22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq qadınlar arasında süd vəzi xərçəngi xəstəliklərinin aşkar edilməsi üçün kütləvi profilaktik tibbi müayinələr davam etdirilir.
Hazırda bu tədbir Şahbuz rayonunun mədəniyyət müəssisələrində çalışan qadınlar arasında həyata keçirilir. Bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin baş həkimi Viladi Cabbarov bildirib ki, süd vəzi xərçəngi xəstəliyinin yaranması və inkişafı təhlükəli hesab edilsə də, insanlarda təşviş yaratmamalıdır. Mühüm olan xəstəliyin vaxtında aşkarlanmasıdır. 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçsə, problem erkən mərhələdə müəyyənləşdirilsə, xəstəliklə mübarizə asanlaşır və o, müalicə olunur.

Bu patologiyanın bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu vurğulayan onkoloq digər xəstəliklərdən fərqli olaraq, bu xəstəlikdə yaş amilinin mühüm rolunu qeyd edib. Bildirilib ki, ölkəmizdə son illər onkoloji xidmətin müasir standartlara uyğunlaşdırılması və maarifləndirmə işinin genişləndirilməsinin nəticəsi olaraq xəstəliyin əlamətləri daha erkən aşkarlanır və uğurlu müalicə üsullarından istifadə edilir.
Baş həkim onu da qeyd edib ki, mərkəzin həkimləri tərəfindən ötən il 927 qadın mədəniyyət işçisi arasında süd vəzinin müayinəsi aparılıb, 46 nəfərdə fibroadenoma, mastopatiya və digər patologiya aşkar edilib. Cari ildə isə kütləvi profilaktik tibbi müayinələrə Kəngərli rayonundan start verilib, mədəniyyət müəssisələrində işləyən 20 nəfər qadın işçinin profilaktik tibbi müayinəsi aparılıb.
Sonra Şahbuz rayonunun mədəniyyət müəssisələrində çalışan 57 nəfər qadın mədəniyyət işçisi müayinədən keçib, 3 nəfərdə patologiya aşkar edilib. Onlar mərkəzə dəvət olunublar.
Müayinələr gələn aylarda da davam etdiriləcəkdir.

 

 

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin

mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR