22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği 2019-cu ilin ötən üç ayında da diqqətdə saxlanılmışdır. Gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanması məqsədilə film və tamaşalar nümayiş etdirilmiş, muzeylərə ekskursiyalar təşkil olunmuş, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi idman oyunu, məktəblilər arasında “Şahin” hərbi idman oyununun rayon(şəhər) birincilikləri, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında inşa yazı, şeir və rəsm müsabiqələri keçirilmişdir.
Həmçinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşdırılması məqsədilə “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında gənc dövlət qulluqçuları, o cümlədən “Naxçıvan” Universitetinin və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Xəmsə”, “Kim? Nə? Hara?”, Culfa Sərhəd Komendatlığının əsgərləri arasında “Vətəni tanı”, gənclər arasında “Axtar, tap”, Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarında “Ağıllı uşaq” intellektual oyunları, “Poliqon” strateji intellekt oyunu üzrə “Universiada” təşkil olunmuş, yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının şəhər və rayon birincilikləri keçirilmişdir. Ötən dövrdə Ağbulaq İstirahət Mərkəzində “Qış məktəbi” təşkil olunmuş, “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində, “Görüş yeri” kafesində gənclərin iştirakı ilə müxtəlif tədbirlər, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla “Birlik” adlı əyləncəli tədbir keçirilmişdir.

Ardını oxu...

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən “Şahin” hərbi-idman oyununun muxtar respublika birinciliyinə yekun vurulub.
Oyun 3 tur – məktəbdaxili-seçmə mərhələsi, rayon (şəhər) birincilikləri və muxtar respublika birinciliyi üzrə keçirilib. Hərbi-idman oyununun muxtar respublika mərhələsinə rayon (şəhər) birinciliklərində qalib olan komandalar vəsiqə qazanıblar. Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) VIII və X sinif şagirdləri iştirak edib.
Hakimlərin qərarına əsasən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Ordubad şəhər internat tam orta məktəbinin komandası ikinci, Culfa rayon Əbrəqunus kənd tam orta məktəbinin komandası isə üçüncü yerlərə layiq görülüblər.
Qalib komandalara təşkilatçıların kubok və diplomları təqdim edilib, yarışda müxtəlif bəndlər üzrə fərqlənən iştirakçılar isə fəxri fərmanlarla təltif olunublar.
Oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahiddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, qalib komanda may ayında təşkil olunacaq “Şahin” hərbi-idman oyunu üzrə Azərbaycan birinci­liyində muxtar respublikanı təmsil ­edəcək.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında gənclər arasında süni divara dırmanma üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən oğlanların mübarizəsində Abbas Seyidov qalib adını qazanıb. Digər iki pillədə Emin Həziyev və Behbud Məhərrəmov qərarlaşıblar.
Qızların mübarizəsində isə Nazlıcan Çakır hamıdan güclü olub. Fatimə Abbaslı ikinci yerlə kifayətlənib.
Sonda qalib idmançılar, eyni zamanda birincilikdə fərqlənən idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Hövsan Olimpiya-İdman Kompleksində “Qarabağ” karate klubunun təşkilatçılığı ilə III klublararası birincilik keçirilib.
Birincilikdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançısı da mübarizə aparıb. Belə ki, 7 yaş qrupunda tatami üzərinə çıxan idmançımız Məryəm İbrahimova gümüş medal qazanıb. O, bu uğura 34 kiloqram çəki dərəcəsində imza atıb.
İdmançımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

  Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən Dağçılıq İdman Məktəbinin rəhbəri, təlimçi-məşqçi Babək İsgəndərov muxtar respublikaya dəvət olunub.
Artıq iki gündür, federasiyanın məşqçi müəllimləri və 30-dan çox gənc süni divara dırmanma üzrə təlim-məşq toplanışında iştirak edir. Bu gün isə təlim-məşqlərdən sonra “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında süni divara dırmanma üzrə muxtar respublika birinciliyi keçiriləcək.

Ceyhun MƏMMƏDOV

10 dekabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqlara uyğun olaraq muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində uğurlu fəaliyyət davam etdirilir.
Muxtar respublikada müasir idman infrastrukturunun yaradılmasının gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində, idmanın kütləviliyinin artmasında və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rolu vardır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu sahəyə diqqətlə yanaşılıb, ali təhsil müəssisələrində idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmanın inkişaf etdirilməsi məqsədilə “Naxçıvan” Universitetinə 1 dəst ( 100 ədəd ) tatami verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən cüdo üzrə birinciliyə yekun vurulub.
Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 13 komandanın 82 idmançısı mübarizə aparıb. Nazirliyin ­Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov və digərlərinin çıxışlarından sonra yarışa start verilib.
Bütün rəqiblərinə qalib gələn Xətai Qənbərov (60 kiloqram), Rəşad Həsənov (66 kiloqram), Firuz Ramazanlı (73 kiloqram), Rza İsmayılov (81 kiloqram, hamısı Daxili Qoşunlar), Əli İsmayılov (90 kiloqram, Culfa Rayon Poliş Şöbəsi), Allahverdi Qəribov (100 kiloqram, Daxili İşlər Nazirliyi) və Sadiq Qasımov (+100 kiloqram, Daxili Qoşunlar) birinciliyin qalibi olublar.
Komanda hesabında isə müvafiq olaraq ilk üç pillədə Daxili Qoşunlar, Daxili İşlər Nazirliyi və Şərur Rayon Polis Şöbəsinin komandaları qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Ölkəmizdə ilk müasirtipli bədən tərbiyəsi və idman müəssisələrindən biri olan Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-­İdman Kompleksinin əsaslı təmirinə başlanılıb.
Aldığımız məlumata görə, təmirə kompleksin daxilindən başlayan inşaatçılar tərəfindən binanın içərisinin təmir edilməsi, oyun salonunun divarlarına zərbənin qarşısının alınması üçün xüsusi materialdan hazırlanmış qoruyucuların vurulması, yeni işıqlandırma sisteminin qurulması, duşxanaların və binanın dam örtüyünün yeni­lənməsi, fasadının təmir olunması, eləcə də havalandırma sisteminin təzələnməsi işləri görüləcək. Buradakı təmir işlərini “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir.

Pərviz HACILI

“Naxçıvan Muxtar Respublikası - 95” devizi altında kikboksinq üzrə kadetlər arası muxtar respublika birinciliyi keçirilib.

Şərur rayonunda keçirilən birincilikdə idmançılar 3 yaş qrupu üzrə 18 çəki dərəcəsində rinqə çıxıblar.

Birinciliyi keçirməkdə məqsəd muxtar respublikada kikboksinq idman növünü inkişaf etdirmək, rayon və Naxçıvan şəhərində fəaliyyət göstərən bölmələrin işinə qiymət vermək və ölkə birinciliyində muxtar respublikamızı təmsil edəcək heyəti formalaşdırmaqdan ibarət olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 60-dan çox idmançı mübarizə aparıb. Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Kikboksinq Federasiyasının sədr müavini Tahir Məmmədli bildiriblər ki, bu gün muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gəncləri idmana cəlb etmək üçün müasir idman infrastrukturu yaradılıb, maddi-texniki baza gücləndirilib və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib. Muxtar respublikada görülən abadlıq-quruculuq işləri çərçivəsində hər il yeni idman obyektləri inşa olunur. İdman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsidir ki, muxtar respublikamız mötəbər idman turnirləri, müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışlar keçirilir. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların düzgün həyat tərzinə yönləndirilərək zərərli vərdişlərdən uzaq tutulması, həmçinin istedadlı gənclərin üzə çıxarılması sahəsində mühüm işlər görülür.

Ardını oxu...

Bakı Boks Mərkəzində təşkil olunan “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub.
10 çəki dərəcəsi üzrə keçirilən turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan millilərinin 117 idmançısı qüvvəsini sınayıb.
Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Tayfur Əliyev də mübarizə aparıb. Dəri əlcək sahibimiz 56 kiloqram çəki dərəcəsində rinqə çıxıb. Həlledici görüşə kimi bütün rəqiblərini üstələyən boksçumuz final görüşündə Qazaxıstan idmançısı Orazbek Assilkulovla qarşılaşıb. Bu görüşdə də rəqibini 5:0 hesabı ilə məğlub edən Tayfur Əliyev turnirin qızıl medalını qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb.
Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri cari ildə qazandıqları uğurların sayını artırmaqdadırlar. İdmançılarımız ilk olaraq Bakı Şəhər Sərhədçi Olimpiya-İdman Kompleksində keçirilən 10-cu “Bakı Open” beynəlxalq turnirində kumite və kata yarışlarında 15 müxtəlif əyarlı medal qazanıblar. Bununla yanaşı, federasiyanın idmançıları Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən 9-cu “Tbilisi Open” beynəl­xalq turnirində də uğurla çıxış ediblər. Belə ki, 6-7 yaş qrupunda Rafiq Hüseynli (28 kiloqram) birinci, 8-9 yaşlıların qrupunda Yaqub Qənbərov (35 kiloqram) isə üçüncü yerə layiq görülüblər. Keçirilən hər iki beynəlxalq turnirdə uğur qazanan idmançılarımızın fikirlərini ­öyrəndik.
Vüsal SEYİDOV: “Bu gün bizim məşq etməyimiz üçün hərtərəfli şərait yaradılıb. Bunun nəticəsi kimi biz idmançılar keçirilən beynəlxalq və ölkə­daxili turnirlərdə böyük uğurlar əldə edirik. Bakı şəhərində keçirilən “Bakı Open” beynəlxalq turnirində 14-15 yaş qrupunda mübarizə aparırdım. Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr edilən turnirdə qalib gəlməyi qarşıma məqsəd qoymuşdum ki, buna da nail oldum. Bizi qarşıda daha böyük yarışlar gözləyir. Çalışacağam ki, iştirak etdiyim hər bir yarışda muxtar respublikanı layiqincə təmsil edim”.

Ardını oxu...

Muxtar respublikada gənclər və idman siyasəti uğurla həyata keçirilir, idmanın kütləviliyinə nail olunur. Bu istiqamətdə işlər fevral ayında da davam etdirilmişdir. Belə ki,  “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın Naxçıvan şəhər birinciliyi, Naxçıvan şəhər 5 və 10 nömrəli uşaq bağçalarında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilmiş, Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində gənclərə vətənpərvərlik mövzusunda olan “Ayla” bədii filmi nümayiş etdirilmişdir.

Ardını oxu...

Türkiyənin müxtəlif bölgələrindən gələn 13 alpinist qrupu Novruz bayramı münasibətilə Naxçıvana gəlib. Onlar MR Hava və Ekstremal İdman Növləri Federasiyasının 7 idmançısı ilə birlikdə martın 22-də Culfa rayonu ərazisindəki hündürlüyü 2 min 415 metr olan Haçadağa yürüşə başlayıblar.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının iclası keçirilib.
Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti və federasiyanın yeni sədrinin seçilməsi olub.
Tədbiri giriş sözü ilə muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov açaraq bu gün muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, bu sahənin inkişafı və kütləvi hal alması üçün yaradılan hərtərəfli şəraitdən ətraflı bəhs edib.
Nazirliyin aparat rəhbəri Canməmməd Canməmmədov çıxışında qeyd edib ki, Atıcılıq Federasiyası işini günün tələblərinə uyğun qurmayaraq, yaradılan şəraitdən, infrastrukturdan düzgün istifadə etməyi bacarmayıb. Federasiyanın yığma komandası formalaşdırılmayıb, idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin edilməyib, keçirilən muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq aşağı səviyyədə olub, rayonlarda federasiyanın bölmələri yaradılmayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları idmançılarının Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilməsinə start verilib.
Muxtar respublikanın Güləş, Boks federasiyalarının və Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunun 76 idmançısı koordiorevmatoloq, nevropatoloq, uroloq, lor, dəri zöhrəvi və pediatr nəzarəti altında tibbi müayinədən keçib.
İdmançıların müayinədən keçirilməsi Ordubad, Culfa, Babək və Şərur rayonlarında da həyata keçirilib.
Qeyd edək ki, uşaq, yeniyetmə və gənc idmançıların tibbi müayinəsi Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında mart ayının 19-na kimi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Atıcılıq Mərkəzində, “Naxçıvan” Mərkəzi Təlim Mərkəzində və “N” hərbi hissənin idman şəhərciyində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük əhəmiyyət verib.
Qeyd edilib ki, muxtar respublikada aparılan gənclər idman siyasətinin davamı olaraq nazirlik tərəfindən gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə mütəmadi olaraq məktəblilər arasında “Şahin”, “Sərhəd” hərbi-idman oyunları keçirilir.
Sonra Əlahiddə Ümum­qoşun Ordu komandirinin müavini, general-mayor Teymur Eyyubov çıxış edərək hərbi-idman oyununun əhəmiyyətindən danışıb.
“Vətən naminə” hərbi-­idman oyunu darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, maneələrin dəf olunması mərhələlərindən və peyntbol yarışından ibarət olub.
Nəticələrə əsasən Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası hamıdan güclü olub. Naxçıvan Dövlət Universitetinin “Naxçıvan”, “Naxçıvan” Universitetinin “İstiqlal” komandaları isə ikinci və üçüncü yerlərlə kifayətləniblər.
Qalib komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Əlahiddə Ümumqoşun Ordu, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 tam orta məktəbin komandası mübarizə aparıb.
Hərbi-idman oyununda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınayıblar.
Yarışın yekun nəticəsinə əsasən 1 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. 16 nömrəli tam orta məktəbin komandası ikinci, 9 və 14 nömrəli tam orta məktəblərin komandaları isə üçüncü olublar.
Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, I və II yerlərin qalibləri olan 1 və 16 nömrəli tam orta məktəblərin komandaları aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhər tam orta məktəblərinin oğlan idmançıları arasında velosiped idman yarışı üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 tam orta məktəbdən 50-yə yaxın idmançı iştirak edib.
Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən İldırım Tarverdiyev (7 nömrəli tam orta məktəb) I, Nurlan Muradov (7 nömrəli tam orta məktəb) II, İbrahim Məmmədli (7 nömrəli tam orta məktəb) III olublar.
Sonda qaliblərə təşkilatçıların diplomları və hədiyyələri təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Onlar idmanın müxtəlif sahələrində böyük uğurlar qazanırlar

İdman sağlamlığı qorumaq, fiziki, mənəvi cəhətdən güclü olmaq üçün əsas vasitələrdən biridir. Buna görə də muxtar respublikamızda qızların da idmana cəlbinə xüsusi diqqət yetirilir. Belə ki, müxtəlif idman federasiyaları üzrə qızlardan ibarət klublar yaradılıb, onların idman obyektlərindən istifadəsi təmin olunub. Muxtar respublikanın bütün bölgələrində idmanın bədii gimnastika, həndbol, stolüstü tennis, karate-do, taekvando, basketbol, voleybol, yüngül atletika, şahmat, trenajor və üzgüçülük idman növləri üzrə qız bölmələri fəaliyyət göstərir. Hazırda muxtar respublikamızda 7590 qadın idmanın müxtəlif növləri ilə məşğul olur. Onlar arasında gənc idmançılar üstünlük təşkil edirlər.

Həmin idmançılardan biri 2008-ci il təvəllüdlü Ayan Məmmədovadır. Ayan idmanın karate-do növü ilə məşğul olur. Azərbaycan karateçisi, 5 dəfə dünya, 10 dəfə Avropa çempionu olan Rafael Ağayevin uğurlarını televiziyadan seyr etmək Ayanın bu idman növünə marağını daha da artırıb. 9 yaşından etibarən karate ilə ciddi məşğul olmağa başlayan idmançı 2017-ci ildən Naxçıvan Muxtar Respublika Stadionuna mütəmadi olaraq məşqlərə gedir. Məşqçi-müəllimi Naxçıvan Muxtar Respublikası ­Karate-do Federasiyasının sədr müavini, IV dan qara kəmər sahibi Nəriman Quliyevdir. Ayan son iki ildə çoxlu uğur əldə edib. Ötən il ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda karate-do idman növü üzrə Naxçıvan Muxtar Respublikası açıq çempionatında 10-11 yaş qrupunda qalib adını qazanıb, Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə qızlardan ibarət Naxçıvan şəhər, Ordubad və Şərur rayon komandaları arasında karate-do üzrə yoldaşlıq görüşündə I yerə çıxaraq diplom və medallarla təltif edilib. 2018-ci ildə Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə də mükafata layiq görülüb. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkil etdiyi imtahanda bacarıq göstərərək VI yaşıl kyu dan kəməri alıb. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimində “İlin gənc idmançısı” nominasiyası üzrə təltif edilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında keçirilən cüdo üzrə muxtar respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdikləri birincilikdə 110 idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.
Altı komandanın iştirak etdiyi birinciliyin yekun nəticəsinə əsasən Mirismayıl Seyidov (30 kiloqram, Culfa), Səid Seyidov (34 kiloqram, Naxçıvan), Sami Səfərov (38 kiloqram, Naxçıvan), Kənan Fərzəlili (42 kiloqram, Naxçıvan), Elbrus Qalbalıyev (46 kiloqram, Naxçıvan), Sənan Cəfərov (50 kiloqram, Naxçıvan), Zahid Əhmədov (55 kiloqram, Naxçıvan), Fuad Əşrəfli (60 kiloqram, Naxçıvan), İsmayıl Abbaslı (66 kiloqram, Naxçıvan) və Elamin Zeynalov (+66 kiloqram, Naxçıvan) bütün rəqiblərinə qalib gələrək çempion adına layiq görülüblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birincilik iki gün davam edəcək.
Birincilikdə muxtar respublikanın 6 komandasının tərkibində 110-dək idmançı mübarizə aparır. Cüdoçular 10 çəki dərəcəsində tatami üzərinə çıxıblar.
Birinciliyin final görüşləri bu gün keçiriləcək.

* * *

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə fiziki imkanları məhdud şəxslər arasında armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının birgə təşkilatçılığı ilə olimpiya sistemi əsasında iki kateqoriyalı çəki dərəcəsində (75-, 75+ kiloqram) keçirilən turnirdə 25-ə yaxın idmançı mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birinciliyin açılış mərasimində çıxış edən Par­alimpiya Federasiyasının sədri ­Nicat Babayev bildirib ki, bu gün muxtar respublikamızda fiziki imkanları məhdud şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Federasiya Gənclər və İdman Nazirliyi ilə birgə onların idmana cəlbi yönündə mühüm işlər görür. Belə yarışları, birincilikləri keçirməkdə məqsəd idmanın kütləviliyinə nail olmaqla yanaşı, həm də fiziki imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmələr (2005-2006-cı illər) arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Culfa və Kəngərli rayonlarının idmançıları da iştirak ediblər. Birincilikdə 6 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən Sadiq Hacıyev (36 kiloqram, Naxçıvan), Raiq Rəcəbli (39 kiloqram, Naxçıvan), Şəmsəddin Əliyev (42 kiloqram, Naxçıvan), Səhət Əsədov (45 kiloqram, Naxçıvan), İsmayıl Yaqubov (48 kiloqram, Naxçıvan) və Cəfər Novruzov (51 kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara diplom və hədiyyələr təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri daha bir uğura imza atıblar.
Belə ki, Bakı şəhərində usta cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib. İdmançımız Elnur Mirzəliyev 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.
Bununla yanaşı, gənclər arasında keçirilən ölkə birinciliyinə də yekun vurulub. Oğlanların mübarizəsində Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Elə qadın idmançımız Zəhra Akkuş da eyni uğuru təkrarlayıb. İdmançımız çempionatda bu ada 57 kiloqram çəki dərəcəsində müvəffəq olub.
Sonda idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində yaşamasına baxmayaraq, son 30 ilə yaxın bir müddətdə burada digər sahələr kimi, idmanın inkişafı istiqamətində də əhəmiyyətli uğurlar qazanılıb. Aparılan məqsədyönlü idman siyasətinin əsasını idmanın kütləviliyini təmin etmək təşkil edir. Gənclərin bu sahəyə axını onların sağlamlığını qorumaq, idmanla müntəzəm məşğul olmaları üçün əvvəlki sağlamlıqlarını bərpa etmək kimi zəruri məsələni də gündəmdə saxlayır. Bunu nəzərə alıb Naxçıvan Muxtar Respublika Xəstəxanasında fəaliyyət göstərən İdman Tibb Mərkəzində yaradılan şərait və idmançılara göstərilən tibbi xidmətin keyfiyyəti barədə məlumat almaq üçün bu ünvana yollandıq. İlk olaraq müasir texnologiyalarla təchiz edilmiş mərkəzdə yaradılan şəraitlə yaxından tanış olduq.
Altı otaqdan ibarət olan tibb mərkəzində direktor, ordinator, tibb bacısı, təsərrüfat, müayinə və lazer aparatı otaqları fəaliyyət göstərir. Buradakı avadanlıqlar tibb elminin ən son nailiyyətlərinə əsaslanır.

Ardını oxu...

Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi də iştirak edib. Belə ki, 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamal Qasımov bürünc medal qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
“Naxçıvan Muxtar Respublikası – 95” devizi altında keçirilən görüşdə “Şahbuz” və “Ordubad” komandaları qarşılaşıb. Naxçıvan Muxtar Respublikası Gənlcər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüş şahbuzlu voleybolçuların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Sonda hər iki komandaya federasiya tərəfindən voleybol topları hədiyyə edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən daşqaldırma birinciliyində 16 komandadan 90 idmançı 6 çəki dərəcəsində mübarizə aparıb.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilik daşqaldırma yarışlarının proqramına daxil olan birdən və təkanla qaldırma üzrə keçirilib. Hər çəki dərəcəsində şəxsi yerlər hər iki növ çalışmada yığılmış ən çox xalla müəyyən edilib. Şəxsi hesabda əsgər Əliyar Məmmədov (60 kiloqram), baş çavuş Rəşad Həsənov (65 kiloqram), kursant Elməddin Sultanzadə (70 kiloqram), əsgər Turqut Məmmədli (80 kiloqram), gizir Sərxan Zeynalov (90 kiloqram) və leytenant Səid Feyziyev (+90 kiloqram) birinci yerə layiq görülüblər.
Yekun nəticələrə əsasən komanda hesabında üçüncü yerdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ikinci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası, birinci yerdə xüsusi təyinatlılar qərarlaşıb. İlk üçlüyə düşməyi bacaran qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklarla mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV

Fevralın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının iclası keçirilib.
Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov vurğulayıb ki, muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada paralimpiyaçıların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi gənclər arasında ekstremal yürüş üzrə muxtar respublika açıq birinciliyinə yekun vurulub.
“Naxçıvan Muxtar Respublikası – 95” devizi altında təşkil edilən yürüş Culfa rayonundakı Turab çeşməsindən Haçadağın ətəyinədək keçirilib. 3 min metr məsafədə keçirilən yarışda oğlan və qız idmançılar birlikdə mübarizə aparıblar.
Yekun nəticəyə əsasən qızlar arasında Dünya Əmrahlı qalib adını qazanıb. Gülayə Cəfərova və Telli Abbasova isə finiş xəttinə ikinci və üçüncü yerdə çatıblar.
Oğlanların mübarizəsində isə Əmrah Nağıyev hamıdan sürətli qaçdığını nümayiş etdirib. Abbas Babayev ikinci, Əkbər Mehdiyev üçüncü olublar.
Qaliblər nazirliyin diplomları, federasiyanın isə fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.
Sonda idmançılara Haçadağ haqqında məlumat verilib və çay süfrəsi təşkil olunub.

Samir Oruclu

Bakı şəhərindəki Şağan Olimpiya-İdman Kompleksində 15-17 fevral tarixlərində kikboksinq üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçirilib.
Birincilikdə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yetirmələri də mübarizə aparıblar. Kikboksçularımızın əksəriyyətinin ilk dəfə ölkə miqyaslı yarışda iştirak etməsinə baxmayaraq, onlar uğura imza atıblar. Belə ki, qızların mübarizəsində 60 kiloqram çəki dərəcəsində Lalə Namazlı gümüş medal qazanıb.
Oğlanların yarışında isə idmançılarımız 4 müxtəlif əyarlı medal əldə ediblər. +81 kiloqram çəki dərəcəsində Məmməd Məmmədli fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qənbər Nəqiyev (51 kiloqram), Elnur Nuriyev (67 kiloqram) və Yusif Quluzadə (71 kiloqram) isə birinciliyi üçüncü pillədə başa vurublar.
Qalib idmançılarımız diplom və medallarla təltif olunublar.

Ceyhun MƏMMƏDOV

İran İslam Respublikasının Astara şəhərində karate üzrə keçirilən 4-cü beynəlxalq festivala yekun vurulub.
Festivalda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri də iştirak ediblər. İki gün davam edən yarışda idmançılarımız 7 medal qazanıblar.
16-17 yaşlı idmançılar arasında Aslan İsmayılov (76 kiloqram) və +18 yaşlı idmançılar arasında Sərcan Məmmədov (60 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 14-15 və +18 yaşlı idmançıların mübarizəsində isə Vüsal Seyidov (52 kiloqram) və Murad Ələkbərov (60 kiloqram) gümüş medal qazanıblar.
Kata yarışlarında isə Qafar Hüseynov (12-13 yaş), Həsən Səfərli (8-9 yaş) və Rafiq Hüseynli (9 yaş, 30 kiloqram) üçüncü yerə layiq görülüblər.
Sonda idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Bakı şəhərində keçirilən gənc boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.
Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb. Boks Mərkəzində 5 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.
Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri də iştirak ediblər. 69 kiloqram çəki dərəcəsində rinqə çıxan idmançımız Türkeş Mustafayev bürünc medal qazanıb, diplom və medalla mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

Culfa sərhəd komendantlığının əsgərləri arasında “Vətəni tanı” intellektual oyunu keçirilib.
İştirakçılar pazl şəklində olan Azərbaycanın xəritəsində müxtəlif rənglərdə göstərilən şəhər və rayonları müvafiq olaraq xəritə üzərində öz yerinə yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamam­layıblar. Sonda xəritəni daha tez tamamlayan əsgər Muxtar Balaqadaşov qalib adını qazanıb. Əsgər Əlimurad Qasımzadə ikinci, əsgər Samir Hümbətov üçüncü olub. Kiçik çavuş Şərif Nəsibov və əsgər Cəfər Əhmədov isə fərqləndiklərinə görə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları və hədiyyələri ilə mükafatlandırılıblar.
Qeyd edək ki, intellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirməsi millinin düşərgəsindədir.
Belə ki, 15 yaşlılardan ibarət Azərbaycan millisinin heyətinə dəvət olunan idmançımız Gülcahan Əliyeva burada məşqlərini davam etdirir. Yanvar ayının 11-dən Bakıda təlim-məşq toplanışına cəlb olunan ağır atletimiz bu müddət ərzində yarışlarda da iştirak edib. İlk olaraq 19-27 yanvar 2019-cu il tarixlərdə Xırdalan şəhərində ağır atletika üzrə respublika yarışlarının I seçmə mərhələsində mübarizə aparan Gülcahan Əliyeva gümüş medal qazanıb.
7-8 fevral tarixlərdə isə idmançımız qadınlar arasında keçirilən ölkə birinciliyində iştirak edib. O, burada medal qazanmasa da, göstərdiyi nəticəyə görə ümidləri doğruldub.
Qeyd edək ki, Gülcahan Əliyeva həm də birincilikdə iştirak edən ən gənc idmançı olub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə qız və oğlanlar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Yarışda Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublika rayonlarının da idmançıları iştirak ediblər. Tədbirdə çıxış edənlər muxtar respublikanın 95 illik yubileyi münasibətilə idmançıları təbrik edərək bildiriblər ki, açıq birinciliyin keçirilməsində məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir.
Muxtar respublikanın Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 150-yə yaxın idmançı mübarizə aparıb. 7 yaş qrupunda 12 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilib.
Yekun nəticəyə əsasən qızlar arasında 8-9 yaş qrupunda Zəhra Məmmədova (-35 kiloqram, Naxçıvan), 10-11 yaş qrupunda Nərgiz Həsənli (-35 kiloqram, Naxçıvan), Ayan Məmmədova (-40 kiloqram, Naxçıvan), oğlanlar arasında isə 8-9 yaş qrupunda Həsən Səfərli (-23 kiloqram, Naxçıvan), Elgün Zeynalov (-33 kiloqram, Kəngərli), 10-11 yaş qrupunda Yaqub Qənbərov (-30 kiloqram, Naxçıvan), Yaqub Abdullayev (-38 kiloqram, Babək), 12-13 yaş qrupunda Əli Mehdiyev (-33 kiloqram, Şərur), Məhəmməd Bağırov (-48 kiloqram, Sədərək), 14-15 yaş qrupunda Vüsal Seyidov (-52 kiloqram, Naxçıvan) və 16-17 yaş qrupunda İmran Həsənov (-55 kiloqram, Naxçıvan) və Aslan İsmayılov (-61 kiloqram, Naxçıvan) bütün görüşləri qalib kimi başa vuraraq birinci yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

8-9 fevral tarixlərində Bakı şəhərində yüngül atletika üzrə Azərbaycan çempionatı keçirilib.
Respublika Olimpiya Mərkəzində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançıları da iştirak ediblər.
1500 metr məsafəyə qaçış üzrə yarışda Səfər Tağıyev və Xatun Oruclu bürünc medal qazanıblar. 3000 metr məsafədə isə Əmrah Nağıyev eyni uğuru təkrarlayıb. O, finiş xəttinə üçüncü çatıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən güc çoxnövçülüyü üzrə birinciliyə yekun vurulub.
Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 16 komandanın 108 idmançısı mübarizə aparıb. İdmançılar iki növdə – ağırlıq daşlarını qaldırma və qol güləşində qüvvələrini sınayıblar.
Yarışın bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general­­-leytenant Fazil Ələkbərov bildirib ki, bu gün Naxçıvanda idman və gənclər siyasəti ulu öndər ideyalarının ən sadiq təəssübkeşi, Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gəncləri idmana cəlb etmək üçün müasir idman infra­strukturu yaradılıb, maddi-texniki baza gücləndirilib və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib. Muxtar respublikada görülən abadlıq-quruculuq işləri çərçivəsində hər il yeni idman obyektləri inşa olunur. İdman sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin və yaradılan şəraitin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamız mötəbər idman turnirlərinin, müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışların keçirildiyi məkana çevrilib.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində keçirilən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş şahmat birinciliyinə yekun vurulub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkil etdiyi yarış 3 gün davam edib. Naxçıvan şəhər tam orta məktəblərinin I-IV sinif şagirdləri arasında keçirilən birincilikdə 3 qız, 3 oğlan komandası olmaqla, 102 şahmatçı iştirak edib. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub.
Keçirilən yarışın yekun nəticəsinə əsasən qızlar arasında 17 nömrəli tam orta məktəbin şagirdi Səma Hüseynəliyeva qalib adını qazanıb. 2 nömrəli tam orta məktəbin şagirdi Elnarə Quliyeva ikinci, 17 nömrəli tam orta məktəbin şagirdi Aynur Naibova isə üçüncü yerlə kifayətlənib.
Oğlanların mübarizəsində 10 nömrəli tam orta məktəbin şagirdi Murad İbrahimov hamıdan güclü olub. 13 nömrəli tam orta məktəbin şagirdi Rəhim Abbasov və 17 nömrəli tam orta məktəbin şagirdi Musa Allahverdiyev müvafiq olaraq iki və üçüncü yerlərə layiq görülüblər.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Gömrükçülər arasında idmanın stolüstü tennis növü üzrə turnir keçirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 27-ci ildönümünə həsr olunan yarışda komitənin sisteminə daxil olan gömrük orqanlarından 16 tennisçi qüvvəsini sınayıb.
Gömrükçülərin fiziki sağlamlığını qorumaq, onlar arasında idmanın bu növünü təbliğ etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü tennisçiləri müəyyənləşdirmək məqsədilə təşkil olunan turnir olimpiya sistemi üzrə keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq baş tutan qarşılaşmalardan sonra hər iki yarımqrupdan 4 idmançı növbəti mərhələyə vəsiqəni təmin edib. İki gün davam edən turnir gərgin oyunlarla yadda qalıb.
Həlledici görüşdə Roman Məmmədovla (Sədərək Gömrük İdarəsi) qarşılaşan Bilal Nağıyev (Gömrük Mühafizə Xidməti) setləri öz xeyrinə başa vurmaqla çempionluğunu rəsmiləşdirib. Üçüncülük uğrunda mübarizənin qalibi isə Vəli Əliyev (komitə) olub.
Qaliblər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik keçirilib.
Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışın məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü və dayanıqlılığı inkişaf etdirmək, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində keçiriləcək güc çoxnövçülüyü üzrə yarışda iştirak edəcək idmançılar seçməkdən ibarət olub.
Açılış mərasimində çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, bu gün muxtar respublika rəhbəri tərəfindən idmana və idmançılara göstərilən yüksək qayğının tərkib hissəsi olaraq polis əməkdaşlarının fiziki inkişafına və idman məşğələlərinin keçirilməsinə də xüsusi diqqət yetirilir. Bizim də vəzifə borcumuz idman məşğələlərində mütəşəkkilliklə iştirak etmək, qarşımıza qoyulan tapşırıqları yerinə yetirməkdir. Rəşad Seyidov daxili işlər naziri adından idmançılara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov və idman cəmiyyətinin rəisi, polis baş leytenantı Elməddin Abdullayev çıxış edərək Naxçıvan idmançılarının mötəbər yarışlarda əldə etdikləri qələbələrdən danışıb, polis idmançılarımızın təcrübələrinin ildən-ilə artdığını vurğulayıblar.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikası – 95” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə idmançılar müxtəlif yaş qruplarında 13 çəki dərəcəsində mübarizə aparıblar. 50-dən çox idmançının iştirak etdiyi birinciliyin keçirilməsində məqsəd həm də ölkə çempionatına yollanacaq Naxçıvan komandasının heyətini formalaşdırmaq olub.
Sonda qalib idmançılar diplomlarla mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasında 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Yığıncaqda çıxış edən federasiyanın sədri Mahir Əliyev qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10 oğlan komandası və Ordubad şəhərində, Culfa rayonunun Yaycı kəndində 2 qız komandası olmaqla, ümumilikdə, 12 komanda fəaliyyət göstərir. Ötən il federasiyanın nümayəndələri şəhər və rayonlarda məşqçilərin fəaliyyəti ilə mütəmadi maraqlanıb, idmançıların tələb və təklifləri dinlənilib, qruplar idman ləvazimatları ilə təmin edilib. ­Hazırda həmin qruplarda 200-dən artıq idmançı idmanın bu növü ilə məşğul olur.
Vurğulanıb ki, adıçəkilən müşavirədə verilən tapşırıqlara əsasən Basketbol Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, yeni­yetmə və gənclərin idmana cəlb olunmasını, yarışların kütləviliyinin artırılmasını daim diqqətdə saxlamalıdır. Gələcəkdə də federasiya Gənc­lər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində quracaq, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görəcək və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri cari ildə daha bir uğura imza atıblar.
Belə ki, 31 yanvar-1 fevral tarixlərində İran İslam Respublikasının Təbriz şəhərində yeniyetmələr arasında cüdo üzrə turnir keçirilib. Bu turnirdə muxtar respublikanı 50 kiloqram çəki dərəcəsində Abbas Məmmədov təmsil edib. İdmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 1-3 fevral tarixlərində isə Bakı Əl Oyunları Sarayında gənclər arasında sambo üzrə ölkə birinciliyi keçirilib. İdmançımız Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.
Hər iki idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində Gənclər Günü münasibətilə yeniyetmə və gənclər (2003-2005-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı çıxış edib. Dünya Güləş Birliyinin mövcud qaydalarına uyğun keçirilən yarışın yekununa əsasən Nicat Ocaqquliyev (35 kiloqram), Bağır Bağırzadə (38 kiloqram), Samir Bağırzadə (41 kiloqram), Rəvan Novruzov (44 kiloqram), Uğur Məmmədov (47 kiloqram), Turqay Allahverdiyev (52 kiloqram), Kəramət Xudiyev (57 kiloqram), Heydər Nəcəfov (62 kiloqram), Ayxan İsmayılov (68 kiloqram), Ramazan Kərimov (75 kiloqram) və Rəvan Bayramov (85 kiloqram) öz çəki dərəcəsində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Babək rayon bölməsi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə tempo turniri keçirilib.
Turnirdə müəllim və dərəcəli şahmatçılar olmaqla, ümumilikdə, 42 zəka sahibi mübarizə aparıb. 7 turdan ibarət olan yarışın qalibi 6,5 xalla Sadiq Qarayev olub. Ondan yarım xal az toplayan Əli Əliyev ikinci, 5,5 xalla Ərturan İsmayılov üçüncü yerlə kifayətləniblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən voleybol üzrə Uşaq-gənclər idman məktəbinin daxili birinciliyinə yekun vurulub.
Gənclər Günü münasibətilə keçirilən birincilikdə 5 komanda mübarizə aparıb. Son görüşə kimi baxımlı oyun nümayiş etdirən “UGİM-1” komandası finalda Naxçıvan Qarnizonu tam orta məktəbinin komandasını məğlub edərək birinci olub. “UGİM-2” komandası isə birinciliyi üçüncü pillədə başa vurub.
Sonda qalib komandalar diplomlarla mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Astara Olimpiya-İdman Kompleksində şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkə­mizin 36-dan çox şəhər və rayonunu təmsil edən 260 şahmatçı iştirak edib.
İsveçrə sistemi üzrə keçirilən çempionatda zəka sahibləri 9 turda yarışıblar. Reqlamentə əsasən turnir cədvəlini ilk 5 pillədə başa vuran şahmatçılar ölkə birinciliyinə vəsiqə qazanıblar.
Yarışda Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 30 zəka sahibi də mübarizə aparıb və onlardan 10-u müxtəlif yaş qruplarında uğur qazanaraq ölkə birinciliyində iştirak etmək hüququ əldə edib. Belə ki, 8 yaşlı qızların mübarizəsində Nigar Qənbərli (1181, Babək), oğlanların mübarizəsində isə Ayxan Məhərrəmli (1049, Şahbuz) 9 oyunda 6 xal toplayaraq turnir cədvəlini 5-ci pillədə başa vurub və vəsiqəni təmin ediblər. Bu nəticəni 10 yaşlı oğlanların mübarizəsində Hüseyn Qənbərli (1262, Babək) də təkrarlayıb. 12 yaşlı oğlanların mübarizəsində isə Hüseyn Seyid (1525, Ordubad) 7 xalla öz yaş qrupunda çempion olub. Bu yaş qrupunda digər iki idmançımız Uğur Həsənli (1287, Ordubad) və Zahid Allahverdiyev (1534, Naxçıvan) 6,5 xalla 4 və 5-ci pillələri bölüşüblər. 14 yaşlı qızlardan Nəsrin Babayeva (1427, Naxçıvan) 7 turdan sonra 5,5 xal toplayaraq çempion adını qazanıb. Bu yaş qrupunda oğlanların mübarizəsi daha gərgin olub. Belə ki, Sadiq Qarayev (1743, Naxçıvan) liderdən cəmi yarı xal az toplayıb və 6,5 xalla üçüncü yerlə kifayətlənib. Eyni zamanda bu yaşda Ərturan İsmayılov (1478, Naxçıvan) 6 xal qazanıb və ölkə birinciliyinə vəsiqəni təmin edib. 16 yaşlı qızların mübarizəsində isə Yeganə Əhmədova (1530, Şərur) 4-cü olub.
Bununla muxtar respublika idmançıları ölkə birinciliyinə 10 vəsiqə qazanıblar.
Qeyd edək ki, daha öncə digər zəka sahibimiz, FİDE ustası Sadiq Məmmədov da ölkə birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıb.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yetirməsi Etibar Qəribov növbəti peşəkar döyüşünü keçirib.
İdmançımız Türkiyənin İstanbul şəhərindəki Sinan Erdem İdman Kompleksində rinqə çıxıb. “Qasırğa” ləqəbli kikboksçumuzun rəqibi türkiyəli Ramazan Çapalar olub. Etibar Qəribov hər üç raundda rəqibi üstələyərək qalib gəlib.
Qeyd edək ki, idmançımız 6-cı peşəkar döyüşündə 4-cü qələbəsini qazanıb.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncağı olub.
Tədbiri giriş sözü ilə açan muxtar respublikanın gənclər və idman ­naziri, Kikboksinq Federasiyasının sədri Azad Cabbarov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək ötən il keçirilən yarışlar barədə danışıb.
Yığıncaqda çıxış edən federasiyanın sədri Azad Cabbarov vurğulayıb ki, ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün muxtar respublikamızda gənc idmançılar nəsli yetişib və yüksək nəticəsi olan idmançıların adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb. Bu gün muxtar respublikamızda idmanın inkişafı sahəsində mühüm işlər ­görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və muxtar respublika Şahmat Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə şahmat məktəbində yeniyetmələr arasında rayon birinciliyi keçirilib. Birincilikdə 23 məktəbdən 46 şagird iştirak edib.
Yekun nəticəyə əsasən 10 yaş qrupunda Düdəngə kənd tam orta məktəbinin şagirdi Turab Əsgərov qalib olub. Vərməziyar kənd tam orta məktəbinin şagirdi Sinan Rzayev və Siyaqut kənd tam orta məktəbinin şagirdi Kənan Əliyev ikinci və üçüncülüklə kifayətləniblər. 8 yaş qrupunda isə Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Kənan Babayev hamıdan güclü olub.
Şahbuz rayonunda isə 10-12 yaşlı məktəblilər arasında keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub. Yarışda 32 zəka sahibi mübarizə aparıb. 5 turdan ibarət olan yarışda qalib adını Ayxan Məmmədli qazanıb. Əli İbrahimov ikinci, Zamin Məhərrəmov üçüncü olublar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR