29 Aprel 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərində növbəti turun oyunları olub.
Dövrə sistemi ilə keçirilən oyunlarda Naxçıvan şəhəri üzrə Qaraxanbəyli və Tumbul kənd komandaları üz-üzə gəlib. Görüş birincilərin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Şərur rayonu üzrə keçirilən görüşlərdə isə Muğancıq kənd komandası Müslüm kənd komandasını (6:1), Siyaqut kənd komandası Maxta kənd komandasını (4:2), Düdəngə kənd komandası Dizə kənd komandasını (6:2) məğlub edib. Babək rayonu üzrə keçirilən görüşdə Kültəpə kənd komandası Cəhri kənd komandasından güclü olub – 5:2. Culfa rayonunda iki oyun keçirilib. Belə ki, Camaldın-Kırna və Xanəgah-Əlincə görüşlərində birincilər qələbəni bayram ediblər – 3:1 və 8:7. Ordubad rayonunda Kələntərdizə və Sabirkənd kənd komandaları qarşılaşıb və görüş birincilərin qələbəsi ilə yekunlaşıb – 3:0. Sədərək rayonu üzrə keçirilən oyunda Kərki kənd komandası Qaraağac kənd komandasından güclü olub – 4:1. Şahbuz rayonunda da azarkeşlər iki görüşə şahidlik ediblər. Kükü kənd komandası Badamlı kənd komandasını (4:1), Gömür kənd komandası isə Kolanı kənd komandasını (4:0) məğlub etməyi bacarıb. Kəngərli rayonu üzrə keçirilən görüşdə azarkeşlər 9 qola şahidlik ediblər: Şahtaxtı-Xok 5:4.

Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR