22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda noyabr ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib. İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. 

Yeni doğulmuş uşaqlar idarə­olunan yoluxucu xəstəliklərə görə peyvənd alıblar. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 26 min 327 kvadratmetr sahədə dezinfeksiya və 19 min 950 kvadratmetr ərazidə dezinseksiya tədbirləri həyata keçirilib.
Uşaq-yeniyetmə müəssisələri və məktəblərdə monitorinqlər və maarifləndirici tədbirlər aparılıb.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilib.

Noyabr ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib, 32 su, 71 yuyuntu və 633 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 293, təhsil üzrə 525, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 86, kommunal sahələr üzrə 41, sürücülük üzrə 25 nəfər olmaqla, bütövlükdə, 970 nəfər müayinədən keçib.
Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin qidalanma gigiyenası laboratoriyasında 4 nümunədə 11 müayinə aparılıb, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 1 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilib.
Kommunal gigiyena laboratoriyasında 8 nümunədə 43, toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 5 nümunədə 12 müayinə aparılıb.
Əhalinin sanitariya sahəsində maarifləndirilməsi məqsədyönlü şəkildə həyata keçirilib, 25 mühazirə oxunub, 1 seminar təşkil olunub.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR