22 Dekabr 2024, Bazar

Naxçıvan Futbol Federasiyası Hakimlər Komitəsində yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının birgə təşkil etdiyi seminar iki gün davam edəcək.

AFFA Hakimlər Komitəsinin üzvləri Anar Salmanov (təhsil üzrə) və Ceyhun Haşımovun rəhbərlik etdiyi seminarda 10 ədalət təmsilçisi iştirak edir.
Seminarda nəzəri və təcrübi biliklərin çatdırılması üçün müxtəlif üslublardan yararlanan hakimlərimizə “Oyun qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib, onlar müxtəlif ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıblar. Eyni zamanda oyunlarda rast gəlinmiş maraqlı ­situasiyalar və hakim qərarları Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında müzakirə olunub.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR