada müxtəlif ixtisas həkimləri iştirak ediblər.
Xəstəxanaya gələ bilməyən 16 tənha ahıla evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib.
Ahıllar başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq ediblər.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublika Xəstəxanasının 11 nəfərdən ibarət həkim və tibb işçiləri Şahbuz şəhərindəki Ahıllar Evində humanitar tibbi aksiya keçirib. Gün ərzində Ahıllar Evinin 5 sakini uroloji, terapevtik, cərrahi, nevroloji, travmatoloji, oftalmoloji, endokrinoloji, LOR, fizioterapevtik, stomatoloji, laborator müayinələrlə əhatə olunub, ahıllara tibbi yardım göstərilib, müvafiq təyinat və məsləhətlər verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini fevral ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət  mərkəzində  saxlanılıb.

Ardını oxu...

Sağlam cəmiyyətin mövcudluğunun başlıca şərti hər bir fərdin fiziki, əqli və sosial cəhətdən inkişafının təmin edilməsidir. Elə buna görə də ölkəmizdə gələcəyimiz olan uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi, təhsil və tərbiyəsi dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, sağlam olmalı, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
Ayda bir dəfə təşkil edilən növbəti aksiya Sədərək Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq xəstəxanaya dəvət olunublar.

Ardını oxu...

Əhalinin sağlamlığının qorunmasında onların tibbi biliklərinin artırılması, xüsusilə səhiyyə maarifi işi vacib məsələdir. Həyata keçirilən belə  tədbirlərin ifadəsi kimi muxtar respublikada uşaqlar arasında qoruyucu peyvəndlərin vaxtlı-vaxtında vurulmasını xüsusi qeyd etmək olar. Bu da bəzi yoluxucu xəstəliklərin tamamilə aradan qaldırılmasına, bəzilərinin isə minimuma endirilməsinə səbəb olub. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə vaxtaşırı aparılan profilaktik və əks-epidemik tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində əhali arasında polimielit, difteriya və malyariya xəstəliyi qeydə alınmır.

Ardını oxu...

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində də ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi işçi qrupu tərəfindən həyata keçirilən peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan şəxslərə vurulur. 

Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və epidemiologiya şöbəsinin, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin 130 tibb işçisi “Sinovac” vaksini ilə peyvənd­lənib.

Ardını oxu...

Muxtar respublikada səhiyyə sisteminin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sosial siyasətin əsas prioritetlərini təşkil edir.

Ardını oxu...

Xarici ölkələrin birində tanınmış həkim-cərrahın ölüm riski yüksək olduğuna görə əməliyyatından imtina etdiyi 80 yaşlı xəstə “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin həkim-cərrahı Nazim İbrahimov tərəfindən aparılan tibbi əməliyyat nəticəsində sağlamlığına qovuşub.

Anestezioloq, Azərbaycan Respublikasının Əməkdar həkimi Ənvər Şıxəliyevin iştirakı ilə Mələk Əliyevanın üzərində aparılan öd kisəsinin xaric edilməsi (xolesistektomiya) və göbək yırtığının bərpası əməliyyatı 1 saat 10 dəqiqə davam edib və uğurla başa çatıb.

Əməliyyatdan sonra xəstənin vəziyyəti ağır və stabil olaraq qiymətləndirilib. Bu yaşda olan xəstələrin əməliyyatında istər cərrahi və istərsə də anestezioliji hazırlıq və yüksək peşəkarlıq əsas amillərdəndir. Ciddi risk amilini diqqətə alan həkim-cərrah dünyada aparılan əməliyyatlara və tibbi yeniliklərə dair ən müasir protokolu tətbiq etməklə uğurlu nəticəyə nail ola bilib. Əməliyyata hazırlıq mərhələsinin düzgün təşkili, ən qısa zamanda ən düzgün taktikanın seçilməsi də bu məsələdə mühüm rol oynayıb.

Ardını oxu...

Şahbuz rayonunun Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində yeni həkim ambulatoriyasının açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Səhiyyə Nazirliyinə Fövqəladə Hallar Nazirliyi ilə birlikdə dağ-xizək travmalarının müalicəsi üçün təlimlərin keçirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq fevralın 19-da həkim ambulatoriyasında dağ-xizək travmaları zamanı ilkin tibbi yardıma dair xilas­edicilər və tibb işçilərinin iştirakı ilə təlim-treninq keçirilib.

Ardını oxu...

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində də ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Xüsusi işçi qrupu tərəfindən həyata keçirilən peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan şəxslərə vurulur.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsində yaradılmış həkim briqadası tərəfindən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara səhiyyə xidmətinin göstərilməsi davam etdirilir.
Növbəti humanitar tibbi aksiya fevralın 14-də Babək rayonunda təşkil olunub.

Ardını oxu...

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə bir neçə tibb müəssisəsində COVID-19 xəstəliyinə qarşı vaksinasiya aparılıb. Peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə vurulub. Cari həftə ərzində isə Ordubad və Şahbuz və Kəngərli Rayon Mərkəzi xəstəxalarının, Gigiyena və Epidemiologiya şöbələrinin, kənd həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin tibb işçiləri təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksininə cəlb edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası tərəfindən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara səhiyyə xidmətinin göstərilməsi davam etdirilir.
Növbəti humanitar tibbi aksiya Şahbuz rayonunda təşkil olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimiz müalicəyə cəlb olunur, onlara yüksək səviyyədə səhiyyə xidməti göstərilir. Növbəti humanitar tibbi aksiyaya yanvarın 14-də Naxçıvan Diaqnostika Müalicə Mərkəzində start verilib.

Ardını oxu...

Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi üçün “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi Şərur rayonunda humanitar tibbi aksiya keçirib.

Ardını oxu...

Bu günlərdə Süleyman Cəfərov, Pəri Əliyeva, Təranə Cəfərovanın müəllifliyi ilə “Təcili tibbi yardım” adlı kitab oxucu ünvanına yol alıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 2019-cu il 12 noyabr tarixli qərarı ilə çap olunan sanballı monoqrafiyanın məsləhətçisi Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Əməkdar həkimi Niyazi Novruzov, rəyçisi mərhum kardioloq-həkim Alı Əliyev, elmi redaktoru isə tibb elmləri doktoru, dosent İsa Abdullayevdir.

Ardını oxu...

Muxtar respublika sakinlərinin sosial rifahının yüksəlməsinə əsaslanan, səhiyyə xidmətlərinin səmərəliliyini, keyfiyyətini xeyli artırmaq məqsədi daşıyan icbari tibbi sığortanın əhatə dairəsinin daha da genişlənməsinə yol açan tibb ocaqlarının müasir tələblərə cavab verən şəkildə qurulması işi 2020-ci ildə də uğurla həyata keçirilib. Belə ki, bu istiqamətdə görülən quruculuq tədbirləri çərçivəsində Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsi, Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd,

Ardını oxu...

Muхtаr rеspublikаdа Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, təhsil, səhiyyə, sənаyе, tikinti və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı, əhаlinin mааrifləndirilməsi, təbliğаt və təşviqаt sаhələrində məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Bеlə tədbirlərdən biri Şahbuz rаyоnundа tibb müəssisələrinin rəhbərləri ilə kеçirilən mülki müdаfiə məşğələsi оlmuşdur.

Ardını oxu...

Muxtar respublikamızda təhsilin və səhiyyənin inkişafı sahəsində aparılan genişmiqyaslı tədbirlər ixtisaslı tibbi kadrların hazırlanması işində mühüm rol oynayır. Diyarımızda ixtisaslı həkim hazırlığında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayan Tibb fakültəsinin rolu danılmazdır. 

Ardını oxu...

Bu gün muxtar respublikamızda yaradılan ən müasir səhiyyə infrastrukturu insan amilinə verilən yüksək dəyərin ifadəsidir. 2017-ci ildən diyarımızda bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə istifadə edilən icbari tibbi sığortanın tətbiqinə başlanılması isə bu sahəyə göstərilən qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il martın 18-də “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanın imzalanmasında məqsəd, əsasən, muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etməkdən ibarətdir.

Ardını oxu...

Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqətdə saxlanılır. Belə tədbirlərin davamı olaraq “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi Culfa rayonunda yaşayan Vətən müharibəsi qaziləri və onların ailə üzvlərini evdə müayinə etmək üçün humanitar tibbi aksiya keçirib. Bu məqsədlə yaradılmış 13 nəfərdən ibarət müxtəlifixtisaslı həkim briqadası təmsil ediblər. Aksiya çərçivəsində Camaldın, Ərəzin, Saltaq, Bənəniyar, Göydərə, Xoşkeşin kəndlərində yaşayan Vətən müharibəsində yaralanan hərbi qulluqçularımıza və onların ailə üzvlərinə xüsusi səhiyyə xidməti göstərilib. 3 qazi isə rentgenoloji, fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Ardını oxu...

Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivi tərəfindən humanitar tibbi aksiyaların keçirilməsinə başlanılıb. Xəstəxananın kollektivi bu dəfə Naxçıvan şəhərində yaşayan Vətən müharibəsi qazilərimizin evlərində olublar. Aksiya çərçivəsində yaralı hərbi qulluqçularımıza müxtəlif həkimlərdən ibarət ixtisaslaşdırılmış briqada tibbi xidmət göstərib.

Ardını oxu...

Şərur Rayon Uşaq Xəstəxanasında pediatr və tibb işçiləri üçün maarifləndirici seminar keçirilib.

Xəstəxananın baş həkimi Günay Quliyeva bildirib ki, hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.

Ardını oxu...

Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçiləri həm obliqat, həm də risk qrupuna (xüsusilə ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələrinin işçiləri) daxil olduqları üçün onların hepatit B virusuna yoluxma ehtimalı daha çoxdur. Odur ki, bu təhlükəli virus infeksiyası ilə qarşılaşmamaq üçün tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması profilaktik tədbirlər sırasında xüsusu yer alır. Vaksinasiyanın növbəti turu üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində komissiya yaradılıb.
Tibb müəssisələrinin baş həkimləri, dializ şöbəsi və ya bölmələrinin müdirləri də komissiyada təmsil olunublar. Dörd orta tibb işçisindən (vaksinator daxil olmaqla) ibarət briqadalar noyabr ayından tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılmasını davam etdirirlər.
Ötən müddətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Doğum Mərkəzində, Stomatoloji Mərkəzdə 72, rayon mərkəzi xəstəxanalarında isə 149 nəfər hepatit B vaksini ilə immunlaşdırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçiləri həm obliqat, həm də risk qrupuna (xüsusilə ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələrinin işçiləri) daxil olduqları üçün onların hepatit B virusuna yoluxma ehtimalı daha çoxdur. Odur ki, bu təhlükəli virus infeksiyası ilə qarşılaşmamaq üçün tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması profilaktik tədbirlər sırasında xüsusu yer alır. Vaksinasiyanın növbəti turu üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində komissiya yaradılıb.
Tibb müəssisələrinin baş həkimləri, dializ şöbəsi və ya bölmələrinin müdirləri də komissiyada təmsil olunublar. Dörd orta tibb işçisindən (vaksinator daxil olmaqla) ibarət briqadalar noyabr ayından tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılmasını davam etdirirlər.
Ötən müddətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Doğum Mərkəzində, Stomatoloji Mərkəzdə 72, rayon mərkəzi xəstəxanalarında isə 149 nəfər hepatit B vaksini ilə immunlaşdırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq noyabrın 11-dən tam orta məktəblərin şagirdləri payız mövsümünün tibbi müayinələrinə cəlb olunub.

Ardını oxu...

Bu gün ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və sağlamlıq imkanları məhdud şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir. Ölkə Prezidenti tərəfindən bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir, müvafiq kateqoriyadan olan insanlara mənzil və minik avtomobilləri verilir, onlar müalicələrə göndərilir və sağlamlıqlarının qayğısına qalınır. Xüsusi qayğıya ehtiyacı olan şəxslərin reabilitasiyası, onlara sosial xidmətlərin göstərilməsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Мuxtar respublikanın şəhər və rayonlarında yerləşən məktəblərdə təhsil alan şagirdlər arasında vərəmin erkən aşkar olunması məqsədilə I-VI sinif şagirdlərində kütləvi Tuberkulin test sınaqları аparılır.
Bu məqsədlə rayon xəstəxanaları və “Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxsi, həmçinin gigiyena və epidemiologiya şöbələri tərəfindən xidmət ərazilərində tuberkulin testlərinə cəlb ediləcək şagirdlərin siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə 1 həkim və 2 tibb işçisindən ibarət xüsusi briqada yaradılıb. Zəruri hallarda tibb işçilərinin sayı 6 nəfərə çatdırılır. Sınaq materialının bölgüsünə və tədbirin yüksək səviyyədə həyata keçirilməsinə ciddi nəzarət edilir.

Ardını oxu...

Hərtərəfli inkişafın əsas meyarlarından biri də əhalinin sağlam epidemioloji mühitlə təminatıdır. Çünki epidemioloji vəziyyətin sabitliyi həyatımızda digər sahələrin inkişafına bu və ya digər dərəcədə təsir göstərir. Bu sabitliyin qorunub saxlanılması isə o halda mümkün olur ki, işə kompleks şəkildə yanaşılsın, dövlətin həyata keçirdiyi müvafiq profilaktik tədbirlərlə yanaşı, cəmiyyətin özündə də bu işə ümumi maraq formalaşsın. Dünyanı cənginə almış pandemiya şəraiti bunu bir daha təsdiq etdi. Hansı ölkədə işə kompleks yanaşılırsa, pandemiya şəraitinə nəzarət bir o qədər yüksək olar və aparılan profilaktik daha effektiv təsir bağışlayar. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında aparılan tibbi və gigiyenik profilaktik tədbirlər, eləcə də maarifləndirmə işləri nümunə gücündədir. 

Ardını oxu...

2020-2021-ci illərin payız-qış mövsümü ilə əlaqədar muxtar respublikada əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hamilələr, xroniki xəstələr, tibb işçiləri, uşaq və yeniyetmə müəssisələrində çalışan şəxslərə qrip peyvəndinin vurulması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya tibb müəssisələrinin baş həkimləri də daxil edilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Ardını oxu...

Son illər muxtar respublikada həyata keçirilən kompleks tədbirlər nəticəsində əldə olunmuş iqtisadi nailiyyət bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib.
Muxtar respublikada səhiyyə obyektlərinin infrastruktur təminatının yenilənməsi, xəstəxanalarda müasir tibbi avadanlıqların quraşdırılması əhalinin sağlamlığının qorunmasına geniş imkanlar yaradıb. Belə ki, təkcə 2010-cu ildən 1 yanvar 2020-ci il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 46 həkim ambulatoriyası, 58 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Həyata keçirilən tədbirlərin davamlılığının qorunması məqsədilə cari ilin yanvar-sentyabr aylarında Ordubad rayonunun Vənənd, Şərur rayonunun Məmmədsabir, Culfa rayonunun Camaldın kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Muğancıq-Mehrab və Babək rayonunun Nəcəfəlidizə kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmış, Ordubad Rayon Uşaq Xəstəxanası binasının yenidən qurulması, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilmişdir.

Ardını oxu...

Duz, əslində, yazılışı da, səslənişi də sadə bir ifadədir. Di gəl ki, bu adın ağırlığı (hələ çəkisinin ağırlığını demirəm) neçə minilliklərdir, müzakirə mövzusudur. İstər folklorda, ədəbiyyatda, tarixdə, dində, istərsə də mifik təfəkkürdə duz mövzusuna rast gəlinir. Duzun işlənmə dairəsi məişət, texnika, maldarlıq, tibb, kimya sənayesi, kulinariya, kosmetika və digər sahələri əhatə edir.

Ardını oxu...

Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova müsahibəsinin əvvəlində cari ilin iyul ayından etibarən xidmət göstərən “814” Çağrı Mərkəzinin iş qrafiki haqqında danışıb.

S.Məmmədova bildirib ki, hal-hazırda mərkəz bazar ertəsindən şənbə günü daxil olmaqla səhər saat 8-dən axşam saat 6-dək zəngləri qəbul etməkdədir: "Sutkanın qalan saatlarında işçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlamağı məsləhət görüb.

Bu ilin avqust və sentyabr aylarının hər birində "814" nöməsinin qəbul etdiyi müraciətlərin sayı 1300-1400 təşkil edib, oktyabr ayında isə artıq bu say 3500 – 4000-ə qədər artıb".

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının 15 nəfərdən ibarət həkim briqadası Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil edib.
Ambulator müayinələr zamanı məktəbin yataqxanasında yaşayan 40 şagird ümumi cərrahi, stomatoloq, otolorinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. Bir uşaqda cərrahi müdaxilələrə ehtiyac aşkar olunduğundan müalicə məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Ardını oxu...

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ekstremal vəziyyətlərdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinə dair təlim-treninq keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, daha 101 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 43 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 2990 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 201 min 924 test aparılıb. Bugünkü test sayı isə 8054-dür.

 

 

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahiyyə əməliyyatların uğurla davam etdirirlər.
Həmin tədbirlərin davamı olaraq xəstəxananın 13 nəfərdən ibarət həkim briqadası tərəfindən Culfa Rayon Mərkəzi Xəstəxanasında müayinələr aparılıb. Briqada xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 29 xəstəyə evlərində tibbi xidmət göstərib. Gün ərzində USM aparatı vasitəsilə sakinlərin müayinəsi həyata keçirilib. Laborator təhlillər aparılıb, xəstəlikləri aşkar olunanlara müalicələr yazılıb, müvafiq təyinatlar verilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR