29 Mart 2024, Cümə

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Şahbuz rayon bölməsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə yarış keçirilib.
Yarışda 14 fiziki imkanları məhdud uşaq iştirak edib.
Yekun nəticəyə əsasən qalib adını Şıxı Şıxıyev qazanıb. Amin Cəfərzadə ikinci, Arzu Orucov isə üçüncü olub.
Tədbirin sonunda yarışın qaliblərinə və bütün iştirakçılara təşkilatçıların diplomları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə Şərur Rayon Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi karate-do üzrə rayon açıq birinciliyinə yekun vurulub.
Birincilikdə 10 komandanın (Şərur 1, Naxçıvan 2, Kəngərli 3, Sədərək 4) tərkibində 100 yeniyetmə idmançı (50 oğlan, 50 qız) mübarizə aparıb. 10 yaş qrupunda 20 çəki dərəcəsində mübarizə aparan idmançılar arasında keçirilən birincilikdə 6-7 yaş qrupunda oğlanlar arasında 19 kiloqram çəki dərəcəsində Xəyyam Məmmədov, 23 kiloqram çəki dərəcəsində Aydın Ələkbərov, 6-7 yaş qrupunda qızlar arasında 20 kiloqram çəki dərəcəsində Ləman Bağırova, 8-9 yaş qrupunda oğlanlar arasında 23 kiloqram çəki dərəcəsində Kənan Hacıyev, 35 kiloqram çəki dərəcəsində Rafiq Hüseynli, 8-9 yaş qrupunda qızlar arasında 27 kiloqram çəki dərəcəsində Özləm Hacıyeva qalib gəliblər. 10-11 yaş qrupunda 30 kiloqram çəki dərəcəsində Qafar Hüseynov, 35 kiloqram çəki dərəcəsində Ağoş Allahverdiyev, 40 kiloqram çəki dərəcəsində Həbib Əhmədov, 10-11 yaş qrupunda qızlar arasında 35 kiloqram çəki dərəcəsində Zəhra Məmmədova, 12-13 yaş qrupunda oğlanlar arasında 33 kiloqram çəki dərəcəsində Xəzər Məmmədli, 42 kiloqram çəki dərəcəsində Məhəmməd Bağırov qələbə qazanıblar. 12-13 yaş qrupunda qızlar arasında 38 kiloqram çəki dərəcəsində Ayan Məmmədova, 14-15 yaş qrupunda oğlanlar arasında 57 kiloqram çəki dərəcəsində Vüsal Seyidov, 14-15 yaş qrupunda qızlar arasında 47 kiloqram çəki dərəcəsində Fatimə Bədəlova, 16-17 yaş qrupunda 54 kiloqram çəki dərəcəsində isə Səma Məmmədli hamıdan güclü olublar.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol üzrə şəhər və rayon birinciliklərində növbəti oyunlar keçirilib.
Naxçıvan Muxtar Respublikasının kəndlərində futbolun inkişafı üçün əlverişli şəraitin olması, o cümlədən yeni stadionların yaradılması nəzərə alınaraq Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən yarışda azarkeşlər maraqlı oyunların şahidi olublar.
Naxçıvan şəhəri üzrə keçirilən görüşdə Bulqan kənd komandası tumbullu həmkar­larını 9:2 hesabı ilə məğlub edib.
Şərur rayonu üzrə isə 4 görüş keçirilib. Danyeri Yuxarı Daşarx komandasından (5:1), Dərəkənd Kərimbəyli komandasından (3:0), Yuxarı Aralıq Kürçülü komandasından (5:0), Xələc Aşağı Daşarx komandasından (2:1) üstün olub. Babək rayonunda keçirilən görüşdə Nəhəcir kənd komandası Qahab kənd komandasını minimal top fərqi ilə məğlub edib – 6:5.

Ardını oxu...

Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib.
Yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb. 8 çəki dərəcəsində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 3 idmançısı da iştirak edib.
İdmançılarımızdan Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

Ceyhun MƏMMƏDOV

“Naxçıvanı tanıyaq” devizi altında Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançılarının “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiyası təşkil olunub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi tədbirdə 70 idmançı iştirak edib. Muzeyin bələdçisi Fatma Dünyamalıyeva idmançılara muzey haqqında geniş məlumat verib.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının üzvləri və idmançıları isə muxtar respublikanın cəlbedici məkanlarından biri olan Nəbatat bağına ekskursiya ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərində növbəti turun oyunları olub.
Dövrə sistemi ilə keçirilən oyunlarda Naxçıvan şəhəri üzrə Qaraxanbəyli və Tumbul kənd komandaları üz-üzə gəlib. Görüş birincilərin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Şərur rayonu üzrə keçirilən görüşlərdə isə Muğancıq kənd komandası Müslüm kənd komandasını (6:1), Siyaqut kənd komandası Maxta kənd komandasını (4:2), Düdəngə kənd komandası Dizə kənd komandasını (6:2) məğlub edib. Babək rayonu üzrə keçirilən görüşdə Kültəpə kənd komandası Cəhri kənd komandasından güclü olub – 5:2. Culfa rayonunda iki oyun keçirilib. Belə ki, Camaldın-Kırna və Xanəgah-Əlincə görüşlərində birincilər qələbəni bayram ediblər – 3:1 və 8:7. Ordubad rayonunda Kələntərdizə və Sabirkənd kənd komandaları qarşılaşıb və görüş birincilərin qələbəsi ilə yekunlaşıb – 3:0. Sədərək rayonu üzrə keçirilən oyunda Kərki kənd komandası Qaraağac kənd komandasından güclü olub – 4:1. Şahbuz rayonunda da azarkeşlər iki görüşə şahidlik ediblər. Kükü kənd komandası Badamlı kənd komandasını (4:1), Gömür kənd komandası isə Kolanı kənd komandasını (4:0) məğlub etməyi bacarıb. Kəngərli rayonu üzrə keçirilən görüşdə azarkeşlər 9 qola şahidlik ediblər: Şahtaxtı-Xok 5:4.

Ceyhun MƏMMƏDOV

Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən sərbəst güləş üzrə açıq kubok yarışı keçirilib.
Turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kiloqramda çıxış edən yeniyetmə sərbəst güləşçilər mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətindən 200-dən çox idmançı yarışda qüvvəsini sınayıb.
Açıq kubok turnirində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da iştirak edərək adlarını qaliblər sırasına yazdırıblar. Belə ki, 55 kiloqram çəki dərəcəsində Camal Qasımov fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. 60 kiloqram çəki dərəcəsində isə Kamal Qasımov gümüş medal qazanıb.
Qalib idmançılarımız medal və diplomlarla təltif ediliblər.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənc­lər arasında kadetlər arası kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Culfa, Kəngərli rayonlarının, həmçinin “Turan” və “Odlar yurdu” İdman klublarının idmançıları da iştirak ediblər.
3 yaş qrupunda 22 çəki dərəcəsi üzrə 100-dən çox idmançının mübarizə apardığı yarışın yekununa əsasən qızlar arasında Röya Abdullayeva (32 kiloqram, “Turan”), oğlanlar arasında isə 7-8 yaş qrupunda Asim Kərimli (18 kiloqram, “Turan”), Eldar Novruzov (20 kiloqram, “Turan”), Cəsur Mahmudov (22 kiloqram, Şərur), Uğur Məmmədli (24 kiloqram, Şərur), Turqay Cəfərov (26 kiloqram, Culfa), Qəhrəman Abdullayev (28 kiloqram, “Turan”) və Əbülfəz Cəfərov (32 kiloqram, “Turan”) qalib adını qazanıblar.

Ardını oxu...

Türkiyə Cümhuriyyətinin İqdır şəhərində boks üzrə gecə təşkil olunub.
Çempion boks gecəsində 9 türkiyəli boksçu 9 əcnəbi boksçuya qarşı rinqə çıxıb. Gecədə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 3 yetirməsi də iştirak edib.
57 kiloqram çəki dərəcəsində rinqə çıxan Tayfur Əliyev rəqibini məğlub edərək qalib adını qazanıb. Eyni uğuru 75 kiloqram çəki dərəcəsində Sərvər Abdullayev də təkrarlayıb. Alişan İsmayılov isə öz çəki dərəcəsində (46 kiloqram) ikinci olub.
İdmançılarımız təşkilatçılar tərəfindən medal və kubokla təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

12 avqust – Beynəlxalq Gənc­lər Gününün qeyd olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların tarixi abidələr və muzeylərlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə gənc­lərin muzeylərə ekskursiyası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ekskursiyada 45 gənc iştirak edib.
Ekskursiya iştirakçıları Heydər Əliyev Muzeyini, Döyüş Şöhrəti və Tarix muzeylərini ziyarət edərək bu mədəniyyət müəssisələrindəki eksponatlarla yaxından tanış olublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən iyul ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual səviyyələrinin artırılması, dünyagörüşünün formalaşdırılması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Hesabat ayında Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Universiteti, Müəllimlər İnstitutu, “Naxçıvan” Universiteti tələbələrinin və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə “Yay məktəbi” təşkil olunmuş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar gənclər arasında fərdi “Xəmsə” intellektual oyunu, sağlamlıq imkanları məhdud uşaqlar arasında “Yurdumuzu tanıyaq” adlı əyləncəli bilik yarışması keçirilmişdir. 22 iyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin gənc əməkdaşları ilə görüş və onların mükafatlandırılması mərasimi təşkil olunmuşdur.

Ardını oxu...

Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb.
Proqrama uyğun olaraq hər günə səhər gimnastikası ilə başlayan gənclər bu müddət ərzində “Vətəni tanı”, “Axtar tap”, “Xəmsə” milli intellektual oyunları, müxtəlif stolüstü idman oyunları, futbol, voleybol oynayıblar. Həmçinin onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunub, fotomüsabiqə keçirilib, hər günün sonunda isə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Eyni zamanda gənclər tərəfindən müxtəlif əyləncəli oyunlar və səhnəciklər təşkil olunub.
“Yay məktəbi”nin sonuncu günündə gənclər arasında keçirilən müsabiqə və oyunların qaliblərinə, həmçinin fəal gənc­lərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim olunub.
60 gəncin iştirak etdiyi “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, istirahət mərkəzinin növbəti qonaqları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri olublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasının kənd­lərində futbolun inkişafı üçün əlverişli şəraitin olması, o cümlədən yeni stadionların yaradılması nəzərə alınaraq Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərinə start verilib.
Oyunlar dövrə sistemi olmaqla, Naxçıvan şəhəri üzrə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin mini-stadionunda, Şərur rayonu üzrə Aşağı Daşarx, Mahmudkənd və Aralıq kənd stadionlarında, Babək rayonu üzrə Vayxır kənd stadionunda, Ordubad rayonu üzrə Vənənd, Kələntərdizə kənd stadionları və Ordubad şəhər stadionunda, Culfa rayonu üzrə Culfa Şəhər Mərkəzi Stadionu, Bənəniyar, Göydərə, Ərəzin kənd stadionlarında, Şahbuz rayonu üzrə Şahbuz şəhər stadionu, Kolanı kənd və Şahbuzkənd stadionlarında, Kəngərli rayonu üzrə Kəngərli Rayon Mərkəzi Stadionunda, Sədərək rayonu üzrə isə qəsəbə mini-stadionu olmaqla, muxtar respublika üzrə 17 stadionda təşkil edilir.
Yarışlarda Naxçıvan şəhəri üzrə 4, Şərur rayonu üzrə 19, Babək rayonu üzrə 8, Ordubad rayonu üzrə 8, Culfa rayonu üzrə 8, Kəngərli rayonu üzrə 8, Şahbuz rayonu üzrə 8, Sədərək rayonu üzrə 8 olmaqla, ümumilikdə, 71 kəndin futbol komandası şəhər və rayon üzrə birincilik uğrunda mübarizə aparırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri yeni uğura imza atıblar.
29 iyul-4 avqust tarixlərdə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində iştirak edən 8 və 10 yaşlı zəka sahiblərimiz A və B qruplarında mübarizə aparıblar. Turnirdə çıxış edən şahmatçımız Ərturan İsmayılov qalib adını qazanıb. Nazlı Hümbətova isə qızlar arasında üçüncü olub.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən şahmat üzrə Türkiyə Klublar Liqası başa çatıb.
Yarışda birinci və ikinci liqalarda olmaqla, ümumilikdə, 54 komandanın heyətində 816 zəka sahibi qüvvəsini sınayıb. Həmin liqada Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançısı, beynəlxalq usta Talıb Babayev də iştirak edib. Zəka sahibimiz Türkiyə ikinci liqasında birinci lövhədə mübarizə aparıb. O, keçirdiyi 9 oyundan 8 xal toplayaraq öz lövhəsində qalib adını qazanıb.
Eyni zamanda şahmatçılarımız iyulun 29-dan avqustun 4-dək Ankara şəhərində təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində də iştirak edirlər. 8 və 10 yaşlı zəka sahiblərimiz A və B qruplarında ­mübarizə aparırlar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının Şərur şəhərində fəaliyyət göstərən Tir Atıcılıq Mərkəzində birgə təşkil etdiyi atıcılığın tir növü üzrə muxtar respublika açıq birinciliyinə yekun vurulub.
Birinciliyin keçirilməsində məqsəd muxtar respublikanın şəhər və rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində tir atıcılığı idman növünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi, idman kollektivləri arasında dostluq əlaqələrinin gücləndirilməsi, gənclər arasında döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılması olub.
Birincilikdə 20 idmançı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən Naxçıvan Dövlət Gömrük Komitəsinin əməkdaşı Kazım Cabbarov qalib adını qazanıb. Babək rayon təmsilçisi Rüstəm Bağırov ikinci, Kəngərli rayon təmsilçisi Süleyman Süleymanov isə üçüncü olublar.
Qaliblər təşkilatçılar tərəfindən diplom, plaket və hədiyyə kuponları ilə təltif ­ediliblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək və Culfa rayonlarının boksçuları da öz güclərini sınayıblar.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 14 çəki dərəcəsində 50 dəri əlcək sahibi qüvvələrini sınayıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə qızlar arasında Duyğu Hüseynova (50 kiloqram, Naxçıvan), Nuray Hümbətova (52 kiloqram, Naxçıvan), oğlanlar arasında isə Elcan Fərzəliyev (30 kiloqram, Culfa), Süleyman Mirzəzadə (36 kiloqram, Naxçıvan), Hüseyn Məmmədli (40 kiloqram, Culfa), Nurlan Quliyev (42 kiloqram, Naxçıvan), Taysun Xudadanov (44 kiloqram, Naxçıvan), Nihad Hüseynli (46 kiloqram, Culfa), Əfrəsiyət Həsənov (48 kiloqram, Naxçıvan), Şulan Əhmədov (50 kiloqram, Naxçıvan), Nizami Novruzov (52 kiloqram, Naxçıvan), Ruhin Ağamalıyev (57 kiloqram, Naxçıvan), Kamran Allahverdiyev (66 kiloqram, Naxçıvan) və Qasım Murtuzayev (75 kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klublarını, mərkəzlərini, Uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən olunması, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
Birincilikdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirmələri də iştirak ediblər.
17 yaşa qədər olan oğlanlar arasında mübarizə aparan Tərmenxan Babayev yenə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Belə ki, 89 kiloqram çəki dərəcəsində idmançımız, ümumilikdə, 323 kiloqram ağırlığın (146+177 kilo­qram) öhdəsindən gəlməyi bacarıb və qızıl medal qazanıb.
55 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan idmançımız Gülcahan Əliyeva isə ümumilikdə, 90 kilo­qramı (37+53 kiloqram) ram edib və birinciliyin qalibi olub.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Pro­qramı çərçivəsində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) təşkilatçılığı ilə məşqçilər üçün seminar (Coaching Seminar in the framework of the IWF Development Program 2019) təşkil olunub. Tədbirdə məruzəçilər qismində dünyaca məşhur ağır atletika mütəxəssisləri Kolin Bakli (İrlandiya) və Eduard Andryuşkeviç (Latviya) çıxış ediblər. Nəzəri və praktik seminarda Azərbaycanın müxtəlif regionlarından olan 30-a yaxın məşqçi qatılıb.
Üç gün davam edən seminarda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin məşqçi-müəllimi Şəfi Hüseynov da iştirak edib.
Seminar zamanı “Yeni nəsil məşqçiliyi”, bərpa tapşırıqları, idmançıların yerinə yetirdikləri klassik hərəkətlərin alman sistemi əsasında video texniki-təhlili, yığma komandanın təlim-məşq proseslərinin izlənməsi, Avropa Ağır Atletika Federasiyasının məşqçilik strukturu (EWF Ağır Atletika Akademiyası) və digər aktual məsələlər üzrə nəzəri və praktik sessiyalar keçirilib.
Bundan başqa, dünya ağır atletikasında məşqçiliklə bağlı baş verən yeniliklər barədə məlumat verilib. Sıx interaktivlik şəraitində keçən mühazirələrdə çox sayda suallar cavablandırılıb, yerli məşqçilərin fikirləri dinlənilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında basketbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi görüşdə “Naxçıvan” və “Sədərək” komandaları üz-üzə gəlib. Görüş birincilərin 47:25 hesablı qələbəsi ilə başa çatıb.
Sonda idmançılar mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Əsgər Abdullayev. Yəqin ki, bu ad çoxlarına tanışdır. 15 il Azərbaycan futbolunun flaqmanı hesab edilən “Neftçi”nin formasını geyinən, məşqçi kimi uzun illər ölkənin bir nömrəli komandasını çalışdıran təcrübəli mütəxəssis bundan sonra məşqçilik karyerasını Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Düzdür, bu, onun diyarımıza ilk iş səfəri deyil. 5 il öncə Birinci Divizionun qalibi olan “Araz-Naxçıvan”ın “sükanı arxası”nda məhz o oturmuşdur. Bu gün həm də Əsgər müəllim üçün özəl gündür. 59 yaşını qeyd edən baş məşqçi ilə söhbətimizdə bir çox məqamlara aydınlıq gətirməyə çalışdıq.

– Sizi Naxçıvanda, “Araz-Naxçıvan”ın “sükanı arxası”nda yenidən görmək çox xoşdur...
– İkinci dəfə mənə etimad göstərildiyinə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm. Naxçıvan mənim üçün əziz və doğma bir diyardır. Burada “Araz-Naxçıvan”la uğurlara imza atmışam. Harada çalışmağımdan asılı olmayaraq, hər zaman burada mənə göstərilən diqqətin, etimadın həmişə yüksək olduğunu demişəm.
– Futbol Federasiyasında struktur dəyişikliyindən sonra dəvətiniz reallaşdı. Muxtar respublikanın futbolu barədə nə deyə bilərsiz?
– Bu gün muxtar respublikada futbolun inkişafı üçün hər bir imkan var. Hər zaman mətbuatdan da maraqlanırdım – yeni stadionlar tikilir, yenidən bərpa olunur. Dövlət futbolun inkişafı üçün şərait yaradıb, bunlardan səmərəli istifadə etmək lazımdır. Ən əsası yeni, istedadlı futbolçular yetişdirmək, onları üzə çıxarmaq lazımdır. Çünki muxtar respublikada əsaslı futbol ənənəsi var. İndi vəzifəmiz yeniyetmə və gənclərin futbola marağını artırmaq, onlara bu yolda bilik və bacarıqlarımızı öyrətmək, düzgün istiqamət verməkdir. Federasiyanın keçirdiyi iclasda da dediyim kimi, bunun üçün hamımız bir olub bizə göstərilən etimadı doğrultmalıyıq.

Ardını oxu...

Muxtar respublikamızda idman infrastrukturunun yenidən qurulması, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, gənclərin idmana marağının artırılmasına ciddi diqqət yetirilir. Bunun ifadəsidir ki, son illərdə muxtar respublikada olimpiya idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat və idman məktəbləri, Stend və Sportinq Atıcılıq Mərkəzi, peyntbol meydançası, məktəblərdə müasir idman zalları istifadəyə verilib. Boks, Güləş, Karate-do, Kikboksinq, Şahmat, Futbol, Voleybol, Basketbol, Yüngül Atletika, Paralimpiya, Hava və Ekstremal İdman Növləri, Atıcılıq federasiyaları yaradılıb. 

Ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançıların mükafatlandırılması uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunmasına zəmin yaradıb. Qısa vaxt kəsiyində həyata keçirilən mühüm tədbirlərin nəticəsi kimi idmançılarımız mütəmadi olaraq ölkədaxili və beynəlxalq turnirlərdə uğurlar əldə ediblər.
İdmanın inkişafı və Naxçıvanda bədən tərbiyəsinin həyat tərzinə çevrilməsi həm də idman federasiyalarının öz işlərini necə qurmalarından asılıdır. Bəs federasiyalar yaradılan imkanlardan necə istifadə edirlər? Yaxud idman federasiyaları Naxçıvan idmanına kimləri qazandırıblar?

Ardını oxu...

Futbol həyatında 5 illik inkişaf strategiyası ilə fəaliyyətinin yeni mərhələsinə qədəm qoyan Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası bu sahə ilə bağlı hazırladığı layihələrin icrasına başlayıb.
Nəzərdə tutulan işlərdən biri də yeni hakimlərin formalaşdırılaraq ilk mərhələdə futbol üzrə muxtar respublika çempionatının oyunlarına qoşulmasıdır. Öncə bu peşəyə yiyələnmək istəyən gənc­lərlə seminar xarakterli görüş keçirilib. Futbol Federasiyasının sədr müavini Sakit Rzayev və milli dərəcəli hakim Elmar Rzayevin iştirakı ilə keçirilən görüşdə qarşıya qoyulan məqsədlər, mövcud perspektivlər haqqında danışılıb. Futbol və bu əhəmiyyətli oyunun hakimliyi ilə bağlı maraqlı məqamlar, peşə xarakteristikası, UEFA və FİFA müstəvisində təyin olunan oyun qaydaları və hakimlərin uşaq futbolundakı rolu ilə bağlı fikirlər səsləndirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib. Muxtar respublikada yeni futbol hakimlərinin formalaşması üçün hər cür şəraitin yaradılacağını bildirən Sakit Rzayev bu yolda onlara uğurlar arzulayıb.
Qeyd edək ki, hakimlik kurslarına növbəti həftədən etibarən start ­veriləcək.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının
mətbuat xidməti

Naxçıvan Şəhər Şahmat Mərkəzində 20 iyul – Beynəlxalq Şahmat Günü münasibətilə tempo turnir keçirilib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə müəllimlər, dərəcəli və həvəskar şahmatçılar olmaqla, 88 zəka sahibi mübarizə aparıb.
9 turdan ibarət olan turnirin qalibi Toğrul Həsənzadə olub. O, 9 mümkün xaldan 8-ni toplayıb. Ondan yarım xal geri qalan Pərviz Qasımov ikinci, eyni xala sahib Nəsrin Baba­yeva üçüncü olub.
Sonda qaliblər mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları arasında Bakı şəhərində sambo üzrə ölkə birinciliyi­ ­keçirilib.
Birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da iştirak ediblər. İdmançılarımız ölkə birinciliyində 5 müxtəlif əyarlı medal qazanmağa müvəffəq olublar. Belə ki, 62 kiloqram çəki dərəcəsində Elşən Qasımov, 68 kiloqram çəki dərəcəsində isə Rəşad Həsənov gümüş medal qazanıblar. Siruz Ramazanlı (62 kiloqram), Mahir Babayev (74 kiloqram) və Cavid Qasımlı (82 kiloqram) ölkə birinciliyini üçüncü pillədə başa vurublar.
Qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, rayon, şəhər gənclər və idman idarələrinin rəisləri və Futbol Federasiyasının məşqçi-müəllimləri iştirak ediblər.
İclasın gündəliyində duran məsələlər federasiyanın sədr müavininin, böyük məşqçisinin, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisinin, Futbol Federasiyasının lisenziyalaşdırma, marketinq və reklamlar, beynəlxalq əlaqələr, inzibati təsərrüfat, informasiya və ictimaiyyətlə əlaqələr departament­lərinin direktorlarının seçilməsi və federasiyanın İcraiyyə Komitəsinin tərkibinin müəyyən edilməsi olub.
Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, muxtar respublikamızda idmanın inkişafı istiqamətində mühüm işlər görülür. Uşaq, yeniyetmə və gənclərin sağlam fərd kimi formalaşması, onların peşəkar idmançı kimi yetişməsi üçün Naxçıvanda müasir standartlara cavab verən idman zalları, olimpiya idman kompleksləri, mini stadionlar, eləcə də böyük meydançalar istifadəyə verilib. Bunun nəticəsidir ki, idmançılarımız çıxış etdikləri beynəlxalq turnirlərdə böyük uğurlara imza atır, ildən-ilə qazanılan medalların sayı çoxalır.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Kəngərli rayonlarının, həmçinin “Turan” və “Odlar yurdu” idman klublarının idmançıları da iştirak ediblər.
2 yaş qrupunda 11 çəki dərəcəsi üzrə 60-a yaxın idmançının iştirak etdiyi yarışın yekununa əsasən 13-15 yaş qrupunda Sadiq Hacıyev (36 kiloqram, Naxçıvan), Azər Zamanlı (39 kiloqram, Naxçıvan), Vaqif Orucov (42 kiloqram, “Turan” İK), Şəmsəddin Əliyev (47 kiloqram, Naxçıvan), Miryusif Seyidbəyli (52 kilo­qram, “Turan” İK), Elton Səfərli (57 kiloqram, Kəngərli) və Fərid Məhərrəmov (63,5 kiloqram, “Turan” İK), 15-17 yaş qrupunda isə Raul Seyidli (48 kiloqram, Şərur), Qənbər Nəqiyev (54 kiloqram, Naxçıvan), Ayhat İmranlı (60 kiloqram, Şərur) və Sunay Şükürlü (71 kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Gürcüstan Respublikasının Batumi şəhərində karate üzrə “Batumi Open” beynəlxalq turniri keçirilib.
Turnirdə 6 ölkənin 400 idmançısı tatami üzərinə çıxıb. Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 11 yetirməsi də mübarizə aparıb. İki gün davam edən turnirdə idmançılarımız kata və kumite yarışlarında 8 müxtəlif əyarlı medal qazanıblar.
Belə ki, 14-15 yaş qrupunda tatamiyə 57 kiloqram çəki dərəcəsində çıxan Vüsal Seyidov hər iki növdə qızıl medal qazanıb. 8-9 yaş qrupunda mübarizə aparan Rafiq Hüseynli isə iki çəki dərəcəsində (-38 və +38 kiloqram) bürünc medal qazanıb.
18-34 yaş qrupunda beynəlxalq turnirdən qazancımız 3 bürünc medal olub. Belə ki, -60 kiloqram çəki dərəcəsində Sərcan Məmmədov, -75 kiloqram çəki dərəcəsində Mirpaşa Kərimzadə və -84 kiloqram çəki dərəcəsində Aslan İsmayılov üçüncü yerlə ­kifayətləniblər.
Qızlar arasında 10-11 yaş qrupunda mübarizə aparan Nərgiz Həsənli (-40 kiloqram) də eyni uğuru təkrarlayıb və bürünc medal qazanıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək və Kəngərli rayonlarının idmançıları da iştirak ediblər. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 60-a yaxın dəri əlcək sahibi qüvvəsini sınayıb.
Gərgin mübarizə şəraitində keçən döyüşlərdə Rəhman Həsənli (20 kiloqram, Kəngərli), Tuncay Paşayev (22 kiloqram, Kəngərli), Əli Əbilov (26 kiloqram, Kəngərli), Nadir Əbilov (28 kiloqram, Kəngərli), Afiq Məmmədli (29 kiloqram, Naxçıvan), Sənan Əbilov (30 kiloqram, Kəngərli), Hüseyn İsmayılov (31 kiloqram, Naxçıvan), Turan Kərimsoy (32 kiloqram, Naxçıvan), İlkin Həsənov (34 kiloqram, Kəngərli), Ucar Musayev (35 kiloqram, Kəngərli), Əli Həsənov (36 kiloqram, Kəngərli), Elbrus Kərimli (37 kiloqram, Naxçıvan), Sinan Əbilov (38 kiloqram, Kəngərli), Asiman Məmmədzadə (40 kiloqram, Naxçıvan), Əli Quluzadə (42 kiloqram, Naxçıvan), Akif Həsənov (44 kiloqram, Naxçıvan), Nihat Quliyev (46 kiloqram, Kəngərli), Fuad Əhmədov (48 kiloqram, Naxçıvan), Şulan Əhmədov (52 kiloqram, Naxçıvan), Əfrəsiyət Həsənov (54 kiloqram, Naxçıvan), Ayxan Süleymanov (60 kiloqram, Naxçıvan), Şahhüseyn Şeyxov (63 kiloqram, Naxçıvan) və Qasım Murtu­zayev (80 kiloqram, Naxçıvan) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara təşkilatçıların diplomları təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Karateçilərimizin son zamanlar ölkədaxili və beynəlxalq turnirlərdəki uğurlu çıxışları gələcək üçün böyük ümidlər verir. Xüsusilə bu idman növünün olimpiya oyunlarının proqramına daxil edilməsi idmançılarda əlavə ruh yüksəkliyi yaradıb. Muxtar respublikamızda idmana və idmançılara göstərilən qayğıdan bəhrələnən federasiyalardan biri kimi, Karate-do Federasiyasında da bu idman növünün diyarımızda kütləvi hal alması üçün addımlar atılır, rayonlarda bölmələrin səmərəli fəaliyyəti təmin edilir. Məhz bunun nəticəsidir ki, idmançılar keçirilən beynəlxalq turnirlərdə Naxçıvan idman ənənələrini layiqincə nümayiş etdirir, mükafatlandırılırlar. Bu gün haqqında bəhs edəcəyimiz idmançılardan biri də məhz uğurları ilə tanınan Rafiq Hüseynlidir.

İlk məşq

Rafiq Hüseynli 2011-ci il iyulun 1-də Naxçıvan şəhərində dünya­ya gəlib. Yaşadığı məhəllədə uşaqların idmanla məşğul olması onu da həvəsləndirir və 2017-ci ildə keçirilən karate məşqlərinə qatılır. Rafiqin bu idman növünü seçməsi heç də əbəs yerə deyil. Belə ki, atası Anar Hüseynli muxtar respublikada keçirilən karate üzrə beynəlxalq turniri izləyir və oğlunun da gələcəkdə böyük idmançı olmasını arzulayır. Rafiq atasının seçiminə əsasən bu idman növü ilə məşğul olmağa başladığını, ilk məşqçisinin isə Nəriman Quliyev olduğunu belə xatırlayır: “İlk məşq günü yadımdadır, Nəriman müəllimin yanına atamla gəldik. Burada uşaqların necə həvəslə məşq etdiklərini gördüm. Tanışlıqdan sonra mənə məlum oldu ki, məşq yoldaşlarım arasında bir çox beynəlxalq turnirlərin qalibləri var. Bu, mənə əlavə güc ­verdi”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında cari mövsümdə Azərbaycan Region Liqasında bürünc medal qazanan “Araz-Naxçıvan” futbol komandasını mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirdə komandanın idarə, məşqçi və futbolçu heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov bildirib ki, bu gün muxtar respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikanın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturunun yaradılması yeniyetmə və gənclərin idmanın müxtəlif növlərinə marağını gündən-günə artırmaqdadır. Məlum olduğu kimi, Futbol Federasiyasının strukturunda dəyişiklik edilib, Ali Məclisin Sədri tərəfindən muxtar respublikada futbolun kütləvi hal alması üçün bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən federasiya mütəmadi olaraq məşqçilərin yığıncaq və seminarlarını təşkil edir. Qarşıdakı mövsümdən etibarən isə uşaq futbol liqalarının yarışlarına start veriləcək.

Ardını oxu...

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Nümunəvi və ­vətənpərvər gəncliyin formalaşması, gənclərin istedad və intellekt potensiallarının inkişaf etdirilməsi, idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanın geniş coğrafi məkanda təbliği, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq muxtar respublikada gənclər və idman siyasətinin prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılır.

Muxtar respublikamızda gənc­lərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına güclü təkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamına əsasən daha 3 istedadlı gəncin adının Gənc İstedadların “Qızıl kitabı”na salınması yetişməkdə olan gəncliyə növbəti dövlət qayğısının təzahürüdür.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzinin şahmatçıları arasında keçirilən təsnifat turniri başa çatıb.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən turnir 3 gün davam edib. 100-dən çox zəka sahibi 9 qrup üzrə mübarizə aparıb.
İsveçrə sistemi ilə keçirilən turnirin yekununa əsasən dərəcəsi olmayanların qrupunda 11 xalla qalib adını Fərid Qurbanov qazanıb. IV dərəcəlilərin qrupunda 10 xalla Yusif Abutalıblı, III dərəcəlilərin qrupunda 8,5 xalla Uğur Mirzəyev, II dərəcəlilərin qrupunda isə 10 xalla Əhməd Sabir qalib adını qazanıblar.
Sonda qaliblər təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Tovuz Olimpiya İdman Kompleksində 2 iyul – Azərbaycan Polisi Gününə həsr olunmuş cüdo üzrə 2003-2005-ci illər təvəllüdlü yeniyetmələr arasında respublika turniri keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abbas Məmmədov da iştirak edib. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü olub.
Cüdoçumuza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin tövsiyələri əsas tutularaq gənc nəslin sağlam yetişdirilməsi başlıca amil kimi götürülür, idman və idmançılara xüsusi diqqət və qayğı ilə yanaşılır, müasir idman infrastrukturu yaradılır, mövcud idman obyekt və qurğularından səmərəli istifadə diqqətdə saxlanılır. Görülən bu işlərin davamı kimi Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurularaq sakinlərin ixtiyarına verilib. Biz də yenidənqurmadan sonra idmançılara yaradılan şərait və keçirilən məşq prosesləri ilə tanış olmaq üçün kompleksə yollandıq.
İşıqlı, təmiz, sakit, hər cür şəraitlə təmin edilmiş kompleksdə ilk olaraq iki əcnəbi vətəndaş diqqətimizi cəlb edir. Söhbət əsnasında öyrənirik ki, onlar kompleksin zalında oynanılan mini-futbol matçını izləməyə gəliblər. Kompleksin direktoru Ramil Hacı da bizə yaxınlaşır və əcnəbi qonaqların artıq ikinci gündür ki, gəlib burada futbola baxdıqlarını bildirir. Keçirilən görüş mini-futbol üzrə muxtar respublika birinciliyi olduğu üçün elə kompleksin direktoru ilə söhbətimizə də futbol yarışı haqqında başlayırıq. Ramil müəllim deyir ki, kompleksdə həftənin bütün günləri mini-futbol üzrə oyunlar keçirilir. Burada təkcə futbola həvəsi olan gənclər yox, eyni zamanda dövlət qulluqçuları arasında da oyunlar oynanılır.

Ardını oxu...

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının Bakıda keçirilən iclası iyunun 29-da işini davam etdirir.

FIDE prezidenti Arkadi Dvorkoviçin rəhbərliyi ilə Prezident Şurasının üzvləri, eləcə də qonaqlar növbəti dəfə müzakirələrə qoşulublar. İclasda FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, AŞF-in vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov, ali şahmat qurumunun qitələr üzrə rəhbərləri və rəsmiləri iştirak edirlər.

Qırxa yaxın məsələnin müzakirəyə çıxarıldığı iclas axşam saatlarında yekunlaşacaq. İclasda müzakirə olunan məsələlər və qəbul olunan qərarlar barədə mətbuata məlumat veriləcək.

Xəbərlər şöbəsi

Ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən biri də gənclərin sağlam ruhda böyüməsi, fiziki tərbiyə işinin düzgün qurulması, bədən tərbiyəsi və idmanın gündə­lik məişətə daxil edilməsidir. Çünki birmənalı şəkildə demək olar ki, idmanla məşğul olmaq uşaq, yeniyetmə və gənclərin fizioloji və psixoloji sağlamlığı üçün əvəzsiz vasitələrdən biridir. Bunlar bir-biri ilə sıx əlaqədədir. Gənclərimizin qarşısında isə fiziki və mənəvi tərbiyə kimi yüksək bir məqsədin qoyulması yuxarıda qeyd edilənlərin ən yaxşı şəkildə yerinə yetirilməsini təmin etməkdir.
Muxtar respublikamızda da gənc­lərin bədən tərbiyəsinə və idmana kütləvi şəkildə cəlb olunmasında məqsəd fiziki cəhətdən hərtərəfli inkişaf etmiş, sağlam və Vətənin müdafiəsinə hazır olan, çətinliklərdən qorxmayan fəal cəmiyyət qurucuları yetişdirməkdir. Bu, onların hər bir çətinliyi aradan qaldırmağa qadir olan güclü, çevik və davamlı fərd kimi hazırlanması deməkdir. Adətən, bunu tərbiyənin əsas vəzifələrindən (beş hərəkət keyfiyyəti – qüvvə, sürət, dözümlü­lük, çeviklik və cəldlik) biri kimi də qiymətləndirirlər.

Ardını oxu...

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi, üçqat dünya və üçqat Avropa çempionu, “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan Hacı Əliyev debütdə erməni güləşçi üzərində parlaq qələbə qazanıb. Titullu idmançımız daha sonra yerli idmançıya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Ukraynanı təmsil edən erməni güləşçi ilə qarşılaşan həmyerlimiz növbəti dəfə əzmkar qələbə qazanaraq adını finala yazdırıb.
Hacı Əliyev dünən həlledici ­görüşdə – finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşə daha inamla başlayan güləşçimiz ardıcıl iki dəfə iki xallıq fənd tətbiq edərək üstünlüyü ələ alıb. Qarşılaşmada başdan sona kimi diktə edən tərəf olan Hacı (10:2) qızıl kolleksiyasına Avropa Oyunlarının qalibi titulunu növbəti dəfə əlavə edib.
Sonda qalib idmançımız mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunda uşaq futbol məşqçiləri üçün seminar keçirilib.
Muxtar respublikanın Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən seminarda diyarımızın şəhər və rayonlarında çalışan məşqçi-müəllimlər iştirak ediblər.
Əsas məqsəd uşaq futbolunun inkişafında güc məşqlərinin rolu və yeri, eləcə də digər mövzularda müzakirələrin aparılması olub. Seminarda çıxış edən Futbol Federasiyasının uşaq futbolu üzrə kuratoru, məşqçi Sakit Rzayev tədbir iştirakçılarına bu barədə geniş məlumat verib. O, uşaq futbolunun əhəmiyyətindən söhbət açaraq onlar arasından istedadlıların üzə çıxarılması və qorunması barədə də fikirlərini çatdırıb. Kursda məşqçi bacarığından, onun vəzifələrindən, məşqin istiqamətləndirilməsindən, oyun situasiyalarından və müasir futbolda mövcud qaydalardan danışılıb.
Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən may ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Bakı şəhərində keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə II Universiadanın final mərhələsində, “Xəmsə” milli intellektual oyununun XI Azərbaycan çempionatında və “Şahin” hərbi-idman oyununun respublika finalında Naxçıvan Muxtar Respublikasını təmsil edən komandaların iştirakı təmin edilmişdir. Həmçinin may ayında gənc dövlət qulluqçuları arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun yarımfinal və final mərhələləri, “İntellektual Oyunlar Olimpiadası”nın muxtar respublika və Ordubad rayon birincilikləri təşkil edilmiş, Naxçıvan Musiqi Kollecində “Mən də pro­qramçı olmaq istəyirəm” təlimi ­keçirilmişdir.
Muxtar respublikanın turizm potensialının təbliğ olunması məqsədilə “Naxçıvanı tanıyaq” devizi altında tədbirlər davam etdirilmiş, Bakı şəhərində yerləşən 20 saylı məktəb-liseyin bir qrup müəllim və şagird heyətinin Naxçıvan şəhərinə ekskursiyası təşkil olunmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi həyata keçirilmişdir.

Ardını oxu...

Türkiyənin paytaxtı Ankara şəhərində “IV Beynəlxalq Başkənt Open – 2019” ənənəvi şahmat turniri keçirilib.
Türkiyə Şahmat Federasiyası və Başkənt Universitetinin birgə təşkil etdikləri turnirdə 14 ölkənin 700-ə yaxın zəka sahibi qüvvəsini sınayıb. Altı gün davam edən beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının şahmatçısı Nəsrin Babayeva da iştirak edib. O, 94 zəka sahibinin mübarizə apardığı 14 yaş qrupunda 9 görüşdən 7,5 xal toplayıb və beynəlxalq turniri ikinci pillədə başa vurub. Eyni zamanda idmançımız qızlar arasında ən yaxşı nəticəni göstərərək birinci olub.
Sonda şahmatçımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

Dünən muxtar respublikanın Təhsil Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər, Babək və Şahbuz rayon ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən 50 müəllimə idmanın voleybol növü üzrə seminar keçirilib.
Seminarda Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev çıxış edərək idmana göstərilən dövlət qayğısından danışıb, Voleybol Federasiyasının Bakıdan dəvət etdiyi məşqçi tərəfindən fiziki tərbiyə müəllimləri üçün təşkil olunan seminarın məktəblərdə bu idman növünün inkişafına xidmət edəcəyini bildirib.
Seminarda Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının müavini Aydın Mirzəyev “Muxtar respublikada voleybol idman növünün inkişafı” mövzusunda çıxış edib. Sonra isə Bakıdan dəvət olunmuş voleybol üzrə yeniyetmələrdən ibarət ölkə yığma komandasının məşqçisi Xanlar Ələkbərov tərəfindən “Voleybol oyunu zamanı yeni taktiki-texniki qaydalar” mövzusunda seminara start verilib.
Seminarın nəzəri hissəsində məşqçi Xanlar Ələkbərov fiziki tərbiyə müəllimlərinə voleybol komandalarının formalaşdırılması qaydaları haqqında geniş məlumat verib. Voleybol oyununda qəbul edilmiş yeni qaydalara əsasən oyun zamanı texniki fasilələrin sayının azaldıldığı qeyd olunub.
Sonra məktəbin idman zalında yeni taktiki-texniki qaydalara uyğun nümunəvi dərs keçilib, oyunun müdafiə xəttinin gücləndirilməsi qaydaları, oyunçunun rolu və vəzifəsi haqqında müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Son illər idmanın inkişafı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində bu gün Naxçıvanda idmançılar öz bacarıqları, əldə etdikləri nailiyyətləri ilə seçilirlər. İdmanın kütləviliyinin təmin edilməsi məqsədilə muxtar respublikanın şəhər və rayonlarında yeni idman zalları, olimpiya idman kompleksləri, digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq idmançıların ixtiyarına verilib.
Bu gün muxtar respublikamızda idmana və idmançılara göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda, eləcə də dünya miqyasında böyük titul və uğurlar qazanan Naxçıvan idman məktəbinin yetirməsi, eyni zamanda muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Əli Əsgərovla həmsöhbət olduq.
– Pouerliftinq Bench-Press idman növü ilə nə vaxtdan məşğulsunuz və bu sahəyə maraq sizdə necə yaranıb?
– İdmana uşaqlıqdan çox böyük həvəsim var idi. Əvvəlcə güləşlə, daha sonra sambo və cüdo ilə məşğul olmağa başladım. Bununla yanaşı, paralel olaraq fiziki gücü artırmaq üçün məşqlər də edirdim. Məşqçim Səməd Bağırov mənim fiziki gücümün Pouerliftinq Bench-Press idman növü üçün uyğun olduğunu gördü və mən onun məsləhəti ilə bu sahəyə yönəldim. İlk vaxtlarda çətinliklərimin olmasına baxmayaraq, ciddi hazırlaşdım, 2002-ci ildə muxtar respublikada keçirilən yarışa qatıldım və fəxri pillənin ən yüksək zirvəsinə layiq görüldüm. Bu da gələcəkdə öz üzərimdə daha əzmlə çalışmağım üçün stimul oldu.

Ardını oxu...

Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ən böyük futbol yarışı – “Champions trophy – 2019” turnirinin final mərhələsinin oyunları keçirilib. 128 ölkənin seçmə heyətinin gərgin mübarizəsi 3 mərhələdə davam edib və futbolçular 3 gün ərzində ən güclünü müəyyənləşdirməyə çalışıblar.
Keçirilən turnirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə “Araz-Naxçıvan”ın Şərur bölməsinin iki futbolçusu – Kənan Hüseynəliyev və Murad Quliyev də iştirak ediblər.
Qeyd edək ki, futbolçularımız qrup mərhələsində dünyanın bir çox tanınmış klublarına – “Atletiko” (İspaniya), “Yuventus” (İtaliya), “Sanderland” (İngiltərə), “Salsburq” (Avstriya), “Münhen”ə (Almaniya) qarşı meydana çıxıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının növbəti yığıncağı keçirilib.
Yığıncaqda şəhər və rayonlarda fəaliyyət göstərən uşaq futbolu üzrə məşqçilər iştirak ediblər.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, bu gün Naxçıvanda futbolun inkişafı, kütləvi hal alması üçün hər bir imkan yaradılıb. Məşqçi-müəllimlər, eləcə də bu sahə ilə yaxından maraqlananlar bundan səmərəli istifadə etməlidirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarının icrası nəticəsində muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən rayon və kəndlərimizdə stadionlar yenidən qurularaq uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib. Bu, idmana, idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Stadionların yenidən bərpası uşaq və yeniyetmələrin, gənc­lərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayır. Eyni zamanda bu stadionlarda keçirilən yarışlar, turnirlər istedadlı gənc­lərin üzə çıxarılmasına şərait yaradır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, bodibildinq idman növünə olan marağı daha da gücləndirmək məqsədilə məşqçi və idmançılar üçün seminar keçirilib.
Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsində keçirilən seminara muxtar respublikanın perspektivli ağır atletləri, məşqçi­-müəllimləri qatılıblar. Seminarda Bakı şəhərindən dəvət olunmuş Zaqafqaziya və Avropa çempionu, Dünya birinciliyinin mükafatçısı Vüqar Verdiyev iştirak edib.
Seminarda çıxış edən Gənc­lər və İdman Nazirliyinin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, məşqçi-müəllim Şəfi Hüseynov çıxış ediblər.
Keçirilən seminarların əhəmiyyəti barədə danışan Vüqar Verdiyev məşqçi-müəllimlərə və idmançılara bu növün sirləri barədə geniş məlumat verib.
Sonda diskussiya olub, sual­lar cavablandırılıb.
Qeyd edək ki, seminarlar bu gün Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında nəzəri, Turan Döyüş Klubunda isə praktik olaraq davam etdiriləcək.

 Ceyhun MƏMMƏDOV

İyunun 13-də Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.
Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. İdmana göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada futbolun inkişafı üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhər və rayonlarla yanaşı, kəndlərimizdə də müasir stadionlar tikilərək istifadəyə verilib, uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Vurğulanıb ki, buna baxmayaraq, Futbol Federasiyası işini günün tələblərinə uyğun qurmayıb, yaradılan şəraitdən düzgün istifadə etməyi bacarmayıb. Federasiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına verdiyi tapşırıqlardan nəticə çıxarmayıb, muxtar respublikanın şəhər və rayonlarında uşaq futbol komandaları və bölmələri, hakimlər briqadası yaradılmayıb. Eyni zamanda uşaq çempionatları keçirilməyib, muxtar respublikada təşkil edilən yarışlar keyfiyyət və təşkilatçılıq baxımından aşağı səviyyədə olub.

Ardını oxu...

Azərbaycan Pankration, Grappling və MMA Federasiyasının təşkilatçılığı ilə respublika çempionatı keçirilib.
Bakı şəhərindəki Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən ölkə çempionatı iki gün davam edib.
Çempionatda Naxçıvan Muxtar Respublika idmançıları da iştirak edib və uğura imza atıblar. Belə ki, MMA (Qarışıq Döyüş Sənəti) növündə yeniyetmələrin mübarizəsində Qadir Əliyev (46 kiloqram) bütün rəqiblərini məğlub edərək çempionatın qalibi olub. Yeniyetmələrin pankration növündə 53 kilo­qram çəki dərəcəsində mübarizə aparan Miryusif Seyid­bəyli yalnız final görüşündə məğlub olub və ölkə birinci­liyini ikinci pillədə başa ­vurub.
Bu növdə daha iki medalı 10-11 yaşlı idmançılarımız əldə edib. Belə ki, 27 kiloqram çəki dərəcəsində Oğuz Məmmədli, 30 kiloqram çəki dərəcəsində isə Səid Abbaslı bürünc medal əldə ediblər.
12-13 yaşlı idmançılarımızdan Xəyyam Hüseynov (34 kiloqram) və Vaqif Orucov (42 kiloqram) grapplinq növündə döşək üzərinə çıxıblar və hər iki idmançımız üçüncü yerlə kifayətlənib.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medal­larla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr və kadetlər arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq turniri keçirilib.

Ardını oxu...

Rumıniyanın Mamaia şəhərində şahmat üzrə məktəblilər arasında Avropa çempionatı keçirilib.
31 may-8 iyun tarixləri arasında keçirilən qitə birinciliyində 20 ölkənin 450-yə yaxın zəka sahibi iştirak edib. Avropa çempionatının reqlamentinə əsasən oğlan və qız şahmatçılar ayrılıqda 7, 9, 11, 13, 15 və 17 yaş qrupları üzrə birincilik uğrunda mübarizə aparıblar.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 4 zəka sahibi də qitə birinciliyi uğrunda ağ-qara taxtada öz güclərini sınayıb.
Oğlanların 9 yaş qrupunda şahmatçımız Əli Məmmədli 50 zəka sahibi arasında 9 mümkün xaldan 5,5-ni toplayıb və qitə birinciliyini 13-cü pillədə başa vurub.
11 yaşlı oğlanların iştirak etdiyi qrupun qalibi olan ukraynalı İqor Samunenkovdan 2 xal az toplayan İlkin Qəbulov (5,5 xal) çempionatı 15-ci pillədə başa vurub.
15 yaşlı qızların iştirak etdiyi qrupda muxtar respublikanı Nəsrin Babayeva təmsil edib. Şahmatçımız 4 xal toplayaraq qitə birinciliyini 14-cü yerdə tamamlayıb.
Birincilikdə ən uğurlu nəticəyə isə 17 yaşlı FİDE ustamız Sadiq Məmmədov (2205) imza atıb. Belə ki, bu yaş qrupunda keçirdiyi 9 görüşdən 6,5 xal toplayan zəka sahibimiz Avropa çempionatında üçüncü olub. Sadiq Məmmədov çempionatı lider kimi başa vuran moldovalı FİDE ustası İvan Şitkodan (2437) yalnız bir xal geri qalıb. 6,5 xal toplayan və turnir cədvəlini ikinci pillədə başa vuran rumıniyalı FİDE ustası Georgi Stoleru (2372) isə yalnız əmsalına görə zəka sahibimizi qabaqlayıb.
Sonda şahmatçımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim edilib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR