22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında 6-cı turun oyunları keçirilib.
“A” qrupunda liderlər cədvəlində qərarlaşan azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə, azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) isə özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovla (2469) üz-üzə gəlib. İlk görüş heç-heçə başa çatsa da, Eltac turnirdə ilk məğlubiyyəti ilə üzləşib.
ABŞ-lı qrossmeyster Timur Qarayev (2560) bu turda azərbaycanlı qrossmeyster Fərid Abbasovu (2534) sınağa çəkib. Görüş amerikalı şahmatçının qələbəsi ilə başa çatıb.
Ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) azərbaycanlı FİDE ustası Aydın Süleymanlının (2334), azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovla (2495) belaruslu qrossmeyster Aleksey Aleksandrovun (2603) və yunanıstanlı qrossmeyster Vasilios Kotroniasla (2474) azərbaycanlı beynəlxalq usta Vüqar Əsədlinin (2454) görüşləri maraqla gözlənilirdi. Bu qarşılaşmaların ilk ikisi “sülh”lə başa çatıb. Digər görüşdə isə sevinən tərəf Vüqar olub.

Bu turda naxçıvanlı zəka sahiblərindən qrossmeyster Urfan Sevdimalıyev (2352) azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlını (2451), beynəlxalq usta Toğrul Həsənzadə (2323) isə hindistanlı şahmatçı Santanu Bambureni (2261) sınağa çəkib. Hər iki görüş heç-heçə başa çatıb. Digər beynəlxalq usta Talıb Babayev (2329) isə FİDE ustamız Pərviz Qasımova (2328) məğlub olub. FİDE ustası Sadiq Məmmədov (2205) isə iranlı zəka sahibi Mehdi Orimi Qulami (2406) qarşısında xalsız qalıb.
6 turdan sonra Ortik Niqmatov və Timur Qarayev 5 xalla şərikli liderdilər.
“B” qrupunda bu tur liderlərin qarşılaşması ilə yadda qalıb. Fariz Əhmədov (1775) Amil Abbasova (2215), Elxan Bayramov (2158) isə Şahin Hüseynova (2189) qalib gələrək liderliyi ələ alıblar. İndi hər iki zəka sahibinin aktivində 5,5 xal var.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda ikihakimiyyətlilikdir. Belə ki, naxçıvanlı zəka sahibi Uğur Həsənli (1329) və Niyazi Qafarovun (1342) aktivində 5,5 xal var.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR