02 May 2024, Cümə axşamı

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ekstremal vəziyyətlərdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinə dair təlim-treninq keçirilib.

Mərkəzin baş həkimi Nihad Seyidov tədbirin məqsəd və prinsipləri barədə məlumat verərək bildirib ki, sentyabrın 27-dən etibarən Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında igid Vətən övladlarının işğal altında olan torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən, böyük qələbəyə yaxınlaşdıran zəfərlərdən danışıb. Belə bir vaxtda tibb işçiləri yaralı əsgərlərimizə, mülki vətəndaşlarımıza ilkin təcili və təxirəsalınmaz tibbi xidmət göstərməklə qələbəmizə öz töhfələrini verirlər.
Sonra mərkəzin cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru, dosent İsa Abdullayev, anesteziologiya və reanimasiya bölməsinin müdiri Ənvər Şıxəliyev, tibb bacıları Nərmin Qarayeva, Safura Hüseynova güllə, qəlpə və mina partlayışları, kəllə-beyin travmaları, yanğınlar zamanı ilkin tibbi yardımın təşkili və ilkin tibbi yardım tədbirləri haqqında məlumat veriblər.

Ekstremal vəziyyətlərdə ilkin tibbi yardım qaydaları mulyaj üzərində aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR