Naxçıvan Qarnizonu tam orta məktəbinin idman zalında “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında qızlar arasında həndbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan şəhər və Şahbuz Rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə “Naxçıvan” və “Şahbuz” komandaları qarşılaşıblar. Gərgin keçən görüş 15:7 hesabı ilə “Naxçıvan” komandasının qələbəsi ilə başa çatıb.
Sonda hər iki komandaya şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilib.
Ceyhun MƏMMƏDOV