02 May 2024, Cümə axşamı

Şərur Rayon Uşaq Xəstəxanasında pediatr və tibb işçiləri üçün maarifləndirici seminar keçirilib.

Xəstəxananın baş həkimi Günay Quliyeva bildirib ki, hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanaraq Dövlət proqramı icra edilir.
Pediatr Hüseyn Abbasov immunlaşdırmanın yolu ilə peyvəndlə əhatəolunma səviyyəsinin yüksəldilməsinin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, rayon ərazisində yaşayan və qeydiyyata alınan uşaqların bütünlüklə profilaktik peyvənd olunmasında məqsəd onların mövcud infeksion və digər xəstəliklərdən qorunmasıdır. Uşaqların peyvəndə cəlb edilməsi əhali arasında yoluxucu epidemiyaların qarşısını almağa xidmət edir.
Həkim-laborant Coşqun Babayev peyvəndlərin saxlanma, qablaşdırma və daşınması barədə məlumat verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Peyvənd Proqramına uyğun olaraq bu gün muxtar respublikada uşaqlar arasında 11 xəstəliyə qarşı peyvənd işləri təqvimə uyğun həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR