29 Mart 2024, Cümə

Naxçıvan Futbol Federasiyasının sədr müavini, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisi, Sakit Rzayev Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının dəstəyi ilə Türkiyə Super Liqasında çıxış edən “Çaykur Rizəspor” Futbol Klubunun təlim-məşq bazasında olub.

Üçgünlük səfər zamanı baş məşqçi Türkiyə klubunun yeni fəaliyyətə başlayan futbol akademiyası ilə yaxından tanış olub, akademiyanın direktoru Fədai Aksoy və 14 yaşa qədər aşağı yaş komandaların koordinatoru Əmrə Hamzaoğlu ilə görüşlər keçirilib. Görüşlərdə akademiyanın inkişaf strategiyasından, hər yaş qrupu üzrə məşq və inkişaf planlarından, məşqçilərin nəzəri və praktik kurslarından, yaş qrupları üzrə məşq proqramlarından danışılıb. Eləcə də türk klubu ilə Naxçıvan Futbol Federasiyası arasında əməkdaşlıq barədə də müzakirələr aparılıb.
Qeyd edək ki, Sakit Rzayev səfər çərçivəsində “Çaykur Rizəspor” Futbol Klubunun əsas komandasının məşqlərini izləyib, digər yaş qruplarının məşqlərində iştirak edib.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR