25 Aprel 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini fevral ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət  mərkəzində  saxlanılıb.

 

Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ edilən xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından hemofiliyalı və talassemiyalı xəstələr üçün faktor dərman preparatları gətirilib.
Ağbulaq İstirahət Mərkəzində Ağbulaq həkim ambulatoriyasının tibb işçiləri Fövqəladə Hallar Nazirliyi ilə birgə dağ-xizək travmaları zamanı ilkin tibbi yardıma dair təlim-treninq keçirib.
Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər də davam etdirilib. 1 həkim və 1 rezident Bakı şəhərində, 2 həkim və 3 tibb bacısı Naxçıvan şəhər tibb müəssisələrində, 8 tibb bacısı fizioterapiya üzrə, 10 laborant ixtisası üzrə Tibb Kollecində nəzəri və tibb müəssisələrində praktik təcrübə keçməyə göndərilib. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 11, Tibb Kollecinin isə 121 tələbəsi tibb müəssisələrinə hamiliyə verilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Babək rayonunda və kəndlərində yaşayan Qarabağ müharibəsi qazilərindən 6 nəfəri evlərində hərtərəfli tibbi müayinədən keçirib. Ayrı-ayrı rayonlarda şəkərli diabet xəstəliyindən əziyyət çəkən 138 xəstənin göz dibinin müayinəsi aparılıb, lazımi məsləhət və təyinatlar verilib. Xəstəxananın 12 nəfərdən ibarət həkim briqadası Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində 43 şagirdi ambulator müayinə edib, ehtiyacı olanları USM və laborator müayinələrdən keçirib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 11 nəfərdə müayinə, 10 nəfərdə cərrahiyyə əməliyyatı icra olunub. Bakı şəhərindən dəvət olunmuş LOR həkimi Ruslan Qurbanov tərəfindən isə 10 xəstədə cərrahi LOR əməliyyatı aparılıb. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Şahbuz rayonunun Badamlı qəsəbə, Badamlı və Şada kəndlərində təhsil işçilərindən 35, kənd sakinlərindən isə 22 qadında süd vəzinin profilaktik müayinəsi həyata keçirilib, 6 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.
Hesabat ayında tibb işçilərinin COVID-19 virusuna qarşı vaksinasiyanın ilk mərhələsi başa çatıb, bütövlükdə, 3 min 480 tibb işçisi vaksinasiya edilib. Həmçinin mövsümi qripə qarşı risk qruplarından olan vətəndaşlardan 11 min 585 nəfərə qrip əleyhinə vaksinasiya aparılıb ki, bunun da 1800-nü uşaqlar təşkil edir.
Qanla işləyən tibb işçiləri, hemofiliya, dializ xəstələrindən 252-də hepatitə qarşı I və II tur vaksinasiya aparılıb, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində məktəblərdə hər gün termometriya və dezinfeksiya işləri, məktəbəqədər müəssisələrdə, məktəblərdə, ictimai iaşə, su təchizatı qurğuları və digər obyektlərdə sanitar-gigiyenik vəziyyətə nəzarət yoxlamaları davam etdirilib.
Ərzaq istifadə edən müəssisələrdə sanitar vəziyyətə nəzarət məqsədilə yoxlamalar aparılıb. 44 istehsalat obyektində monitorinq keçirilib, 7 obyektə sanitar pozğunluq barədə şifahi xəbərdarlıq edilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR