Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. Mundialda iştirak edən milli komandamızın heyətində #Naxçıvan Boks Federasiyasının yetirmələri Tayfur və Sərxan Əliyev qardaşları da var.
Sərxan Əliyev (71 kq) startda Stefen Nevnsi (Şotlandiya) məğlub etdikdən sonra növbəti yarış günü Yuta Akiyama (Yaponiya) ilə qüvvəsini sınayıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). Bu nəticə ilə 1/4 finala vəsiqə əldə edən Sərxan noyabrın 2-də ABŞ təmsilçisi Obed Barti ilə üz-üzə gələcək.
İlk iki döyüşündə müvafiq olaraq Çarles Petit-Homm (Haiti) və Simone Spada (İtaliya) üzərində qələbə qazanan Tayfur Əliyev (60 kq) isə üçüncü sınağında Arslan Xatayevlə (Finlandiya) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından idmançımız mundialla vidalaşıb.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti