21 Dekabr 2024, Şənbə

2021-ci ildə keçiriləcək AVRO-2020-nin final mərhələsi ərəfəsində milli komandaların yoxlama oyunları üçün iki pəncərə nəzərdə tutulub.

Bu, UEFA-nın klublara göndərdiyi növbəti təlimat məktubunda əksini tapıb.

Ardını oxu...

Ötən ay ərzində yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın Şahbuz rayon birinciliyi, “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları arasında “Peloton” İntellektual Oyunu, “8 mart – Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan qız tələbələr arasında “Xəmsə” Milli İntellektual Oyunu və muxtar respublikanın ictimai həyatında fərqlənən qadınların mükafatlandırma mərasimi keçirilmişdir.

Ardını oxu...

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo karyerasında 1 milyard dollar qazanan ilk futbolçu olacaq.

Koronavirus pandemiyası ilə əlaqədar karantin üzündən onun əməkhaqqının azaldılmasına baxmayaraq, bu il portuqaliyalı hücumçunun gəliri artacaq. “Yuventus”dakı əməkhaqqından əlavə, Ronaldo “CR7” kişi geyimi brendi, otellər şəbəkəsi və reklam müqavilələrindən də qazanır.

Ardını oxu...

Tokio Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdirilib.

Əldə edilən razılaşmaya əsasən Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlanacaq.

Ardını oxu...

Koronavirus infeksiyasına görə təxirə salınan futbol liqalarının bərpa müddəti uzadılıb.

Ardını oxu...

Koronavirus pandemiyasının yayılması səbəbindən Türkiyə Superliqasının oyunları təxirə salınıb.

Türkiyə KİV-lərinə istinadla bildirilir ki, bu barədə qərar Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu ilə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir arasında keçirilən görüşdən sonra ictimaiyyətə məlumat verilib.

Ardını oxu...

Boks üzrə Azərbaycan milli komandası “Tokio-2020” Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

Ardını oxu...

Boks üzrə Azərbaycan milli komandası “Tokio 2020” Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində Tayfur Əliyev (57 kq) bu hüquqa yiyələnib.

Ardını oxu...

Müasir Naxçıvan futbolu zəngin ənənələr üzərində mərhələli inkişaf təəssüratı doğurur

Bir vaxtlar keçmiş SSRİ çempionatında mübarizə aparan, yaşından asılı olmayaraq hər kəsin azarkeşlik etdiyi “Neftçi” Azərbaycan futbolu üçün həm də bir çox istedadlı futbolçuların yetişdiyi klub olub. Komanda zaman-zaman haqsızlıqlara qarşı mübarizə aparmış, güclülər dəstəsini tərk etmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1974-cü ilin yayında Azərbaycan KP MK-nın birinci katibi, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən respublika partiya təşkilatı fəallarının yığıncağı idman ictimaiyyətinin yaddaşında dərin iz buraxıb.

Ardını oxu...

Ötən ay 2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında konsert proqramı, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən gənclərin mükafatlandırılması, yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Naxçıvan şəhər və Babək rayon mərhələləri, gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar, gənclər arasında “Qış möcüzəsi” adlı fotomüsabiqə keçirilmişdir.

Ardını oxu...

Məşqçi və idmançıların mükafatlandırılması diyarımızda idmana göstərilən diqqətin təzahürüdür

Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında cəmiyyətin bütün sahələri kimi, idman da inkişaf dövrünü yaşayır. İdmana və idmançılara göstərilən diqqətin bariz nümunəsi kimi 5 mart – Bədən Tərbiyəsi və İdman Günündə keçirilən “İdman festivalı”nın muxtar respublikada təşkili diyarımızda əsl bayram ab-havası yaratdı. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən ilk dəfə təşkil olunan tədbirdə bir çox mütəxəssis və idmançı mükafata layiq görüldü. Onlarla görüşüb fikirlərini öyrəndik.

42 ildir, dünyanın ən mükəmməl oyunu hesab edilən şahmatın sirlərini uşaq və yeniyetmələrə aşılayan Hüseyn Əliyevin fikrincə, idman hər bir ölkənin, diyarın ictimai həyatında xüsusi yer tutur və bu gün idmanın inkişafı qazanılan nəticələrə gətirib çıxarır. Biz məşqçilər hər zaman böyük qələbələrdən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı daha da artır, uşaq və yeniyetmələr idman bölmələrinə üz tutur, onlar da qələbə qazanmaq üçün mübarizə aparırlar. Onlar özlərinə kumir kimi həmin idmançıları seçirlər. Təbii ki, bu, gözəl haldır. Biz məşqçi və idmançıların üzərinə isə yalnız göstərilən etimadı doğrultmaq düşür. Sevindirici haldır ki, Naxçıvanda idmanın kütləviliyi üçün mühüm işlər görülür, dövlət idman siyasəti də məhz bu istiqamətdə aparılır.
Respublika dərəcəli şahmat hakimi bütün bu uğurların səbəbini yalnız yaradılan şəraitlə əlaqələndirir: “Şahmatı digər növlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri idmançıların sakit və təmkinli olmasıdır. Keçirilən yarışlarda, turnirlərdə onlara qələbəni qazandıran məhz bu amildir. Son illər bu növə marağın artmasının əsas səbəbi həm məşqçi-müəllimlər, həm də idmançılar üçün hər bir imkanın yaradılmasıdır. Uğur qazanan idmançılar, eləcə də onların məşqçiləri daim diqqətdə saxlanılır, mükafatlandırılır. Mənə verilən “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı isə tək mənim deyil, bütün federasiyamızın uğurudur”.

Ardını oxu...

Bakı Şəhər Boks İdman Mərkəzində 11-ci “Baku Open” beynəlxalq karate turniri keçirilib.
Yarışın birinci günündə böyüklər və veteranlar, mart ayının 6-da 16-17 yaşlı və 18-21 yaşlı gənclər, 7-də 14-15 yaşlı yeniyetmələr, ayın 8-də isə 6-13 yaşadək uşaqlar mübarizə aparıblar. Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edib.

Ardını oxu...

Müxtəlif dövrlərdə qadınların ideal bədən quruluşu, onların idmana yönəldilməsi barədə təzadlı fikirlər səsləndirilib. Məsələn, XIX əsrdə kök və görkəmcə bir qədər güclü görünən qadın ideal hesab edilirdisə, XXI əsrin əvvəlində bu özünü arıq, incə görünüşlə əvəz etməyə başladı. Təbii ki, buna malik olmaq üçün uzun müddət və səylə çalışmaq lazımdır. Qidalanmaya nəzarət etmək, müntəzəm şəkildə idmanla məşğul olmaq vacib şərtdir. Qərb mədəniyyətində qadının idmana cəlbi bu cür təzahür olunur: “Hər şey qadının öz əlindədir”. 

Ardını oxu...

 

Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turizm istirahət kompleksində İdman festivalına start verilib.

Festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, rəsmi şəxslər iştirak edirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı və “Badamlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin sponsorluğu ilə Naxçıvan Futzal Liqasında mübarizə aparan komandalar arasında keçirilən “Badamlı-Naxçıvan Kuboku”na yekun vurulub.

Ardını oxu...

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman cəmiyyətində daxili işlər orqanlarının komandaları arasında çoxnövçülük üzrə ölkə birinciliyi keçirilib. Birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası da iştirak edib.

Ardını oxu...

“Poliqon” Strateji İntellekt oyunu üzrə III Universiadanın Azərbaycan birinciliyi keçirilib. Layihənin keçirilməsində əsas məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etmək, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini aşılamaq, milli intellektual oyunlar hərəkatını genişləndirmək və bu fəaliyyətin ənənəvi forma almasını təmin etmək, gənclərin intellektual və strategiya qurmaq potensiallarını üzə çıxarmaq, onları zərərli vərdişlərdən çəkindirmək və asudə vaxtlarının səmərəli təşkilinə nail ­olmaqdır.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə futbol hakimləri üçün seminar keçirilib.

Ardını oxu...

Türkiyə Cümhuriyyətinin Antalya şəhərində 15-ci beynəlxalq Runatolia Marafonu keçirilib.

Ardını oxu...

Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə ikinci dəfə rəhbərliyə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, fiziki tərbiyə sahəsində də həyata keçirilən tədbirlər yeni forma və məzmun kəsb etməyə başladı, belə tədbirlərin reallaşdırılması, davamlı xarakter alması günün zərurətinə çevrildi. Yeni idman obyektlərinin istifadəyə verilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi, bacarıqlı idmançıların üzə çıxarılaraq düzgün istiqamətləndirilməsi, müxtəlif yarışlarda onların iştirakının təmin edilməsi diqqətdə saxlanıldı. Bütün bunlar Azərbaycanın idman ölkəsinə çevrilməsinə şərait yaratdı. Bunu muxtar respublikamızın timsalında da görə bilərik. Artıq diyarımızda güclü idman infrastrukturu formalaşdırılıb, qədim Naxçıvan torpağı ölkə və beynəlxalq səviyyəli yarışların keçirildiyi bir məkana çevrilib. İdmançılarımızın müxtəlif yarışlarda qazandıqları yüksək mükafatlar hamımızı sevindirir. Həmin idmançıların yetişməsində Naxçıvan Dövlət Universitetinin də böyük rolu var. 

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüşdə Şərur və Ordubad rayon komandaları üz-üzə gəlib.

Ardını oxu...

Fevralın 22-də Türkiyə Cümhuriyyətinin “Araz Təbiət İdman və Mədəniyyət Klubu” rəhbərliyi və üzvlərindən ibarət 37 nəfərlik alpinist qrupu Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Naxçıvana gəlib. Fevral ayının 23-də Xocalı faciəsi qurbanlarının anım günü ilə əlaqədar onların Culfa rayonunun ərazisindəki hündürlüyü 2 min 415 metr olan Haçadağa yürüşü təşkil edilib. Yürüş Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib. Həmin federasiyasının idmançıları da yürüşə qatılıblar.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Futzal Federasiyasının təşkilatçılığı ilə keçirilən futzal üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunlarına yekun vurulub.
İlk dəfə olaraq ölkə kubokunda Naxçıvan Futzal Liqasının iki komandası da mübarizə aparıb. Muxtar respublikamızı kubok oyunlarında “Badamlı” və “Nəqşicahan” futbol klubları təmsil ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclərlə iş, eləcə də idmanın kütləviliyinə nail olunması istiqamətində tədbirlər yanvar ayında da davam etdirilmişdir. Belə ki, ötən ay gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuş, Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Xəmsə” milli intellektual oyunu, kitab müzakirələri, “Beynəlxalq turizm modeli Naxçıvanda” adlı seminar keçirilmişdir. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlara animasiya filmi nümayiş olunmuş, muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən gənclərin mükafatlandırılması tədbiri, Şərur rayonunda futbol hakimləri üçün təlim-məşq toplanışı təşkil edilmişdir.
Ötən ay gənclər arasında idmanın kütləviliyinə nail olmaq məqsədilə şahmat, sərbəst güləş, voleybol, basketbol üzrə birinciliklər, yoldaşlıq görüşləri, Naxçıvan Futzal Liqasında 13-cü turun oyunları keçirilmişdir.
Yanvar ayında idmançılarımız yüksək nəticələr əldə edərək Azərbaycan birinciliyində 4, beynəlxalq turnirlərdə 14 medal qazanmışlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Dövlət proqramı Naxçıvanda bu sahənin inkişafına yeni nəfəs verəcək

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət də kökündən dəyişdi, bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması, olimpiya hərəkatına qoşulması geniş vüsət aldı.  Qısa zaman kəsiyində həyata keçirilən mühüm tədbirlər nəticəsində idmançılarımız böyük qələbələrə imza atdılar. Ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı zəruri məsələlərdən birinə çevrildi.

Ardını oxu...

Dövrümüzdə dinamik şəkildə aktivləşən və beynəlxalq iqtisadiyyata inteqrasiya edən turizm sisteminin qurulması Azərbaycanda sosial həyatın başlıca məsələlərindən biridir. Müasir dövrdə dünyada bir sıra ölkələr iqtisadiyyatlarını gücləndirmək, davamlı inkişafa nail olmaq üçün turizmin müxtəlif sahələrindən istifadə edirlər. Hazırda idman iqtisadiyyatın əsas gəlir gətirən sahələrindən biri hesab edildiyindən idman turizminə də xeyli üstünlük verilir. İqtisadiyyatın “gənc sahəsi” olan idman turizmi önəmli bir qeyri-neft sektorudur. Müasirləşmə və əhəmiyyətli dəyişikliklər idman sektorunda da müəyyən yeniliklərin ortaya çıxmasına zəmin yaradıb.

İdman turizmi və növləri

Qısa olaraq idman turizmi barədə: Müasir dövrümüzdə idmana marağın artmasına səbəb onun azad rəqabət, mübarizə şəraitində həyata keçirilməsi, eyni zamanda bu sahənin “sülhün carçısı” adlandırılmasıdır. İdman sayəsində dövlətlər, xalqlar arasında münasibətlərin yaxşılaşması ilə ölkədən-ölkəyə səfər edənlərin də sayı artıb. Bu da idman turizmi anlayışını gündəmə gətirib.

Ardını oxu...

Bakı şəhər Şağan Olimpiya İdman Kompleksində Minbulaq Hüseynovun xatirəsinə həsr olunmuş 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında sərbəst güləş üzrə IV açıq respublika turniri keçirilib.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində “Şahmat beyinin gimnastikasıdır” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin V-VI siniflərində təhsil alan oğlanlar arasında şahmat üzrə şəxsi birincilik keçirilib.

Ardını oxu...

Bakı şəhər Hövsan Olimpiya İdman Kompleksində MMA, pankration və grappling idman növləri üzrə uşaq, yeniyetmə, gənc, böyüklər arasında açıq Bakı çempionatı keçirilib.
Qızların da iştirak etdiyi çempionatda Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları adlarını qaliblər sırasına yazdırıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında güc çoxnövçülüyü üzrə keçirilən birinciliyə yekun vurulub.
Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışın məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü və dayanıqlılığı inkişaf etdirmək, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində keçiriləcək güc çoxnövçülüyü üzrə yarışda iştirak edəcək idmançılar seçməkdən ibarət olub.

Ardını oxu...

Bu barədə fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında"  keçirilən müşavirədə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bildirib.

Festival uşaq və gənclərin idmana cəlbinin kütləviliyini artırmaq məqsədilə Gənclər və İdman Nazirliyi və idman federasiyalarının  birgə təşkilatçılığı ilə keçiriləcək.

 

 

 

Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədi və prioritet məsələsidir. Müasir gənclərin hərtərəfli formalaşması, sağlam, vətənpərvər ruhda yetişdirilməsi məhz dövlətin gənclər siyasətinin uğurlu davamının bəhrələridir. Məqsədyönlü gənclər siyasəti hər bir vətəndaşın idmana maraq göstərməsi, mütəmadi olaraq bununla məşğul olmasına da zəmin yaradır. Nəticədə, idmanın kütləviliyini təmin edən dövlət sağlam nəslin də formalaşmasına nail olur. Sağlam cəmiyyət isə sağlam gələcək deməkdir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Stadionunun inzibati binasında Boks Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağı olub.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.

Ardını oxu...

Bakı şəhərində yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının iki idmançısı da mübarizə aparıb və uğura imza atıb. Belə ki, 60 kiloqram çəki dərəcəsində Kamal Qasımov birinciliyin qalibi olub. Eyni çəkidə mübarizə aparan Camal Qasımov isə bürünc medal qazanıb.

Ardını oxu...

Azərbaycan Karate Federasiyaları Assosiasiyası tərəfindən 2019-cu il ərzində yüksək nəticə göstərən idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları da iştirak ediblər. Belə ki, iki idmançımız – Vüsal Seyidov və Rafiq Hüseynli də mükafat alanlar sırasında olub. Hər iki idmançımız ötən ilin yekunlarına əsasən ən yaxşı nəticə göstərən idmançılar adına layiq görülüblər.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Voleybol Federasiyası ilə birgə təşkil etdiyi görüşdə “Şahbuz” və “Culfa” komandaları üz-üzə gəlib. Daha baxımlı oyun sərgiləyən Culfa voleybolçuları 5 set davam edən görüşdə meydanı 3:2 hesablı qələbə ilə tərk ediblər.
Sonda hər iki komandanın voleybolçuları mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan federasiyanın sədri Səhət Həbibbəyli bildirib ki, muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılması üçün 2019-cu ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının tədbirlər və təqvim planı təsdiqlənib. Tədbirlər planına uyğun olaraq ötən il ərzində Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə birgə 13 idman yarışı keçirilib. Stend yarışlarında 59, TİR atıcılığı yarışlarında 123, peyntbol üzrə birinciliklərdə 230 və çoxnövçülük üzrə 80, ümumilikdə, 492 idmançı yarışlarda mübarizə aparıb.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağı keçirilib.
Federasiyanın sədri Nicat Babayev yığıncaqda çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə bütün kateqoriyalardan olan məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir. Onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir. Hazırda federasiyanın boccia, stolüstü tennis, qolbol, üzgüçülük və ağırlıqqaldırma bölmələri fəaliyyət göstərir.

Ardını oxu...

Naxçıvan Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə federasiyanın sədri Azad Cabbarov açıb.
Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev çıxış edərək bildirib ki, iyul ayındakı struktur dəyişikliyindən sonra federasiyada muxtar respublikada futbolun yüksəlişinə xidmət edəcək 5 illik plan və strategiyanın təsdiqi ilə yeni bir mərhələnin əsası qoyulub. Azyaşlılar arasında liqaların təşkil olunması, həvəsləndirici və maarifləndirici layihələrin hazırlanması, məşqçilərin təkmilləşmə kurslarına cəlb olunması və digər zəruri addımların atılması hədəfi uşaq futbolunun yaxın 5 ildəki inkişaf perspektivini müəyyən etdi. Proqrama uyğun olaraq bu müddət ərzində alt yaş qruplarında yetişən istedadlı futbolçular əsas komandaya cəlb olunacaqlar. Uşaq futbolu ilə yanaşı, ümumi inkişafa xidmət edəcək məsələlər də proqramda öz əksini tapır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan federasiya sədri Rövşən Məmmədov qeyd edib ki, 2019-cu ildə idmançılar 3 beynəlxalq, 3 ölkə, 3 muxtar respublika əhəmiyyətli və 13 rayon birinciliyində öz güclərini sınayıblar. Ötən il ərzində federasiyanın tərkibində “Rabitəçi” və “Marafon” idman klubları da daxil olmaqla, 84 qrup fəaliyyət göstərib. Qrup məşqlərində və yarışlarda iştirak edən idmançıların sayı 1208 nəfər olub ki, bunların 579-nu qızlar, 639-nu isə oğlanlar təşkil edib.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə hakimlər üçün Şərur Olimpiya İdman Kompleksində keçirilən 5 günlük təlim-məşq toplanışı başa çatıb.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində hakimlər üçün təlim-məşq toplanışı keçirilir.

Ardını oxu...

Yanvarın 12-də qadın voleybolçulardan ibarət Türkiyə millisi "Tokio 2020" Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində 8, 10, 12, 14 və 16 yaşlı oğlan və qızlar arasında keçirilən şahmat üzrə Naxçıvan Muxtar Respublika seçmə yarışları başa çatıb.
Seçmə yarışların yekun nəticəsinə əsasən 8 yaşlı oğlanlar arasında İlham Mahmudov, 10 yaşlı oğlanlar arasında Ramal Həsənov, 12 yaşlı oğlanlar arasında Zaur Babayev, 14 yaşlı oğlanlar arasında Seyid Hüseyn, 16 yaşlı oğlanlar arasında isə Əli Əliyev qalib adını qazanıblar.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi keçirilib.

Ardını oxu...

 Federasiya  qısa vaxtda nələrə nail olub

Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu gün diyarımızda idmanın inkişafına, yeni idmançı nəslinin yetişdirilməsinə, idman infrastrukturunun yaxşılaşdırılmasına, müasir idman komplekslərinin tikintisinə, dünya və Avropa miqyaslı yarışlarda idmançılarımızın böyük uğurlar qazanmasına xidmət edən zəruri tədbirlərin görülməsinə dair sərəncamlar imzalanır, məqsədyönlü tədbirlər həyata keçirilir. Təbii ki, planetimizin ən mötəbər idman növü hesab edilən futbol da  bu qayğıdan kənarda qalmır. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında “Turan” adlı yeni fitnes zalı fəaliyyətə başlayıb.

Müasir standartlara cavab verən fitnes zalının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Bakı şəhərindən dəvət olunmuş Zaqafqaziya və Avropa çempionu, Dünya birinciliyinin mükafatçısı Vüqar Verdiyev, məşqçilər və idmançılar iştirak ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı və “Badamlı MMC”nin sponsorluğu ilə Naxçıvan Futzal Liqasında mübarizə aparan 24 komanda arasında kubok oyunları keçiriləcək.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə futbol hakimləri üçün növbəti seminar keçirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR