Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında keçirilən futzal liqasının ilk turuna yekun vurulub.
Beynəlxalq futzal qaydalarına uyğun olaraq təşkil edilən və 24 komandanın mübarizə apardığı liqada 11 görüş keçirilib, bir oyun isə təxirə salınıb. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
Ədliyyə Nazirliyi - Sığorta Agentliyi 2:6
Türkiyə Konsulluğu - “Prestij” 0:6
Naxçıvanbank - Fövqəladə Hallar Nazirliyi 3:9
Penitensiar Xidmət - Dövlət Dəmir yolu 5:2
Daxili Qoşunlar - Mərkəzi Bank 9:0
ƏƏSMN - Daşınmaz Əmlak Xidməti 8:4
“Ağbulaq” - Mədəniyyət Nazirliyi 7:3
Xarici İşlər İdarəsi - Nəqliyyat Xidməti 6:5
Antiinhisar - Hava Limanı 0:8
“Naxçıvan TV” - “Cahan Holdinq” 1:7
Təhsil Nazirliyi - “Nəqşicahan Holdinq” (təxirə salınıb)
İlk turdan sonra 11 komandanın aktivində 3 xal var.
Qeyd edək ki, futzal liqası muxtar respublikada ilk dəfə olaraq keçirilir.