22 Dekabr 2024, Bazar

Türkiyənin müxtəlif bölgələrindən gələn 13 alpinist qrupu Novruz bayramı münasibətilə Naxçıvana gəlib. Onlar MR Hava və Ekstremal İdman Növləri Federasiyasının 7 idmançısı ilə birlikdə martın 22-də Culfa rayonu ərazisindəki hündürlüyü 2 min 415 metr olan Haçadağa yürüşə başlayıblar.

İdmançılar çətin, qarlı sıldırımları aşaraq 5 saatdan sonra dağın zirvəsinə çatmağı bacarıblar. Yürüş iştirakçıları zirvəyə çatdıqdan sonra iki ölkənin dövlət bayrağını dalğalandırıblar.
Qeyd edək ki, yürüş Hava və Ekstremal İdman Növləri Federasiyası ilə Türkiyənin Zirvə dağçılıq idman klubunun birgə təşkliatçılığı ilə reallaşıb.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR