04 Noyabr 2024, Bazar ertəsi

Serbiya Respublikasının Zrenjanin şəhərində Dünya Şotokan Federasiyasının 28-ci dünya çempionatı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 3 idmançısı iştirak edib. Onlardan ikisi mükafatçılar sırasına düşə bilib.
12-13 yaş kateqoriyasında mübarizə aparan Yaqub Qəmbərov (-43 kiloqram) “şobu ippon” və “şobu sanbon” qaydaları üzrə 2 gümüş medal qazanıb. Digər təmsilçimiz Rafiq Hüseynli (-40 kiloqram) isə 10-11 yaş kateqoriyasında “şobu ippon” üzrə bürünc medala layiq görülüb.
Federasiya idmançıları, həmçinin Zəfər Gününə həsr edilmiş açıq Bakı turnirinə də qatılıblar. Yekun nəticələrə əsasən Naxçıvan komandası medalların sayına və əyarına görə (7 qızıl, 6 gümüş və 4 bürünc) turniri ikinci sırada tamamlayıb.
Karateçilərimizdən Ayxan Musayev I, II və III yerlər olmaqla, 3 medal qazanıb. Vüsal Seyidov, Qafar Hüseynli, Canər Abbaszadə, Səma Bağırova, Gültac Cəfərova və Sadiq Qənbərov qızıl medala sahib olublar. Nərgiz Həsənli II və III yerlər olmaqla, 2 medal əldə edib. Fatimə Bədəlova, Sona Bağırova və Məhəmməd Bağırov gümüş, Həsən Səfərli, Saleh Qənbərov və Abbas Əliyev bürünc medallara layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR