22 Dekabr 2024, Bazar

Xırdalan şəhərindəki “Zirvə” İdman Klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Pouerliftinq Bench-Press” idman növü üzrə beynəlxalq turnir keçirilib.
İkigünlük turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstan komandalarının idmançıları iştirak ediblər. Millimizin heyətində Naxçıvan Muxtar Respublikasının idmançısı, dünya, Avropa və respublika çempionu Əli Əsgərov da birincilik uğrunda mübarizə aparıb.
İdmançımız 82,5 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyərək beynəlxalq turnirin qalibi olub.
Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Gürcüstan Respublikasının Kutaisi şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı da mübarizə aparıb. 38 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan Yəhya Paşayev yarımfinal mərhələsinə kimi bütün rəqiblərini məğlub edib. Bu mərhələdə məğlubiyyətlə üzləşən güləşçimiz üçüncü yer uğrunda görüşdə ermənistanlı idmançı ilə üz-üzə gəlib. Keçirilən qarşılaşmada əzmkarlıq göstərən Yəhya Paşayev rəqibini məğlub edərək beynəlxalq turnirin bürünc medalını qazanıb.
İdmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Qarnizonu tam orta məktəbinin idman zalında “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında qızlar arasında həndbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan şəhər və Şahbuz Rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə “Naxçıvan” və “Şahbuz” komandaları qarşılaşıblar. Gərgin keçən görüş 15:7 hesabı ilə “Naxçıvan” komandasının qələbəsi ilə başa çatıb.
Sonda hər iki komandaya şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkil etdiyi turnirdə “Naxçıvan”, “Culfa”, “Şərur”, “Sədərək” komandaları ilə yanaşı, Azərbaycanın gənclərdən ibarət yığma komandası da mübarizə ­aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində iki gün davam edən turnirin final görüşündə “Naxçıvan” komandası Azərbaycanın gənclərdən ibarət milli komandasını sınağa çəkib. Keçirilən hər üç seti 25:22, 25:18 və 25:15 hesabları ilə başa vuran yığma komanda turnirin qalibi adını qazanıb.
Sonda hər iki komanda diplom, medal və kubokla mükafat­lan­dırılıb.
Mükafatları Gənclər və İdman naziri Azad Cabbarov və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədov təqdim ediblər.

  Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il­dönümünə həsr edilən “Heydər Əliyev kuboku” uğrunda süni divaradırmanma idman növü üzrə muxtar respublika turniri keçirilib.
Turnirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mais Əliyev çıxış ediblər.
Sonra yarışa start verilib. 60-a yaxın idmançının iştirak etdiyi birinciliyin yekun nəticəsinə əsasən oğlanlar arasında qalib adını Onur Məmmədov qazanıb. Digər iki pillədə Abbas Seyidov və Behbud Məhərrəmov qərarlaşıblar.
Qızların mübarizəsində isə Nazlıcan Çakır bütün rəqiblərini qabaqlayıb. Fatimə Abbaslı ikinci, Nuray Paşayeva isə üçüncü olublar.
Komanda yarışında isə birinciliyi Naxçıvan Dövlət Texniki Kollecinin komandası əldə edib. Naxçıvan Tibb Kolleci və Naxçıvan Müəllimlər İnstitutunun komandaları isə ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə diplom və hədiyyələr, komandalara isə kubok təqdim olunub.

Ardını oxu...

Rumıniyanın paytaxtı Buxarest şəhərində Dünya Şotakan Federasiyasının 10-cu dünya çempionatı keçirilib.

Mundialda Azərbaycan milli komandası uğurla çıxış edib. Komandanın heyətində paytaxt şəhərə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi də yollanıb. Belə ki, 6-7 yaş qrupunda tatami üzərinə çıxan Rafiq Hüseynli iki qayda üzrə böyük uğura imza atıb. O, şobu-nihon və şobu-sanbon qaydaları üzrə dünya çempionu adına layiq görülüb.

Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Atıcılıq Mərkəzində atıcılığın tir növü üzrə ali və orta ixtisas təhsili müəssisələrinin və HeydərƏliyev adına Hərbi Liseyin komandaları arasında muxtar respublika birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində məqsəd atıcılığın tir növünün təbliğ edilməsi, bu idman növünün kütləviliyinə nail olunması və müdafiə vərdişlərinin formalaşdırılması idi. 6 komandanın iştirak etdiyi birincilikdə, ümumilikdə, 30 idmançı mübarizə aparıb.

Birinciliyin açılış mərasimində çıxış edən federasiyanın sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikamızda idmana və idmançılara göstərilən dövlət qayğısından bəhs ediblər.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş futbol üzrə IV “Heydər Əliyev kuboku” turniri başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Peşəkar Futbol Liqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkil etdiyi turnir 5 gün davam edib.

Turnirin üçüncü turunun ilk oyununda “Araz-Naxçıvan” “Arpaçay” komandasını sınağa çəkib və 3:0 hesablı qələbəyə sevinib.
Son oyundan öncə Naxçıvan Muxtar Respublika Stadionunda konsert proqramı təşkil edilib. Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs qrupunun ifası azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Daha sonra meydanda idmançıların və könüllü gənclərin fləşmobu böyük marağa səbəb olub.
Tədbirin bədii hissəsində müğənni Əli Pormehrinin ifası azarkeşlərə xoş anlar yaşadıb.

Ardını oxu...

May ayının 21-də ümummilli ­lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnir keçirilib.
Əvvəlcə qonaqlar ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Turnirin açılış mərasimində çıxış edən dünya və Avropa çempionatlarının mükafatçısı, İslam Oyunlarının qalibi Nicat Şıxəlizadə yarış iştirakçılarını və tamaşaçıları salamlayaraq qeyd edib ki, bu, cüdo üzrə yeniyetmələr arasında keçirilən ikinci beynəlxalq turnirdir. O vurğulayıb ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən idmana və idmançılara böyük diqqət və qayğı göstərilir.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov yarış iştirakçılarını beynəlxalq turnirin açılışı münasibətilə təbrik edərək bildirib ki, ulu öndərimizin əsasını qoyduğu dövlət gənclər və idman siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulayıb ki, Naxçıvan ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin və yarışların keçirildiyi bir məkan kimi tanınıb. Naxçıvan idman məktəbinin yetirmələri bu gün ölkəmizi beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edir, yüksək nəticələr qazanırlar.

Ardını oxu...

Naxçıvan ölkənin futbol üzrə bir nömrəli turniri – Azərbaycan kubokunun final görüşünə də ev sahibliyi edib. Keçirilən həll­edici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə IV “Heydər Əliyev kuboku” turnirinə start verilib.
Ənənəvi olaraq keçirilən turnirin ilk günündə “Araz-Naxçıvan” və MOİK komandaları üz-üzə gəlib. Görüşün ilk hissəsində rəqibi iki dəfə mərkəzə dəvət edən Naxçıvan komandası sonda meydanı 3:2 hesablı məğlubiyyətlə tərk edib.
Günün ikinci qarşılaşmasında “Şüvəlan” və “Arpaçay” komandaları üz-üzə gəlib. Oyun Bakı klubunun qələbəsi ilə başa çatıb.
Bu gün turnirdə ikinci turun oyunları keçiriləcək. Saat 1100-da “Şüvəlan” və “Araz-Naxçıvan” komandaları qarşılaşacaq. 1730-da isə “Arpaçay” MOİK komandasını sınağa çəkəcək.
Qeyd edək ki, turnirə may ayının 23-də yekun vurulacaq. Həmin gün oyundan öncə Naxçıvan Muxtar Respublika Stadionunda möhtəşəm konsert proqramı təşkil olunacaq.

Ceyhun MƏMMƏDOV

Muxtar respublikamızda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş turnirlər keçirilir. Beynəlxalq, ölkədaxili və yerli turnirlərdə yüzlərlə gənc mübarizə aparır.

Bir çox turnirlərlə yanaşı, ölkənin futbol üzrə bir nömrəli turniri – Azərbaycan Kubokunun final görüşünə də Naxçıvan ev sahibliyi edəcək. Keçiriləcək həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Oyun may ayının 19-u, saat 1630-da başlayacaq. Görüşdən öncə tədbirin bədii hissəsi təşkil olunacaq, burada Azərbaycanın tanınmış müğənnilərinin ifasında musiqi nömrələri səsləndiriləcək.
Muxtar respublikamızda futbol bayramı bununla başa çatmır. Ənənəvi olaraq keçirilən futbol üzrə “Heydər Əliyev kuboku” turniri də dördüncü dəfə təşkil olunacaq. “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və Türkiyənin “Ağrıspor” komandalarının mübarizə aparacağı turnir dairəvi sistem üzrə keçiriləcək. Oyunlara may ayının 20-də start veriləcək. İlk oyun günündə saat 1100-da “Araz-Naxçıvan” MOİK-lə, 1730-da “Şüvəlan” “Ağrıspor”la qarşılaşacaq. Növbəti gündə də oyunların başlama saatı eyni vaxtda olacaq. May ayının 22-də istirahət edəcək komandalar meydana ayın 23-də çıxacaqlar. Eyni zamanda həmin gün saat 1700-da turnirin bağlanış mərasimi keçiriləcək.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin V-VI sinif qız şagirdləri arasında şahmat üzrə şəxsi birinciliyə start verilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsi, şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənc­lər Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə 17 tam orta məktəbin hər birindən 3 qız olmaqla, ümumilikdə, 51 şagird iştirak edir.
İsveçrə sistemi ilə 5 turdan ibarət olacaq birincilik 2 gün davam edəcəkdir. Final oyunları bu gün keçiriləcəkdir.

Ceyhun MƏMMƏDOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 2002-2003-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublika turniri başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi turnirdə 4 komanda dairəvi sistem üzrə mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan turnirin son günündə əvvəlcə meydana “Babək” və “Şərur” komandaları çıxıb. Bu görüşdə qələbəni babəklilər bayram edib. Günün ikinci – “Ordubad”-“Naxçıvan” matçı gərginliyi ilə yadda qalıb. Son dəqiqələrə kimi üstünlüyü əldən verməyən Naxçıvan təmsilçisi meydanı 35:34 hesablı qələbə ilə tərk edib.
Ümumi nəticədə daha çox xal toplayan “Naxçıvan” komandası turnirin qalibi olub. “Babək” və “Ordubad” komandaları ikinci və üçüncü yerlərlə kifayətləniblər.
Sonda qaliblər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar. Turnirin qalibi – “Naxçıvan” komandası isə “Heydər Əliyev kuboku”na layiq görülüb.
Mükafatları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.

 Ceyhun MƏMMƏDOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 2002-2003-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə Naxçıvan Muxtar Respublikası turnirinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi turnirdə 4 komanda dairəvi sistem üzrə mübarizə aparır.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan turnirə bu gün “Ordubad”-“Naxçıvan” və “Babək”-“Şərur” komandalarının görüşü ilə yekun vurulacaq.

Ceyhun MƏMMƏDOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərbəst güləş üzrə Bakı şəhər Xəzər rayon açıq birinciliyinə yekun vurulub.
İki gün davam edən birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının iki yetirməsi də döşək üzərinə çıxıb. 35 kiloqram çəki dərəcəsində mübarizə aparan Namiq Əlizadə bürünc medal qazanıb. Digər idmançımız Xəzər Abdullayev də eyni nailiyyəti təkrarlayıb. Xəzər, bu uğura 41 kiloqram çəki dərəcəsində imza atıb.
Sonda hər iki idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında muxtar respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnirdə 300-dən çox idmançı Duzdağ Fizioterapiya Mərkəzinin 5 kilometrlik məsafəsində finiş xəttini keçməyə çalışıb.
Turnirin açılış mərasimində Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov, Gənc­lər və İdman naziri Azad Cabbarov çıxış ediblər.
Muxtar respublika turnirinin yekun nəticəsinə gəlincə, qızların mübarizəsində qalib adını Aysu Abbasova (“Rabitəçi”) qazanıb. Digər iki pillədə isə Xatun Oruclu (“Rabitəçi”) və Nazlıcan Çakır (Naxçıvan Dövlət Universiteti) qərarlaşıblar.
Oğlanların mübarizəsində Əmrah Nağıyev (“Rabitəçi”) finiş xəttinə hamıdan öndə çatıb. Qəşəm Səfərov və Səfər Tağıyev (hər ikisi “Rabitəçi”) isə ikinci və üçüncü olublar.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

  Ceyhun MƏMMƏDOV

Bakı şəhər Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında 20 və 23 yaşlı gənclər arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Yarışda 100-ə yaxın atlet iştirak edib. Ölkə birinciliyində muxtar respublikanı Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev təmsil edib. İdmançımız körpücük üzərinə 96 kiloqram çəki dərəcəsində çıxıb. O, birdən qaldırmada 135, təkanla isə 155 kiloqram çəki dərəcəsinin öhdəsindən gəlib. Ümumilikdə, 290 kiloqram çəki dərəcəsini ram edən idmançımız növbəti dəfə ölkə çempionu adını qazanıb.
İdmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

Ceyhun MƏMMƏDOV

Bakı şəhərində “Şahin” hərbi idman oyununun Azərbaycan birinciliyi keçirilib. Birincilikdə Naxçıvan Muxtar Respublikasını Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası təmsil edib.
17 komandanın iştirak etdiyi birincilikdə 1 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Sonda iştirakçılara təşkilatçılar ­tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar
Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının qalibi

amerikalı Timur Qarayevlə müsahibə

– Timur, ilk olaraq sizi festivalın qalibi olmağınız münasibətilə təbrik edirik. Sizin üçün bu şahmat bayramı nə ilə yadda qalacaq?
– Bəli, mayın 1-dən davam edən şahmat həyəcanı sona çatdı və mən artıq bu turnirin qalibiyəm. Bu gün belaruslu şahmatçı Vadim Malaxatko ilə heç-heçəyə razılaşdım və bu, mənim çempionluğum üçün kifayət idi. Bir-birindən gərgin və maraqlı keçən oyunlardan sonra arzu etdiyim nəticəyə çatdığım üçün özümü xoşbəxt hiss edirəm. Ayrıca olaraq, bu yaz Azərbaycanın qədim diyarına gələ bilmək, onun tarixini, mədəniyyətini və gözəl təbiətini öz gözlərimlə görmək imkanı da qazandım. 31 yaşım var və indiyə qədər gəzib gördüyüm yerlər arasında Naxçıvanın öz yeri olduğunu deyə ­bilərəm.
– Turnirin qalibi kimi oyunlar haqda nə deyə ­bilərsiniz?
– İlk olaraq onu qeyd edim ki, Naxçıvan şahmat oynamaq üçün əla yerdir. Burada şahmat taxtası arxasında oyunlara daha dərindən konsentrasiya olunurdum. Digər bir tərəfdən də oyunların gedişi mənim şansımı artırdı. Artıq festivalın bitməsinə bir tur qalmış özbək və iranlı rəqiblərim üzərindəki qələbədən sonra ən yaxın izləyicim Azərbaycan şahmatçısı Nicat Abasovla aradakı fərqi artırdım və sonuncu turda məni heç-heçə də qane edirdi.
– Naxçıvana ilk dəfədir ki, gəlirsiniz…

Ardını oxu...

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı çərçivəsində burada iştirak edən şahmatçıların asudə vaxtlarını səmərəli keçirmələri, dünya arenasında şahmat məkanı kimi tanınan Naxçıvanın qədim tarixi, müasir inkişafı və zəngin turizm potensialı ilə tanış olmaları üçün də unikal şərait yaradılıb.
Qonaqlar üçün yüksək səviyyədə təşkil edən gəzintinin ilk günü iştirakçılar Naxçıvan şəhərində Heydər Əliyev Sarayına, Naxçıvan Dövlət Rəsm Qalereyasına və Dövlət Bayrağı Muzeyində olublar.
Sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Naxçıvan Dövlət Xalça Muzeyi ilə tanış edilən şahmatçılara muzeylər haqqında ətraflı məlumat verilib.
Tur-gəzintinin davamı olaraq şahmatçıların “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiyası təşkil edilib. Onlar burada Naxçıvanın qədimliyini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvan ərazisində yaşayan qədim insanların istifadə etdikləri məişət əşyaları barədə məlumat alıblar.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı il­dönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının 8-ci turuna yekun vurulub.
Bu turda “A” qrupunun lideri amerikalı qrossmeyster Timur Qarayev (2560) iranlı zəka sahibi Mehdi Orimi Qulamini (2406) məğlub edərək qrup liderliyini qoruyub. Azərbaycanlı qrossmeyster ­Nicat Abasov (2633) qrossmeyster Vüqar Rəsulova (2533) qalib gəlib. Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli ilə (2454), özbəkistanlı beynəlxalq usta Ortik Niqmatov (2469) isə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə üz-üzə gəlib, hər iki görüş heç-heçə nəticələnib.
Naxçıvanlı zəka sahiblərindən qrossmeyster Urfan Sevdimalıyev (2352) ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) oyunda üstün olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) azərbaycanlı beynəlxalq usta Loğman Quliyevə (2319), beynəlxalq usta Talıb Babayev (2329) isə hindistanlı şahmatçı Şantanu Bambureniyə (2261) məğlub olub. FİDE ustası Pərviz Qasımov (2328) qrossmeyster Sərxan Quliyevlə (2330) “sülh” bağlayıb. FİDE ustası Sadiq Məmmədov (2205) FİDE ustası Gövhər Beydullayeva (2316) ilə qarşılaşmada məğlub olub.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının 7-ci turuna yekun vurulub.
Bu tur “A” qrupunda liderlərin qarşılaşması ilə yadda qalıb. Belə ki, amerikalı qrossmeyster Timur Qarayevlə (2560) özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovun (2469) görüşündə sevinən tərəf amerikalı zəka sahibi olub. Azərbaycanlı qrossmeyster Nicat Abasovla (2633) azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli (2454) arasında görüş də gərgin mübarizə şəraitində keçib. Qarşılaşma heç-heçə başa çatıb. Elə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə belaruslu qrossmeyster Vladislav Kovalyevin (2678) də görüşü “sülh”lə yekunlaşıb. Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) ilə azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovun (2495) görüşündə gülən tərəf Səfərli olub.
Bu turda ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) iranlı zəka sahibi Mehdi Orimi Qulami (2406), azərbaycanlı qrossmeyster Vüqar Rəsulovla (2533) iranlı qrossmeyster Purramezanali Əmirreza (2496) üz-üzə gəliblər. İlk görüşdə iranlı şahmatçı qələbə qazandığı halda, ikinci görüşdə azərbaycanlı qrossmeyster qələbəni bayram edib.

Ardını oxu...

Bakı şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdən ibarət olub. “Küləyə qalib gəl” devizi altında təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
Yarışda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 2 idmançısı da mübarizə aparıb. İdmançılarımızdan Əmrah Nağıyev 23 min insanın iştirak etdiyi marafonda yeddinci, Səfər Tağıyev isə doqquzuncu olub.
Sonda idmançılarımız diplom və medalla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda paralimpiyaçılar arasında futzal üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə peyntbol üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 10 komanda mübarizə aparıb.
Turnirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli çıxışında muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan, idmanın kütləviliyinə nail olunmasından, gənclərin fiziki tərbiyəsinin əhəmiyyətindən, federasiyanın qarşısında duran vəzifələrdən danışıb.
Gənclər və İdman nazirinin müavini Məcid Seyidovun çıxışından sonra turnirə start verilib.
Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticəsinə görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası qalib adını qazanıb. Muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin komandası ikinci, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin komandası isə üçüncü olub.
Sonda qalib komandalara diplom, kubok və hədiyyələr təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

The International Chess Festival Nakhchivan-2019, dedicated to the 96th anniversary of the great leader Heydar Aliyev, is now behind 6 rounds. We have learned opinions of the participants in the festival.

Qulami Mehdi Orimi – İran: – For the first time, I participate in the international tournament in Nakhchivan. In other competitions, Iranian chess players have fought and I have got information about it. From the point of view of organization, all conditions for our comfort are organized. I came to Nakhchivan with my father. It's very native to me here. The attitudes and hospitality of people are pleasing to us. City is beautiful and it is nice to walk in the evening in a quiet and clean city. In my free time, I travel with my father to the city. . We visited universities in the past days and talked to students. The reason we go there is our interest in education. Because my sister is currently studying medicine in Iran and my father wants her to get a residency education here.

Mithil Aygaonkar – Indian FIDE Master:: – I am attending the tournament in Nakhchivan from Munbay, India. The tournament was organized at a very high level. Meanwhile, other 3 Indian chess players are participating in the international festival. My main goal is to make a rating rank and place among the prize winners. After 6 rounds, I have scored 1.5 points. I still have 3 games ahead and I will try to get maximum results. You have very beautiful and clean city. I am grateful to the organizers for their support and assistance.
Esat Bağlan – Turkish FIDE Master:
– I'm in Nakhchivan for the first time. The festival is one of the two biggest tournaments in Azerbaijan. Many intellectuals in the world are here. There are already 6 rounds left and there are 2.5 points in my asset. I still have 3 rounds to finish the tournament and believe I will earn more points. There were some meetings that I could win, but I made minor mistakes and the result was severe. As for Nakhchivan, this is a very quiet and clean city. The attitude of people to us is quite different. Because, we are a nation with two states.
Xəyalə Abdulla – Azerbaijani grandmaster:
– "Nakhchivan-2019" is one of two traditional tournaments in Azerbaijan. I am glad that this festival keeps its strength and year by year becomes stronger.
On the other hand, only two Nakhchivan chess players were fighting for the first time. Now here is a grandmaster, an international master, a FIDE master. At the same time, holding a blitz-tournament within the framework of the festival was a pleasure for the chess players because we had a rest. Despite the fact that the tournament is still half, there is already fatigue in chess players, which indicates how intense the festival is. But Nakchivan's calmness and nature let us to rest. It is hard to say who will win the tense tournament, but I wish to win the right one.

Jeyhun MAMMADOV
Translator: Mubariz SULTANOV

 

 

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə keçirilən “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Final görüşündə “Araz-Naxçıvan” və Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəlib. Görüş birincinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla “qırmızı-ağlar” son 5 mövsümdə 4-cü dəfə kubok qazanıblar.
Mükafatlandırma mərasimindən öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov vurğulayıb ki, muxtar respublikada idmanın inkişafına hərtərəfli şərait yaradılıb, mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir. Məhz buna görədir ki, Naxçıvanda beynəlxalq yarışlar yüksək səviyyədə keçirilir. Bu gün idmançılarımız beynəlxalq arenalarda uğur qazanırlar.
Bildirilib ki, muxtar respublikada bütün idman növləri kimi, futbolun da inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə uğurlu nəticələr əldə olunur. Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də stadionların tikilməsi, mövcud obyektlərin yenidən qurulması artıq ənənə halını alıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında 6-cı turun oyunları keçirilib.
“A” qrupunda liderlər cədvəlində qərarlaşan azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə, azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) isə özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovla (2469) üz-üzə gəlib. İlk görüş heç-heçə başa çatsa da, Eltac turnirdə ilk məğlubiyyəti ilə üzləşib.
ABŞ-lı qrossmeyster Timur Qarayev (2560) bu turda azərbaycanlı qrossmeyster Fərid Abbasovu (2534) sınağa çəkib. Görüş amerikalı şahmatçının qələbəsi ilə başa çatıb.
Ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) azərbaycanlı FİDE ustası Aydın Süleymanlının (2334), azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovla (2495) belaruslu qrossmeyster Aleksey Aleksandrovun (2603) və yunanıstanlı qrossmeyster Vasilios Kotroniasla (2474) azərbaycanlı beynəlxalq usta Vüqar Əsədlinin (2454) görüşləri maraqla gözlənilirdi. Bu qarşılaşmaların ilk ikisi “sülh”lə başa çatıb. Digər görüşdə isə sevinən tərəf Vüqar olub.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov turnirin açılış mərasimində çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti muxtar respublikada uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində müasir idman infrastrukturu yaradılmış, idmanın kütləviliyi təmin edilmişdir. Gənclərin fiziki hazırlığı və asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır. Göstərilən dövlət qayğısı nəticəsində idmanın güləş növü ilə məşğul olanların sayı da ildən-ilə artır. Hazırda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə 2 minə yaxın idmançı məşğələlərdə iştirak edir. Güləşçilərimiz beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında uğurlar qazanırlar.
Azər Zeynalov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika çempionatının da sağlam idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini bildirib, yarışı açıq elan edib.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində davam edən Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında blits-turnir də keçirilib.
Turnirdə 74 şahmatçı birincilik uğrunda mübarizə aparıb. Ümumi mükafat fondu iki min ABŞ dolları olan yarışın qalibi azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) olub. O keçirdiyi 9 görüş­dən 7,5 xal toplayıb. Azərbaycanlı qrossmeyster Qədir Hüseynov, Vüqar Rəsulov və iranlı qrossmeyster Purramezanali Əmirreza 7 xal toplayıblar.
5-10-cu yerlərdə isə Nail Bəşirli, Kənan Qarayev, Tornike Sanikidze (Gürcüstan), Vladislav Kovalyev (Belarus), Misrətdin İsgəndərov və Timur Qarayev (ABŞ) qərarlaşıblar.
Qeyd edək ki, blits-turniri ilk on pillədə başa vuran şahmatçılara pul mükafatı təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open - 2019” Beynəlxalq Şahmat Festivalında ilk 5 tur geridə qalıb.

Bu turda azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) ilə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) üz-üzəgəlib və görüş "sülh"lə başa çatıb. ABŞ-lı qrossmeyster Timur Qarayev (2560) ilə azərbaycanlı qrossmeyster Nicat Abasovun (2633) da görüşü heç-heçə başa çatıb. Azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərov (2495) azərbaycanlı qrossmeyster Fərid Abbasovla (2534), ukraynalı qrossmeyster Eldar Qasanov (2506) yunanıstanlı qrossmeyster Vasilios Kotroniasla (2474) xalları yarı bölüb.

Belaruslu qrossmeyster Vladislav Kovalyev (2678) azərbaycanlı beynəlxalq usta Gülnar Məmmədovanı (2349) məğlub edə bilməyib və heç-heçəyə razılaşıb. Özbəkistanlı beynəlxalq usta Ortik Niqmatov (2469) isə iranlı qrossmeyster Əmirreza Purramezanalidən (2496) üstün olub.

5-ci turda naxçıvanlı zəka sahiblərində qrossmeyster Urfan Sevdimalıyev (2352) azərbaycanlı FİDE ustası Rəşad Zeynallıdan (2290) güclü olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) isə  azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarovaya (2280) uduzub. Digər beynəlxalq usta Talıb Babayev (2329) azərbaycanlı şahmatçı Nərmin Söyünlünü (2064) üstələyə bilməyib. Bu turda FİDE ustalarımızdan Sadiq Məmmədov (2205) türkiyəli FİDE ustası Esat Bağlanı (2345) məğlub etdiyi halda, Pərviz Qasımov (2328) azərbaycanlı qrossmeyster Abdulla Xəyaləyə (2228) məğlub olub.

Ardını oxu...

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Naxçıvan marafonu-2019”keçirilib. Marafonun məqsədi ulu öndərin xatirəsini yad etmək, idmanın inkişafına dəstək göstərmək, gəncləri bir araya gətirərək onlara sağlam həyat tərzi aşılamaq, “Naxçıvan marafonu”nu nüfuzlu marafonlardan birinə çevirmək və xarici idmançıların, qonaqların bu yarışa qoşulmasına nail olmaq, o cümlədən turistləri muxtar respublikamıza cəlb etməkdən ibarətdir.

“Sağlamlıq üçün qaç!” şüarı altında təşkil olunan 11 kilometrlik yarımarafon saat 10 00-da İlham Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısından start götürüb və Uzunoba gölünün ətrafında başa çatıb. Muxtar respublikada ilk dəfə təşkil olunan marafon kütləviliyi ilə seçilib. Marafona yaşı 14-dən yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışda iştirak üçün ümumilikdə iki mindən çox şəxs qeydiyyatdan keçib. Həmçinin dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət adamları, idmançılar, paralimpiyaçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yarışa muxtar respublikada fəaliyyət göstərən 40-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub. Marafonda azərbaycanlı tələbələr ilə yanaşı, Banqladeş, Nigeriya, İran İslam Respublikası, Türkiyə Respublikasından olan tələbələr də mübarizə aparıblar. Marafonda muxtar respublikanın bütün rayonlarından olan gənclər, o cümlədən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun könüllüləri, sosial könüllülər, nəqliyyat könüllüləri də fəal iştirak ediblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki ­İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən “Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə  Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 350-dən çox idmançı mübarizə aparıb.

Beynəlxalq turnir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Ardını oxu...

     Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı davam edir.

     4-cü turda hamının maraqla gözlədiyi qarşılaşma reallaşıb. Belə ki, “A” qrupunun liderləri azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) ilə ABŞ-lı qrossmeyster Timur Qarayev (2560) arasında keçirilən görüşdə gülən tərəf olmayıb.    Aktivində 3 xal olan digər zəka sahibi belaruslu qrossmeyster Vadim Malaxatko (2508) ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) “sülh” bağlayıb. Klassik şahmat partiyalarında 23 görüşdür ki, məğlub olmayan azərbaycanlı beynəlxalq usta Günay Məmmədzadə (2438) ilə azərbaycanlı qrossmeyster Nicat Abasovun (2633) qarşılaşması maraqla izlənilib. Bu görüş Nicatın qələbəsi ilə yekunlaşıb.

     Belaruslu qrossmeyster Vladislav Kovalyev (2678) özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovla (2469), iranlı şahmatçı Mehdi Qulami Orimi (2406) belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2603), azərbaycanlı qrossmeyster Fərid Abbasov (2534) azərbaycanlı beynəlxalq usta Abdulla Qədimbəyli (2394) ilə  üz-üzə gəlib. Bu görüşlərdə Kovalyev və Mehdi Qulami heç-heçə eləyib, Fərid  isə qələbə qazanıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki ­İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq turnirinə start verilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının üçüncü turuna yekun vurulub.
“A” qrupunun maraqla gözlənilən oyununda azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovla (2469), azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) isə azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlı (2451) ilə üz-üzə gəlib. Bu görüşlərdə ­Səfərli qalib gəldiyi halda Abasov-Niqmatov cütlüyünün oyunu heç-heçə başa çatıb. ABŞ-lı qrossmeyster Timur Qarayev (2560) türkiyəli FİDE ustası Esat Bağlanı (2345) məğlub etməklə ardıcıl üçüncü qələbəsini bayram edib.
Belaruslu qrossmeyster Vadim Malaxatko (2508) və azərbaycanlı FİDE ustası Murad İbrahimlinin (2371) də görüşü maraqla gözlənilirdi. Bu qarşılaşmada gülən tərəf belaruslu şahmatçı olub. Turnirin ən yüksək reytinqli şahmatçısı, belaruslu qrossmeyster Vladislav Kovalyev (2678) bu turda azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovun (2495) müqavimətini qıra bilməyib. Görüş “sülh”lə başa çatıb.
Belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2603) iranlı qrossmeyster Əmirreza Purramezanali (2496) xalları yarı böldüyü halda ukraynalı qrossmeyster Eldar ­Qasanov (2506) azərbaycanlı beynəlxalq usta Orxan Abdulovu (2372) məğlubiyyətə uğradıb.

Ardını oxu...

Bu gün Naxçıvan şəhərindəki ­İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq turnirinə start veriləcək.
Dünən kompleksdə hakim və məşqçi-müəllimlər üçün texniki-taktiki seminar keçiri­lib. Azərbaycan Milli Karate Federasiyasının Hakimlər Kollegiyasının sədri Cahangir Babayev seminar iştirakçılarına uğurlar arzu­layaraq yarışlarda və milli komandanın heyətinə üzvlərin seçilməsində hakimlərin işinin əhəmiyyətindən, həmçinin onların bilik səviyyələrinin artırılmasından, nəzərdə tutulan gələcək planlardan danışıb. Eyni zamanda qaydalardakı dəyişik­lik və yeniliklər hakimlərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, seminarda respublikanın müxtəlif bölgələrindən olan hakimlər və məşqçilərlə yanaşı, turnirdə iştirak edəcək ölkələrin ­hakimləri də iştirak ediblər.

 Ceyhun MƏMMƏDOV

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedicated to the 96th anniversary of the great leader Heydar Aliyev, started yesterday.

We learned the opinions of Nakhchivan intelligentsia and vice president of the Azerbaijan Chess Federation, Faig Hasanov.

Faig HASANOV – Vice President of the Azerbaijan Chess Federation: – This year's chess festival is very different from the others. First, participants from other countries see how Nakhchivan is a hospitable land. As a result, the interest of other chess players to this festival is increasing every year. The level of the tournament is rising every year due to the fact that high-rating chess players also go to Nakhchivan. We should say that for the first time, there were a lot of problems-involving chess players were not so easy. Because they did not know Nakhchivan and did not know how the tournament organized. But today all the chess players themselves ask us to participate in the chess festival. We receive applications immediately after we publish information about this festival. I can already say that Nakhchivan has introduced itself as a chess venue in the world arena and this festival is one of the most rated festivals at FIDE. Another feature of the festival, which is different from the others, is the expansion of coverage. For the first time, a chess player from the United States also participates in this festival. As you know, the US championship is very strong, and the chess players who are taking the top 10 places are participating in international tournaments and competitions. That chess player is one of them.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında ikinci turun oyunları keçirilib.
“A” qrupunda festivalın ən yüksək reytinqli şahmatçısı, belaruslu qrossmeyster Vladislav Kovalyev (2678) bu turda azərbaycanlı beynəlxalq usta Günay Məmmədzadə (2438) ilə üz-üzə gəlib. İlk turdan fərqli olaraq bu dəfə belaruslu şahmatçı azərbaycanlı həmkarı ilə “sülh” bağlayıb. Azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) iranlı zəka sahibi Mehdi Qulami Orimini məğlub edərək ardıcıl ikinci qələbəsini qazanıb. Belaruslu qrossmeyster Aleksey Aleksandrov (2603) isə azərbaycanlı beynəlxalq usta Orxan Abdulovla (2372) xalları yarı bölüb.
İlk turda qələbəni bayram edən azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) eyni uğuru azərbaycanlı beynəlxalq usta Abdulla Qədimbəylini (2394) də məğlubiyyətə uğratmaqla əldə edib. Aktivlərində bir xal olan özbəkistanlı beynəlxalq usta Ortik Niqmatov (2469) azərbaycanlı beynəlxalq usta Gülnar Məmmədovanı (2349), türkiyəli FİDE ustası Esat Bağlan (2345) yunanıstanlı qrossmeyster Vasilios Kotroniasu (2474), belaruslu qrossmeyster Vadim Malaxatko (2508) isə azərbaycanlı beynəlxalq usta Xanım Balacayevanı (2358) üstələməyi bacarıblar. Turnirdə azərbaycanlı qrossmeyster Türkan Məmmədyarovanın (2256) bu turda da məğlubiyyətlə üzləşməsi gözlənilməz olub. O, azərbaycanlı FİDE ustası Aydın Süleymanlı (2334) ilə görüşdə xalsız qalıb.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda boks üzrə keçirilən Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi yarış üç gün davam edib. Beynəlxalq Boks Federasiyasının mövcud qaydalarına uyğun olaraq keçirilən turnirdə 2001-2002-ci illər təvəllüdlü gənclər və böyüklər, 2003-2004-cü illər təvəllüdlü yeniyetmələr 12 çəki dərəcəsində mübarizə aparıblar.
Dünən turnirin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra final görüşlərinə start verilib.
Yarışın yekun nəticələrinə əsasən 38, 40, 42, 46, 50, 54, 57, 60, 64, 69, 75 və +81 kiloqram çəki dərəcələrində müvafiq olaraq Sinan Əbilov, Ramil Babayev, Alişan İsmayılov, Nazim Abazərli, Nizami Novruzov, Ayxan Quliyev, Hüseyn Hüseynov, Ayxan Süleymanov, Cəbi İsayev, İbrahim Cəfərzadə, Yuris Allahverdiyev və Sərvər Abdullayev turnirin qalibi adını qazanıblar.
Qızların mübarizəsində isə Duyğu Hüseynova (48 kiloqram) və Nuray Hümbətova (50 kiloqram) hamıdan güclü olublar.
Komanda hesabında isə “Naxçıvan” komandası turnirin baş mükafatını qazanıb.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 15 aprel 2019-cu il tarixdə keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqların icrası ilə bağlı işlər davam etdirilir. Bu çərçivədə dünən “Naxçıvan” Mərkəzi Təlim Mərkəzində “Hədəf” adlı yeni atış təlimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının ­Heydər Əliyev adına Gənclər Birliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən təlimdə 100 gənc iştirak edib.
Əvvəlcə çıxış edən gənclər və idman naziri Azad Cabbarov bildirib ki, adıçəkilən müşavirədə verilən tapşırıqlara əsasən nazirlik Əlahiddə Ümumqoşun Ordu ilə birgə gənclərin hərbi-vətənpərvərlik işini diqqətdə saxlayır, Gənc­lər Fondu ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsini təmin edir. “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.

Ardını oxu...

Göygöl rayonunda yüngül atletikanın kross qaçış növü üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 4 idmançısı da mübarizə aparıb. 4 kilometr məsafəyə kross qaçışı üzrə keçirilən yarışlarda idmançımız Gülayə Cəfərova finiş xəttinə ikinci çatıb. Eyni uğuru 6 kilometr məsafədə Səfər Tağıyev də qazanıb. Digər idmançımız Əmrah Nağıyev isə 10 kilometr məsafəyə qaçışda qüvvəsini sınayıb və gümüş medal qazanıb.
Sonda idmançılarımız medal və diplomla ­mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

İslam Hümbətov adına Uşaq-Gənc­lər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər (2002-2004-cü illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 40-dan çox idmançı öz qüvvəsini sınayıb.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə Tuncay Məmmədov (45 kiloqram), Uğur Məmmədov (48 kiloqram), Orxan Hacıyev (51 kiloqram), Hüseyn Əhmədli (55 kiloqram), Heydər Nəcəfov (60 kiloqram), Abbas Nəzərəliyev (65 kiloqram), Heydər Heydərov (71 kiloqram), Rəvan Bayramov (80 kiloqram), Qoca Əhmədov (92 kiloqram) və Nuran Vəliyev (110 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar diplomlarla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunda sağlamlıq imkanları məhdud şəxslər arasında yüngül atletikanın qaçış növü üzrə “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında birincilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdikləri birincilikdə 21 idmançı mübarizə aparıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Bu gün muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində də davamlı tədbirlər görülür. Nazir yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıb.
Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada məhdud fiziki imkanlı insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bütün sahələrdə müşahidə olunan dinamik inkişaf bu təbəqədən olan şəxslərin də sosial müdafiəsinin güclənməsinə hərtərəfli şərait yaradıb. Məhdud fiziki imkanlı insanlara tibbi və sosial reabilitasiya xidmətləri göstərilir, sağlamlıq imkanları məhdud olan şəxslərin idmana cəlbi yönündə işlər görülür. Keçirilən yarış da bunun bariz nümunəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcı­lıq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 7 komanda mübarizə aparıb.
Birinciliyin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli çıxış edərək ölkəmizdə və eləcə də muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından bəhs ediblər.
Çıxış edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edərək atıcılıq idman növünün inkişafı istiqamətində qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyini, atıcılığın muxtar respublikamızda ən çox sevilən idman növlərindən biri səviyyəsinə qaldırılacağını qeyd ediblər.
Yarışın yekun nəticəsinə gəlincə, Naxçıvan Dövlət Universitetinin komandası qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin komandası ikinci, Naxçıvan Tibb Kollecinin komandası isə üçüncü olub.
Qalib komandalar diplom, peyntbol mərmiləri və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Atıcılıq Mərkəzində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarında təhsil alan tələbələrin hazırlıq səviyyəsinin artırılması, onlara vətənpərvərlik ruhunun aşılanması məqsədilə yarışda iştirakları təmin edilib.
Birincilikdə 8 komandada 5 çağırışçı gənc olmaqla, 40 nəfər iştirak edib. Yarış poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən 10 metr məsafəyə atış, 50 metr məsafəyə sərbəst üsulla üzmək, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə təşkil olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunda “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan atletləri аrаsındа yüngül atletika birinciliyi keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbin komandası, hər komandanın tərkibində isə 4 oğlan olmaqla, 68 idmançı iştirak edib.
Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Fərid Əsgərli, 200 metr məsafədə 11 nömrəli tam orta məktəbin şagirdi Murad Rəhimov, 400 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Nihal İmanov, 800 metr məsafədə isə 10 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Abbaslı birinci yerlərə layiq görülüblər.
Komanda hesabında 10 nömrəli tam orta məktəbin komandası birinci, 11 nömrəli tam orta məktəbin komandası ikinci, 13 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Qalib komanda və idmançılara təşkilatçıların diplomları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Azərbaycan Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şərur Olimpiya-İdman Kompleksində ağır atletika idman növü üzrə Azərbaycan yığma komandasının təlim-məşq toplanışına başlanılıb.
Ölkəmizin yeniyetmələrdən ibarət yığma komandasının məşqçiləri tərəfindən aparılan təlim-məşq toplanışında 21 idmançı iştirak edir ki, bunların da dördü – Gülcahan Əliyeva, Həsən Babayev, Nihad Ramazanov və İlkin Kərimov Naxçıvan Muxtar Respublikasından olan idmançılardır. Artıq iki gündür, davam edən təlim-məşq toplanışında məqsəd bu idman növünün kütləviliyini artırmaq, qızları da bu idman növünə cəlb etmək və iyul ayında keçiriləcək Avropa çempionatına hazırlıqdan ibarətdir.
Təlim-məşq toplanışı may ayının 3-nə qədər davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında cüdo üzrə keçirilən ölkə birinciliyinə yekun vurulub.
Birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar. 60 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Elşən Qasımov ikinci yerlə kifayətlənib. Rəşad Heydərov da eyni uğuru təkrarlayıb. O, buna 66 kiloqram çəki dərəcəsində müvəffəq olub. Digər idmançımız Xətai Qənbərov (66 kiloqram) isə iki rəqibini məğlub etdikdən sonra zədə ilə üzləşib və növbəti görüşdə tatamiyə çıxa bilməyib.
Qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR