05 May 2024, Bazar

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası (NFF) və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə futbol hakimləri üçün seminar keçirilib.

Sentyabrın 18-də başlayan seminara yekun vurulub. AFFA-nın Hakimlər Komitəsinin üzvü FİFA referisi Anar Salmanov və milli dərəcəli hakim Ceyhun Haşımovun iştirakı ilə reallaşan seminara NFF-nin hakimlik kurslarında yer alan 9 nəfər qatılıb. Seminarın sonuncu günündə Gənclər və İdman Nazirliyi və Futbol Federasiyası adından qonaqlara hədiyyələr təqdim olunub, onlara uğurlar arzulanıb.
Anar Salmanov və Ceyhun Haşımov bu sahənin inkişafı üçün göstərilən dəstəyə görə minnətdarlıq ediblər. Naxçıvanda yeni hakimlər nəslinin formalaşdırılmasının sevindirici olduğunu deyən qonaqlar onların bilik və bacarıqlarının artırılması üçün bundan sonrakı müddət ərzində də qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.
Qeyd edək ki, ikigünlük seminar futbol qaydaları ilə bağlı 17 əsas qanun və tətbiq olunan son dəyişikliklərlə əlaqədar məlumatların hakimlərə çatdırılması, matçlarda rastlanan maraqlı epizodların videotəhlili, hakimlər briqadasının iş prinsipləri və normaları, idarəçiliyin qiymətləndirmə və dəyərləndirilməsi, digər mövzuları əhatə edir.
Seminar iştirakçılarına Beynəlxalq Futbol Assosiasiyası Şurasının tərtib etdiyi və AFFA tərəfindən tərcümə olunan oyun qaydaları ilə bağlı kitablar paylanılıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR