21 Dekabr 2024, Şənbə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 2021-ci ilin yanvar ayından etibarən muxtar respublikamızda da koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.


Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyində xüsusi komissiya yaradılıb. Komissiya muxtar respublikada COVID-19 virus infeksiyasına qarşı vaksinasiya prosesini təşkil edir. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Leyla Vəliyeva ötən il muxtar respublikada virus əleyhinə vaksinasiyanın kütləviliyinə nail olunduğunu və prosesin yeni ilin ilk günlərindən də davam etdirildiyini bildirir:
– Naxçıvan Muxtar Respublikasında 2021-ci il fevral ayının 2-dən COVID-19 virus infeksiyasına qarşı vaksinasiyaya başlanılıb. Vaksinasiya, ilk növbədə, risk qrupu sayılan tibb işçiləri arasında aparılıb. Vaksinasiya 2 mərhələdə həyata keçirilir. Birinci dozanı qəbul edən vətəndaş 28 gündən sonra vaksinin 2-ci dozasını qəbul edir. Hər iki dozanı qəbul etmiş vətəndaşa vaksinasiyanın sonunda sertifikat verilir.
Səhiyyə işçilərindən sonra isə 50 yaşdan yuxarı vətəndaşlar və təhsil işçiləri vaksinasiyaya cəlb olunub. Aprel ayından isə yaşı 18-dən yuxarı olan bütün vətəndaşların peyvənd olunmasına başlanıldı. Naxçıvan şəhərində və rayonlarda istifadə olunan vaksin “Sinovac” vaksinidir. 2021-ci ilin noyabr ayından artıq 3-cu doza – “Booster” dozaya başlanılıb. 3-cü doza vaksin 2-ci dozadan 6 ay keçmiş bütün vətəndaşlara şamil olunur. Noyabr ayının 16-dan etibarən Almaniya istehsalı “Pfizer” vaksininin istifadəsinə başlanılıb. Vətəndaşların istəyindən asılı olaraq “Booster” doza olaraq həm “Sinovac”, həm də “Pfizer” vaksini tətbiq olunur. Buradan bütün vətəndaşların nəzərinə çatdırıram ki, hər iki dozanı qəbul etmiş hər kəs 3-cü doza vaksinlərini mütləq qəbul etsinlər. Çünki keçən müddət ərzində orqanizmdə anticisimlərin sayı azalır və yenidən xəstəliyə yoluxma riski artır.
Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsidir ki, ölkəmiz üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb. COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri prosesi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR