22 Dekabr 2024, Bazar

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı çərçivəsində burada iştirak edən şahmatçıların asudə vaxtlarını səmərəli keçirmələri, dünya arenasında şahmat məkanı kimi tanınan Naxçıvanın qədim tarixi, müasir inkişafı və zəngin turizm potensialı ilə tanış olmaları üçün də unikal şərait yaradılıb.
Qonaqlar üçün yüksək səviyyədə təşkil edən gəzintinin ilk günü iştirakçılar Naxçıvan şəhərində Heydər Əliyev Sarayına, Naxçıvan Dövlət Rəsm Qalereyasına və Dövlət Bayrağı Muzeyində olublar.
Sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Naxçıvan Dövlət Xalça Muzeyi ilə tanış edilən şahmatçılara muzeylər haqqında ətraflı məlumat verilib.
Tur-gəzintinin davamı olaraq şahmatçıların “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiyası təşkil edilib. Onlar burada Naxçıvanın qədimliyini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvan ərazisində yaşayan qədim insanların istifadə etdikləri məişət əşyaları barədə məlumat alıblar.

Sonra şahmatçılar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Burada onlara mərkəzin fəaliyyəti və göstərilən tibbi xidmət barədə məlumat verilib.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi və Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksini ziyarət edən şahmatçılar sonda “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.
Bununla “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı iştirakçılarının tur gəzintisi başa çatıb.

Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR