22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini oktyabr ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması həmişəki kimi diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən ay Culfa rayonunun Gülüstan kəndində feldşer-mama məntəqəsi əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal Fond tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinə HİV, hepatit B, C və sifilis testləri, reaktiv və tibbi materiallar, 9 nəfər xəstədə ARV terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən idarə olunan yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə peyvənd materialları, öz-özünü məhv edən şpris və işlənmiş materialları yığmaq üçün konteyner gətirilib. İlkin vərəmin təyini məqsədilə noyabr ayında tuberkulin sınağı keçirmək üçün 60 min doza tuberkulin, öz-özünü məhv edən şpris və işlənmiş materialları yığmaq üçün konteyner alınıb.

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili davam etdirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin 3 nəfərdən ibarət heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahları ilə birgə 9 nəfərdə açıq ürək əməliy­yatı, 27 nəfərdə müayinələr aparıb.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən mədəniyyət işçiləri arasında süd vəzinin profilaktik müayinəsi davam etdirilib, 145 nəfər qadında süd vəzinin müayinəsi aparılıb, 7 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə dəvət olunub.
Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində 28 min 602 şagirdin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi müayinəsi aparılıb, 2486 nəfər dispanser qeydiyyata alınıb.
Aşura günü ilə əlaqədar Naxçıvan şəhərində 3 məsciddə, Şərur rayonunda 1 məsciddə, Ordubad rayonunda 1 məsciddə, Babək rayonunda 4 məsciddə, Culfa rayonunda 2 məsciddə, Şahbuz rayonunda 1 məsciddə, Kəngərli rayonunda 3 məsciddə, Sədərək rayonunda 1 məsciddə qanvermə aksiyası keçirilib, 518 nəfərdən 207,2 litr qan tədarük edilib.
Naxçıvan Мuxtar Respublikası Səhiyyə Nazirliyi ilə yanaşı, Naxçıvan Мuxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Mərkəzi Uşaq Xəstəxanası, dispanserlər, rayon mərkəzi xəstəxanaları nəzdində həkim briqadalarının müasir tibbi avadanlıq, cihaz və aparatlar, laboratoriya ilə təchiz olunaraq yerlərə gedişi qrafik əsasında tənzimlənib, müayinələrin kütləviliyinə nail olunub.
Muxtar respublika ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olub, xüsusi təhlükəli infeksiyalar qeydə alınmayıb. Qızılca, məxmərək, anadangəlmə məxmərək sindromu üzərində epidemioloji nəzarəti gücləndirmək məqsədilə həkim- epidemioloqların, pediatrların, infeksionistlərin, ginekoloqların və tələbələrin iştirakı ilə Doğum Mərkəzində seminar keçirilib.
Rayon və kənd tibb müəssisələrinin fəaliyyətinə nəzarət məqsədilə oktyabr ayında Şərur Rayon Mərkəzi Xəstəxanasına, Aralıq Kənd Sahə Xəstəxanasına, Siyaqut, Qarxun, Sərxanlı kənd həkim ambulatoriyalarına, Yuxarı Aralıq, Muğancıq-Müslüm feldşer-mama məntəqələrinə gedilib, mövcud nöqsanların yerindəcə həll olunması üçün tapşırıqlar verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi oktyabr ayı ərzində 21 nəfəri Bakı şəhər Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 54 nəfəri Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 10 nəfəri müxtəlif xəstəxanalara müalicəyə göndərib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR