22 Dekabr 2024, Bazar

Bakı şəhər Hövsan Olimpiya İdman Kompleksində MMA, pankration və grappling idman növləri üzrə uşaq, yeniyetmə, gənc, böyüklər arasında açıq Bakı çempionatı keçirilib.
Qızların da iştirak etdiyi çempionatda Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları adlarını qaliblər sırasına yazdırıblar.

Belə ki, MMA və pankration üzrə 10-11 yaş qrupunda Röya Abdullayeva (34 kiloqram), Oğuz Məmmədli (30 kiloqram), 14-15 yaş qrupunda Uğur Çalbuyuk (38 kiloqram) birinci, Səid Abbaslı (30 kiloqram) ikinci olublar.
Grappling üzrə 10-11 yaş qrupunda Səid Abbaslı (30 kiloqram), 12-13 yaş qrupunda Röya Abdullayeva (35 kiloqram), Sadiq Kərimov (30 kiloqram) və İbrahim Əlizadə (38 kiloqram), 14-15 yaş qrupunda Vaqif Orucov (47 kiloqram), 16-17 yaş qrupunda isə Fərid Məhərrəmov (63 kiloqram) öz çəki dərəcələrində qalib adını qazanıblar. Mirməhəmməd Seyidov (59 kiloqram) və Miryusif Seyidbəyli (57 kiloqram) isə çempionatın gümüş və bürünc medallarına yiyələniblər.
Eyni zamanda Abşeron Olimpiya İdman Kompleksində keçirilən kadet, yeniyetmə və gənclər arasında kikboksinq üzrə “Qarabağ” klubunun açıq birinciliyinə də yekun vurulub. Birincilikdə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançılarından 10-13 yaş qrupunda Fərişad Süleymanlı birinci, Məmməd Məmmədov və Əli Nəsrullayev (8-10 yaş) üçüncü olublar.
İdmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR