Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə futzal hakimləri üçün seminar keçirilib.
AFFA-nın Hakimlər Komitəsinin üzvü FİFA referisi Elçin Məmmədov və milli dərəcəli hakim Nicat İsmayıllının iştirakı ilə reallaşan seminarın məqsədi futbol hakimliyi ilə bağlı nəzəri və təcrübi biliklərin artırılmasıdır. Ölkədə yeni futbol hakimlərinin formalaşdırılması məsələsinə AFFA tərəfindən xüsusi önəm verildiyini bildirən Elçin Məmmədov birgə əməkdaşlıq nəticəsində Naxçıvanda hakimlərin təkmilləşdirilməsi üçün atılan addımların sevindirici olduğunu diqqətə çatdırıb.
Seminar oktyabrın 18-dək davam edəcək, iştirakçılara oyun qaydaları ilə bağlı vəsaitlər, hakim ləvazimatları paylanılacaq.
Ceyhun MƏMMƏDOV