02 May 2024, Cümə axşamı

2020-2021-ci illərin payız-qış mövsümü ilə əlaqədar muxtar respublikada əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hamilələr, xroniki xəstələr, tibb işçiləri, uşaq və yeniyetmə müəssisələrində çalışan şəxslərə qrip peyvəndinin vurulması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya tibb müəssisələrinin baş həkimləri də daxil edilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Hazırda risk qrupuna aid şəxslərə qrip əleyhinə peyvənd vurulması davam etdirilir. İlkin mərhələdə tibb və Naxçıvan şəhər uşaq bağçalarının işçilərinə qrip əleyhinə peyvənd edilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, risk qrupuna daxil olan şəxslərə qrip peyvəndinin vurulmasının icrası məqsədilə yaradılmış komissiyanın sədri Zeynəb Mustafayeva vaksinasiya prosesinin bütün dünyada həyata keçirildiyi, risk qruplarının mütləq peyvənd edilmələrinin vacibliyini bildirib.
Qrip peyvəndinin vurulması noyabr ayının sonunadək davam edəcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR