Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin V-VI sinif qız şagirdləri arasında şahmat üzrə şəxsi birinciliyə start verilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsi, şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə 17 tam orta məktəbin hər birindən 3 qız olmaqla, ümumilikdə, 51 şagird iştirak edir.
İsveçrə sistemi ilə 5 turdan ibarət olacaq birincilik 2 gün davam edəcəkdir. Final oyunları bu gün keçiriləcəkdir.
Ceyhun MƏMMƏDOV