29 Mart 2024, Cümə

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində də ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi işçi qrupu tərəfindən həyata keçirilən peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan şəxslərə vurulur. 

Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və epidemiologiya şöbəsinin, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin 130 tibb işçisi “Sinovac” vaksini ilə peyvənd­lənib.

Vaksinasiyanın əsas məqsədi ölkədə koronavirus pandemiyasına yoluxmanın qarşısını almaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə, səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Qeyd edək ki, Naxçıvan şəhərinin tibb müəssisələrində, o cümlədən rayonlarda səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın ilk mərhələsi başa çatıb. Bütövlükdə, 3 min 500 nəfər tibb işçisi vaksinasiya edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR