22 Dekabr 2024, Bazar

 

Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turizm istirahət kompleksində İdman festivalına start verilib.

Festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, rəsmi şəxslər iştirak edirlər.

 

Əvvəlcə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, idman federasiyalarının nümayəndələri və qabaqcıl idmançılar ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Sonra “Saat meydanı” turizm istirahət kompleksində idman festivalına start verilib.

Qeyd edək ki, bu günədək festival hər il martın 5-də Bakı şəhərində Dənizkənarı Bulvarda qeyd olunurdu. Bu festival ilk dəfədir Naxçıvan şəhərində keçirilir.

Bu il fevralın 1-də “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin Sədri Vasif Talıbov İdman festivalının keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR