29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən iyul ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual səviyyələrinin artırılması, dünyagörüşünün formalaşdırılması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Hesabat ayında Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Universiteti, Müəllimlər İnstitutu, “Naxçıvan” Universiteti tələbələrinin və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə “Yay məktəbi” təşkil olunmuş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar gənclər arasında fərdi “Xəmsə” intellektual oyunu, sağlamlıq imkanları məhdud uşaqlar arasında “Yurdumuzu tanıyaq” adlı əyləncəli bilik yarışması keçirilmişdir. 22 iyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin gənc əməkdaşları ilə görüş və onların mükafatlandırılması mərasimi təşkil olunmuşdur.

Ötən ay idman sahəsində kütləviliyin təmin olunması üçün bir sıra birinciliklər, yoldaşlıq görüşləri keçirilmiş, idmançılarımızın ölkə və beynəlxalq turnirlərdə iştirakı təmin edilmişdir. Ötən ay idmançılarımız yüksək nəticələr əldə edərək ölkə birinciliyində 3, beynəlxalq turnirdə 10 medal olmaqla, ümumilikdə, 13 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR