Ölkəmizdə ilk müasirtipli bədən tərbiyəsi və idman müəssisələrindən biri olan Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin əsaslı təmirinə başlanılıb.
Aldığımız məlumata görə, təmirə kompleksin daxilindən başlayan inşaatçılar tərəfindən binanın içərisinin təmir edilməsi, oyun salonunun divarlarına zərbənin qarşısının alınması üçün xüsusi materialdan hazırlanmış qoruyucuların vurulması, yeni işıqlandırma sisteminin qurulması, duşxanaların və binanın dam örtüyünün yenilənməsi, fasadının təmir olunması, eləcə də havalandırma sisteminin təzələnməsi işləri görüləcək. Buradakı təmir işlərini “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir.
Pərviz HACILI