21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirinə yekun vurulub.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində tələbələrlə görüş keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirində növbəti tura yekun vurulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində idmançılarımız çıxış etdikləri yarışlarda, turnirlərdə diyarımızın idman ənənələrini layiqincə təmsil edirlər. İdmançıların təcrübələrini artırmaq üçün muxtar respublikamıza ayrı-ayrı idman növləri üzrə tanınmış mütəxəssislər mütəmadi olaraq dəvət olunurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının iclası keçirilib. Federasiyanın idarə heyəti üzvlərinin iştirak etdiyi yığıncağın gündəliyində Basketbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədr müavininin ­seçilməsi olub.
Tədbirdə çıxış edən federasiyanın sədri Mahir Əliyev bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb, bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Şəhər və rayonlarla yanaşı, kəndlərdə də müasir idman zalları tikilərək istifadəyə verilib, uşaq, yeniyetmə və gənc­lərin idmana cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirində ikinci turun oyunları başa çatıb.

Ardını oxu...

Cəlilabad Olimpiya İdman Kompleksində 10 kilometr məsafəyə kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev də iştirak edib. İdmançımız bu məsafədə finiş xəttini ikinci yerdə başa vurub və gümüş medal qazanıb.
Sonda qalib idmançımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə futzal hakimləri üçün seminar keçirilib.
AFFA-nın Hakimlər Komitəsinin üzvü FİFA referisi Elçin Məmmədov və milli dərəcəli hakim Nicat İsmayıllının iştirakı ilə reallaşan seminarın məqsədi futbol hakimliyi ilə bağlı nəzəri və təcrübi biliklərin artırılmasıdır. Ölkədə yeni futbol hakimlərinin formalaşdırılması məsələsinə AFFA tərəfindən xüsusi önəm verildiyini bildirən Elçin Məmmədov birgə əməkdaşlıq nəticəsində Naxçıvanda hakimlərin təkmilləşdirilməsi üçün atılan addımların sevindirici olduğunu diqqətə çatdırıb.
Seminar oktyabrın 18-dək davam edəcək, iştirakçılara oyun qaydaları ilə bağlı vəsaitlər, hakim ləvazimatları paylanılacaq.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 13-14 yaşlı futbolçular arasında ilk dəfə olaraq Naxçıvanda beynəlxalq turnirə start verilib.

Ardını oxu...

Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, eyni zamanda 6-cı bölgələrarası kubok keçirilib.
Yarışda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii gimnasitika bölməsinin idmançısı Günəş Hüseynova da mübarizə aparıb. İdmançımız çoxnövçülük proqramı üzrə yarışın gümüş medalını qazanıb.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunda veteran futbolçularımızla “Araz-Naxçıvan”ın əsas komandası arasında yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə muxtar respublikanın futbol klublarında, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış etmiş keçmiş futbolçular iştirak ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında keçirilən futzal liqasının ilk turuna yekun vurulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında futzal liqasına start verilib.
Liqanı keçirməkdə məqsəd muxtar respublikanın dövlət və özəl təşkilatlarının əməkdaşları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, futzal idman növünün kütləviliyinə nail olunması, eləcə də sağlam həyat tərzinin təbliğ edilməsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı başlayıb.

Ardını oxu...

Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Düdelanj” oyununda bir qrup erməni tərəfindən törədilmiş təxribatı kəskin şəkildə qınayıb və bunu idmanda qəbulolunmaz siyasi akt kimi qiymətləndirib.

Ardını oxu...

Naxçıvan Şəhər Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə ənənəvi tempo turnir keçirilib. Turnirdə müəllim və dərəcəli şahmatçılar yarışıblar. 98 zəka sahibi 9 turdan ibarət olan turnirdə birincilik uğrunda mübarizə aparıb.
Yarışın yekununa əsasən FİDE ustası Pərviz Qasımov 9 mümkün xaldan 8,5 xal toplayaraq qalib olub. Beynəlxalq usta Toğrul Həsənzadə 7,5 xalla ikinci, FİDE ustası Sadiq Məmmədov isə 7 xalla üçüncü yerə layiq görülüblər.

Ceyhun MƏMMƏDOV

Sədərək rayonunun Heydərabad qəsəbəsinin mini-futbol meydançasında rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq-gənclər idman məktəbinin, Naxçıvan Futbol Federasiyası Sədərək Rayon bölməsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə məktəblilər arasında mini-futbol turniri keçirilib.

Ardını oxu...

Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirinə yekun vurulub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilib. Turnirdə 10-dan artıq ölkədən 6-13 yaşlı 800 karateçi mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 20 idmançısı da bu turnirdə mübarizə aparıb. İdmançılarımızdan 9-u 15 müxtəlif əyarlı medal qazanıblar. Belə ki, Ləman Bağırova (7 yaş, 20 kiloqram) və Aminə Novruzzadə (10 yaş, 40 kiloqram) fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.
Fatimə Bağırzadə (6 yaş, 25 kiloqram), Özləm Hacıyeva (10 yaş, 30 kiloqram), Zəhra Məmmədova (10 yaş, 35 kiloqram) və Ayan Məmmədova (11 yaş, 40 kiloqram) isə gümüş medal qazanıblar. Özləm Hacıyeva və Zəhra Məmmədova həmçinin kata yarışlarında bu uğura imza atıblar.

Ardını oxu...

Gürcüstanın paytaxtı Tbilisi şəhərində səkkizinci “Tbilisi marafonu” keçirilib.

Xeyriyyə məqsədi daşıyan marafona Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Ermənistan və digər ölkələri də təmsil edən 2700 idmançı iştirak edib. Marafonun start və finiş zonası Tbilisinin mərkəzi Rustaveli prospektində yerləşən 1 saylı gimnaziyanın qarşısında təşkil olunub.

Marafonçular şəhərin mərkəzi yolları ilə 10 və 21 kilometrlik məsafələri qət ediblər. Azərbaycandan “Tbilisi marafonu-2019”-da 30 yaxın iştirakçı mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının üzvü Əmrah Nağıyev də bu marafonda iştirak edib və 10 kilometr məsafəni 8-ci pillədə başa vurub.

Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyası təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri, federasiyanın klubları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında yüngül atletikanın qaçış növü üzrə keçirilən muxtar respublika birinciliyinə yekun vurulub.

Birinciliyin keçirilməsində məqsəd muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yüngül atletika idman növünün inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin bu idman növünə cəlbi, muxtar respublikada yeniyetmə və gənclərdən ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi olub. Komandaların tərkibində 5 oğlan 5 qız olmaqla yarış 100, 200, 400, 800 və 1500 metr məsafəyə qaçış üzrə keçirilib.

Yarışda 9 komanda mübarizə aparıb. Yarışın mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov çıxış edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısı, idmançılar üçün yaradılan şərait haqqında danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının idman həyatında qazanılan uğurlara daha biri əlavə olunub. “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu Türkiyə Cumhuriyyətinin “Doğubəyazitspor” komandası ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə böyükhesablı qələbə qazanıb.

Ardını oxu...

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) uşaq futbolu ilə bağlı layihəsi – “Grassroots” pro­qramına əsasən ölkə ərazisində “kütləvi futbol həftəsi” və eyni zamanda proqrama daxil olan “Futboldan həzz al” layihəsi reallaşıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzvləri arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.

Ardını oxu...

Qazaxıstanın Almatı şəhərində kadetlər arasında cüdo üzrə dünya çempionatı davam edir.

Yarışın ikinci günündə idmançımız Kamran Süleymanov (60 kq) otuzikidəbir finalda braziliyalı Felipe Limanı məğlub edib. Növbəti mərhələdə ukraynalı Vladislav Kazimirovu üstələyən cüdoçumuz səkkizdəbir finalda ermənistanlı Styopa Darbinyanı məğlubiyyətə uğradıb. Dörddəbir finalda Qazaxıstan təmsilçisi Marlen Adilə qalib gələn K.Süleymanov yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi qırğızıstanlı Çingizxan Saqinaliyev olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək finala yüksəlib.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdikləri görüşdə “Culfa” və “Şahbuz” komandaları üz-üzə gəlib. Görüş culfalı voleybolçuların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardını oxu...

Karate üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Moskvaya təlim-məşq toplanışına yollanıb.

AZƏRTAC xəbər verir ki, ongünlük hazırlıq prosesində 13 idmançı iştirak edir.

Ardını oxu...

19-22 sentyabr tarixlərdə Xırdalan şəhərində yerləşən Zirvə İdman Kompleksində poverliftinq üzrə Açıq Azərbaycan Kuboku keçirilib.

Ardını oxu...

Futbol üzrə Türkiyə Superliqasının V turunun ilk qarşılaşmasında “Konyaspor” səfərdə “Göztəpə”nin qonağı olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası (NFF) və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə futbol hakimləri üçün seminar keçirilib.

Ardını oxu...

Naxçıvan Futbol Federasiyası Hakimlər Komitəsində yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının birgə təşkil etdiyi seminar iki gün davam edəcək.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində Gənclərin çağırışa­qədərki hazırlığı fənnini tədris edən hərbi rəhbərlərlə keçirilən 3 günlük təlim toplantısına yekun vurulub. Bununla əlaqədar keçirilən tədbirdə toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib.
Tədbirdə çıxış edənlər hərbi rəhbərlərin peşəkar­lıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildiriblər. Çıxışlar zamanı o da vurğulanıb ki, hərbi rəhbərlər ilk olaraq özləri şagirdlərə nümunə olmalıdırlar. Çünki məktəblilərin hərbi xidmət və ordumuz barədə ilk təəssüratları məktəbin hərbi rəhbərlərinin təsiri nəticəsində formalaşır. Buna görə də hərbi rəhbərlər peşəkarlıqlarının artırılmasına ciddi ­yanaşmalıdırlar.
Sonda suallar cavablandırılıb.

Nəriman NƏCƏFOV

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında 2007-2008-ci illər təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib.

Ardını oxu...

Məlum olduğu kimi, ötən həftə Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə 13-14 yaşlı futbolçular arasında seleksiya xarakterli turnir keçirilib. Turnirdə fərqlənən istedadlı futbolçular isə Naxçıvanın əsas komandasına cəlb olunublar. Artıq həmin futbolçularla məşqlərə start verilib.
Naxçıvan Muxtar Respublika Stadionunda təşkil olunan məşqlərdə 24 futbolçu iştirak edir. Futbol Federasiyasının böyük məşqçisi Əsgər Abdulla­yevin rəhbərliyi altında təşkil edilən təlim-məşq prosesində daha çox texniki-taktiki məşqlərə üstünlük verilir. Həftədə 5 dəfə keçirilən məşqlər oktyabr ayının 10-dək davam edəcək.
Uşaq yaş qrupları üzrə keçiriləcək çempionat oyunlarında fərqlənən futbolçular da əsas komandaya cəlb olunacaqlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib.

Ardını oxu...

Gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol üzrə şəhər və rayon birinciliklərində həlledici görüşlər keçirilib.
Şərur rayonu üzrə keçirilən görüşdə Aralıq kənd komandası Düdəngə komandasını quru hesabla məğlub edib – 4:0. Culfa rayonunda isə Camaldın Bənəniyar kənd komandasından üstün olub – 3:1.
Ordubad rayonu üzrə keçirilən final qarşılaşmasında Kələntərdizə Ordubadı, Sədərək rayonu üzrə Heydərabad Sədərək komandasını eyni hesabla məğlub ediblər (3:0). Babək rayonu üzrə keçirilən həlledici qarşılaşmada Nehrəm kənd komandası Babək qəsəbə komandasını minimal hesabla məğlub edib – 2:1. Şahbuz rayonunda Kükü Şahbuzdan (5:2), Kəngərlidə isə Qıvraq Şahtaxtından (6:2) üstün olub. Naxçıvan şəhəri üzrə final oyununda Qaraçuq və Qaraxanbəyli kənd komandaları qarşılaşıb və birincilər 8:3 hesabı ilə qalib gəlib.
Qalib komandalar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının kənd­lərində futbolun inkişafı üçün əlverişli şəraitin olması, yeni stadionların yaradılması Gənclər və İdman Nazirliyinin, Şəhər və Rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə həmin yaşayış məntəqələrində yarışların keçirilməsinə imkan verir.

Ceyhun MƏMMƏDOV

Futbol üzrə muxtar respublika çempionatının 2019-2020-ci illər mövsümünə hazır­lıqla bağlı Naxçıvan Futbol Federasiyasında (NFF) iclas keçirilib.
NFF-nin sədr müavini Sakit Rzayev, böyük məşqçi Əsgər Abdullayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çempionatla bağlı gözləntilərin yüksək olduğunu və bunun üçün bütün təşkilati işlərin həyata keçiriləcəyini diqqətə çatdırıblar. Çıxış edənlər bununla bərabər NFF-nin uzunmüddətli plan və strategiyasının əsasını təşkil edən uşaq futbolunun inkişafı məsələsinin də önəmli olduğunu əsas gətirərək bildiriblər ki, bu amilin çempionatın reqlamentinə uyğunlaşdırılması məqsədəuyğun görülüb. Belə olan halda yeniyetmə və gənc­lər daha çox oyun şansı əldə edə biləcəklər. Nəticədə isə onların arasından istedadlı futbolçular aşkar olunaraq onların karyera imkanlarının artırılmasına dəstək veriləcək.
İclasda bu və digər məsələlərlə bağlı məşqçilərin təklif və fikirləri dinlənilib. Çempionatla bağlı tətbiq olunacaq işlər və qaydalar haqqında ümumi məlumatlarla tanış olan iştirakçılara yeni mövsümdə uğurlar arzulanıb.

Ceyhun MƏMMƏDOV

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
Həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonunda atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə ­yetiriblər.
Planlı və plandankənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.

Nəriman NƏCƏFOV

Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən 13 və 14 yaşlı ­futbolçuların beynəlxalq turnirlər və elit məşq layihəsi üçün seleksiya xarakterli turnir keçirilib. Turnirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, futbolçuların ustalığının yüksəldilməsi, uşaq və yeniyetmə futbolçuların klublarda hazırlanması və yığma komandalara cəlb edilməsi, komandaların mövsümün başlanğıcı üçün heyətlərinin komplektləşdirilməsindən ibarət olub.

Reqlamentə əsasən turnir iki zonada keçirilib. Mərkəzi zona üzrə pley-off mərhələsində “Araz-Naxçıvan”, “Naxçıvan”, “Culfa” və “Şahbuz”, qərb zonası üzrə isə “Arpaçay”, “Şərur”, “Kəngərli” və “Sədərək” komandaları mübarizə aparıblar.
Turnirin oyunlarını NFF-nin Hakimlər və Hakim-İnspektorlar Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadaları idarə edib və hakimlik FİFA qaydaları əsasında həyata keçirilib. İlk olaraq mərkəzi zonanın oyunları oynanılıb. Bu mərhələnin final görüşündə “Araz-­Naxçıvan” və “Culfa” komandaları üz-üzə gəlib. Görüşü qələbə ilə başa vuran Naxçıvan komandası (4:3) final oyununda iştirak etmək hüququ qazanıb.
Qərb zonasında isə keçirilən pley-off mərhələsinin finalına “Arpaçay” və “Kəngərli” komandaları yüksəlib. Görüş Şərur təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
6 gün davam edən turnirin final görüşü Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib. Həlledici qarşı­laşmada “Araz-Naxçıvan” və “Arpaçay” komandaları qarşılaşıb. Gərgin keçən görüş “Araz-Naxçıvan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən orta məktəblərdə çalışan fiziki tərbiyə müəllimlərinin futbol biliyinin artırılması məqsədilə “D” kateqoriyalı məşqçilik kursuna start verilib.
Bakıdan gələn futbol mütəxəssisləri Cahangir Həsənzadə və İlham Əzizzadənin iştirakı ilə keçirilən bu məşğələyə 29 müəllim qatılıb.
Futbolda təzyiqlər, məqsədlər, qərar vermək, sağlam həyat tərzi, metodoloji üsullar, məktəbdə futbol oyununun prinsipləri ilə bağlı nəzəri və praktik məşğələlər keçirilib. Həmçinin məktəblilərlə davranış, oyunçuların bacarıqlarının inkişafı, futbol texnikası, koordinasiya haqqında ətraflı məlumat verilib.
Bununla yanaşı, müəyyən olunmuş qruplar şəklində məşqçilərə uşaq futbolu ilə bağlı mövzular təqdim olunub. Onlar isə müvafiq mövzular üzrə fikir mübadiləsi aparıblar.
Bu gün yekunlaşacaq kursun sonunda iştirakçılara sertifikatlar veriləcək.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında voleybol üzrə birincilik keçirilib.
Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 14 komandanın 122 idmançısı mübarizə aparıb. İki gün davam edən birinciliyin həll­edici qarşılaşmasında Daxili Qoşunların komandası ilə Şərur Rayon Polis Şöbəsinin komandası üz-üzə gəlib. İlk seti 28:26 hesablı qələbə ilə başa vuran Şərur təmsilçisi sonrakı setlərdə bu uğuru təkrarlaya bilməyib. Növbəti iki setdə qalib gələn Daxili Qoşunların (25:20, 25:13) komandası birinciliyin baş mükafatını qazanıb. Üçüncü yer uğrunda keçirilən görüşdə isə Daxili İşlər Nazirliyinin komandası Dövlət Yol Polisi komandasını məğlub edib – 2:0.
Birinciliyin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, muxtar respublikamızda idman siyasəti Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilir. Naxçıvanda idmanın kütləviliyinə nail olmaq, xüsusilə uşaq və gəncləri idmana cəlb etmək üçün müasir idman infrastrukturu yaradılıb. Muxtar respublikada idman və gənc­lər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində şəhər və rayonlarımızda müasir standartlara cavab verən, hər cür şəraiti olan idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. İdman sahəsində reallaşdırılan uğurlu dövlət siyasətinin və yaradılan şəraitin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamız mötəbər idman turnirlərinin, müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışların keçirildiyi məkana çevrilib.

Ardını oxu...

İdmanın sağlam həyat tərzi olduğunu yeniyetmə və gənclərə aşılamaq günün vacib məsələlərindən biridir. Bu məsələdə idmanla məşğul olanlar üçün hərtərəfli şəraitin yaradılması isə başlıca amillər sırasındadır. Bu gün muxtar respublikada belə şərait yetərincədir. Belə ki, idmanın kütləviliyinin təmin edilməsində idman komplekslərindən, zallarından, açıq idman qurğularından istifadə etmək üçün hər cür imkanlar var. Bu obyektlər içərisində Şərur Olimpiya İdman Kompleksinin fəaliyyəti də maraq doğurur.

Ardını oxu...

23-25 avqust 2019-cu il tarixlərdə Türkiyə Respublikasının Rizə şəhərində karate üzrə Qaradəniz və ­Xəzəryanı ölkələrin beynəlxalq turniri keçirilib.
Rizə Qapalı İdman Salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb. Yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri də iştirak ediblər.
Beynəlxalq turnirdə karateçilərimiz 6 müxtəlif əyarlı medal qazanıblar. Belə ki, Vüsal Seyidov, Yaqub Qəmbərov və Zəhra Məmmədova “Gümüş” medala layiq görülüblər. Zəhra Məmmədova, eyni zamanda “Bürünc” ­medal qazanmağa da müvəffəq olub. Ayan Məmmədova və Qafar Hüseynov da beynəlxalq turniri üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, ənənəvi yarışa 162 idmançı ilə qatılan Azərbaycan karateçiləri 16 “Qızıl”, 14 “Gümüş” və 17 “Bürünc” medalla ümumi hesabda Türkiyə idmançılarından sonra ikinci pilləni tutublar.
Sonda qalib idmançılarımız diplom, medal və kubokla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə yoldaşlıq ­görüşü keçirilib.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən görüşdə “Şərur” və “Sədərək” komandaları üz-üzə gəlib. Gərgin keçən görüşdə azarkeşlər 5 setə şahidlik ediblər. Son setdə əzmkar mübarizə göstərən şərurlu voleybolçular meydanı 3:2 hesablı qələbə ilə tərk ediblər.
Sonda qalib komandanın idmançıları mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

Ümummilli liderimiz Heydər Əliyev insan sağlamlığında başlıca rol oynayan idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu haqda belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”. 

Bu gün ölkəmiz digər sahələrdə olduğu kimi, idman sektorunda da böyük inkişaf dövrünü yaşayır. Azərbaycanda mükəmməl idman infra­strukturunun formalaşdırılması bunun ifadəsidir. Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikamızda da idmanın inkişafı dövlətin prioritet məsələlərindən birinə, həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Diyarımızda idmanın kütləviləşməsi, ölkədaxili və beynəlxalq turnirlərin təşkili, gənc nəslin bu sahəyə marağının artması və maddi-texniki bazanın möhkəmləndirilməsi muxtar respublika rəhbərinin ardıcıl və məqsədyönlü idman siyasətinin ifadəsidir.
O da xüsusi vurğulanmalıdır ki, idman sahəsində əldə edilən nailiyyətlər dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biridir. Bu baxımdan Naxçıvanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Gündən-günə artan medallar, idman obyektlərinin tikintisi, Naxçıvanın idman diyarı kimi imic formalaşdırması bu sahədəki nailiyyətlərin göstəricisidir.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının kordinatoru Miloş Velebit tərəfindən “Elit məşq” layihəsinin təqdimat tədbiri olub.
Tədbir layihə çərçivəsində fəaliyyət göstərəcək məşqçilərlə yanaşı, AFFA rəsmiləri, Məşqçilər Komitəsinin üzvləri və milli komandaların məşqçilərinin iştirakı ilə keçirilib.
Təqdimat mərasiminə qatılan Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayevin verdiyi məlumata əsasən uşaq futbolunun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin bir qolu da Naxçıvanda olacaq. Yəni artıq muxtar respublika üçün AFFA tərəfindən lisenziyalı elit məşq məntəqəsi ayrılıb.
2005, 2006, 2007 və 2008-ci illər təvəllüdlü futbolçulardan ibarət qruplarda aşağı yaş milli komandaların plan və proqramlarına uyğun məşqlər keçiriləcək. Layihənin məqsədi istedadlı futbolçuları üzə çıxararaq onları gələcəkdə müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarımızın heyətində çıxış edəcək səviyyədə formalaşdırmaqdır.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Futbol Federasiyası (NFF) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə muxtar respublikada “Məşqçilər üçün professionallıq təlimləri” mövzusunda seminar təşkil olunub. AFFA-nın məşqçiləri Əli Muradov və Zaur Məmmədov tərəfindən aparılan seminarda 14 məşqçi iştirak edib. 

Seminarı giriş sözü ilə açan Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev qonaqlara məşqçilər, onların məşq prosesləri, eləcə də məşqlərin keçirildiyi məkanlar barədə məlumat ­verib.
Günün ilk yarısında AFFA-nın “Qızlar bacarır” adlı layihəsinə uyğun olaraq qadın futbolunu əhatə edən mövzular barədə məlumat verilib. Qızların futbola olan münasibəti, tapşırıqları qavrama qabiliyyətləri, oyun zəkası və düşüncələri ilə bağlı beynəlxalq sorğuların nəticələri təhlil olunaraq bununla bağlı fikir mübadiləsi aparılıb.
Sonra məşqçilərlə qızları və oğlanları daha səmərəli şəkildə məşq etdirmək, oyunçuların üzləşdikləri müxtəlif fiziki problemləri anlamaq kimi məsələlər müzakirə edilib.

Ardını oxu...

Sədərək rayonunda sağlamlıq imkanları məhdud uşaqlar arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında stolüstü tennis üzrə yarış­keçirilib.
Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-Gənclər İdman Məktəbi, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyi və Paralimpiya Federasiyasının rayon bölməsinin birgə təşkil etdiyi yarış dairəvi sistem üzrə keçirilib.
12 məktəblinin iştirak etdiyi yarışın yekununda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Culfa Rayon Mərkəzi Stadionunun qaçış zolağında yeniyetmə paralimpiyaçılar arasında yüngül atletika qaçış növü üzrə rayon turniri keçirilib.
Culfa Rayon Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının rayon bölməsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə idmançılar 100 metr məsafəni qət etməyə çalışıblar.
Yekun nəticəyə əsasən qalib adını Sərxan İsmayılov qazanıb. Cəlal Mürsəlli və Turan Nağıyev isə finiş xəttini ikinci və üçüncü olaraq başa vurublar.
Sonda qalib və fərqlənən idmançılar diplomlarla təltif ediliblər.

Ceyhun MƏMMƏDOV

Yeni mövsümə ciddi hazırlaşan “Araz-Naxçıvan” futbol komandası – “qırmızı-ağlar” baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Artıq altı gündür, burada məskunlaşan komanda gündə iki dəfə meydana çıxır. Keçirilən təlim-məşq toplanışı həm də seleksiya xarakteri daşıyır. Belə ki, əsas heyətin futbolçuları ilə yanaşı, komandaya baxışa dəvət olunan oyunçular da məşqlərdə iştirak edirlər. Məşqləri yaxından izləmək, komandanın hazırkı durumu barədə oxucuları məlumatlandırmaq üçün Şərur rayonuna yollandıq.

Şərur Olimpiya İdman Kompleksində yaradılan şərait hamıya məlumdur. Bu idman obyekti istənilən idman klubunu qəbul etməyə, onların təlim-məşq toplanışına ev sahibliyi etməyə hər zaman hazırdır. Elə bizi kompleksin önündə kompleksin direktoru Ramil Dadaşov qarşıladı. Söhbətimiz zamanı məlum oldu ki, “Araz-Naxçıvan” futbol komandasının burada təlim-məşq keçməsi üçün hər bir şərait yaradılıb. Komanda gündə iki dəfə kompleksin nəzdində olan stadionda məşq edir. Həmçinin futbolçular Üzgüçülük Mərkəzindən və trenajor zalından da istifadə edirlər. Gün ərzində komanda üzvlərinin öncədən müəyyənləşdirilmiş qidalanması həkim nəzarəti ilə həyata keçirilir.
Görülən işlər, aparılan yenidənqurma tədbirləri, formalaşan mükəmməl struktur göz qabağındadır. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən idmanın inkişafı üçün verilən müvafiq tapşırıqlardan sonra muxtar respublikada bu sahədə xeyli işlər görülür. Strukturu yeni formalaşan və öz dəst-xətti ilə seçilən Futbol Federasiyası da bu qayğıdan bəhrələnən qurumlardandır. Federasiyanın təşkilatçılığı ilə idman kompleksində yeni formalaşan hakimlər üçün təlim-məşq toplanışı da reallaşır. Belə ki, 6 hakimin iştirak etdiyi məşqlərdə, əsasən, müasir qaydalar müzakirə edilir, əyani şəkildə meydançada göstərilir. Gündə iki dəfə praktik olaraq məşq keçən ədalət təmsilçiləri günün digər saatlarında hakimliklə bağlı nəzəri dərslər də deyirlər. 10 günlük hakimlərin təlim-məşq toplanışında 10 hakim iştirak edəcək.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR