22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqaməti də əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kənd­lərin, eləcə də ucqar sərhəd və dağ məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlardan səmərəli istifadə edərək əhalinin tibbi müayinəsini və cərrahi əməliy­yatları uğurla davam etdirirlər.
Yeni səhiyyə müəssisələrindən olan Babək Rayon Mərkəzi Xəstəxanasında da bir sıra cərrahi əməliyyatların aparılması üçün lazımi şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü bu səhiyyə müəssisəsində 20 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər.

Həkim cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, Zeynəb Məmmədova, İlhamə Əsgərova, anestezioloqlardan Aidə Məmməd­ova, Xətai Səfərov və əməliyyat tibb bacıları 26 xəstəni müayinə ediblər. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliy­yatları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliy­yatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıb. Babək rayonunun Nehrəm kəndindən Əli Əliyev başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliy­yat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə göstərilən xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.
Həmin gün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçilərindən ibarət digər briqadası Cəhridə əhaliyə kütləvi tibbi xidmət göstərib. Belə ki, kənd sahə xəstəxanasında 30 nəfər ultrasəs və elektrokardioqrafiya ilə müayinə olunub, onlardan qan analizləri götürülüb, müvafiq tibbi məsləhətlər verilib. Laboratoriya işçilərinə tibbi cihaz və avadanlıqlardan istifadə qaydaları izah edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR