22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda oktyabr ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yeni doğulmuş uşaqların 94,5 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 30 min 322 kvadratmetr dezinfeksiya tədbirləri həyata keçirilib.

Uşaq-yeniyetmə müəssisələri və məktəblərdə monitorinqlər və maarifləndirici tədbirlər keçirilib.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-keçid məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər görülüb.
Oktyabr ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib, 98 su, 334 yuyuntu və 1060 digər nümunələrin müayinələri aparılıb.

Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 378, təhsil üzrə 648, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 154, kommunal sahələr üzrə 36, sürücülük üzrə 22 nəfər olmaqla, bütövlükdə, 1238 nəfər müayinədən keçib.
Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin Qidalanma gigiyenası laboratoriyasında 5 nümunədə 19 müayinə aparılıb, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 2 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilib.
Kommunal gigiyena laboratoriyasında 10 nümunədə 29, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 4 nümunədə 7 müayinə aparılıb.
Əhalinin sanitariya sahəsində maarifləndirilməsi diqqət mərkəzində saxlanılıb, 16 mühazirə oxunub, 2 seminar keçirilib.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR