29 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında cari ilin son rübündə Tibb bacısı, Tibbi qeydiyyatçı, Laboratoriya işi, Feldşer, Mama ixtisasları üzrə 150 nəfər orta tibb işçisinin təkmilləşdirmə kursu keçməsi nəzərdə tutulub. Naxçıvan Tibb Kollecində bu il oktyabrın 24-dən başlanan peyvənd və sterilizasiya kursu artıq başa çatıb. Təkmilləşdirmə kursunda Naxçıvan şəhəri ilə yanaşı, rayonların tibb müəssisələrində çalışan 90 tibb bacısı iştirak edib.
Naxçıvan Tibb Kollecində təkmilləşdirmə kursu üzrə dərslər ixtisaslı həkim və müəllimlərin rəhbərliyi altında elektron lövhədə aparılıb. Təcrübələr Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında, Doğum Mərkəzində, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində keçirilib. Kursda iştirak edənlərə ixtisasları üzrə tibbin yenilikləri haqqında mühazirələr oxunub, tibbi prosedurlar, profilaktik peyvəndlərin aparılması, müasir aparat və avadanlıqlar nümayiş etdirilib. Tibb bacılarına buklet və kitabçalar paylanıb. Kursda iştirak edənlər üçün attestasiya imtahanı keçirilib və sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında 2010-cu ildən 2016-cı ilin birinci yarısınadək, ümumilikdə, 709 nəfər orta tibb işçisi təkmilləşdirmə kursunda iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR