23 Aprel 2024, Çərşənbə axşamı

Naxçıvan Atıcılıq Mərkəzində keçirilən birincilik I və II Qarabağ müharibələrində iştirak edən hərbçilərimiz arasında keçirilib. Məqsəd onların arasında atıcılıq idman növlərinin təbliği, ən yaxşı atıcıların müəyyən edilməsi və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.


Muxtar respublikanın şəhər və rayonlarından 8 komanda qələbə uğrunda mübarizə aparıb. Olimpiya sisteminə əsasən keçirilən birincilikdə Naxçıvan komandası qalib adını qazanıb. Culfa və Kəngərli komandaları müvafiq ardıcıllıqla ikinci və üçüncü sıralarda qərarlaşıblar.
Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli və Paralimpiya Federasiyasının sədri Nicat Babayev iştirakçıları təbrik edib, Vətənimizin bütövlüyü uğrunda göstərdikləri şücaətə görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda şəhid ailələri, o cümlədən sağlamlıq imkanları məhdud şəxslər yüksək dövlət qayğısı əhatəsindədirlər.
Çıxışlarda unikal idman məkanlarından biri kimi Atıcılıq Mərkəzinin üstünlüklərindən bəhs olunub. Vurğulanıb ki, mərkəzdə stend və sportinq atıcılığı, oxatma, tir atıcılığı və peyntbol yarışlarının keçirilməsi üçün əlverişli şərait yaradılıb. Azərbaycan Ordusunun şanlı qələbəmizlə bitən 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq, rəşadət, döyüş ruhu əhali arasında bu tipli idman növlərinə marağı artırıb. Belə mərkəzlərin yaradılması gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində önəmli rola malikdir.
Çıxışların ardınca mükafatlar təqdim edilib. İlk üçlükdə qərarlaşan komandalar diplom, xatirə barelyefi və hədiyyələr, əlavə olaraq komandalara ödənişsiz peyntbol oyunu üçün kupon hədiyyə olunub.
Qeyd edək ki, birincilik Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyalarının birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR