22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcı­lıq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 7 komanda mübarizə aparıb.
Birinciliyin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli çıxış edərək ölkəmizdə və eləcə də muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından bəhs ediblər.
Çıxış edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edərək atıcılıq idman növünün inkişafı istiqamətində qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyini, atıcılığın muxtar respublikamızda ən çox sevilən idman növlərindən biri səviyyəsinə qaldırılacağını qeyd ediblər.
Yarışın yekun nəticəsinə gəlincə, Naxçıvan Dövlət Universitetinin komandası qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin komandası ikinci, Naxçıvan Tibb Kollecinin komandası isə üçüncü olub.
Qalib komandalar diplom, peyntbol mərmiləri və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR