Xırdalan şəhərindəki “Zirvə” İdman Klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Pouerliftinq Bench-Press” idman növü üzrə beynəlxalq turnir keçirilib.
İkigünlük turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstan komandalarının idmançıları iştirak ediblər. Millimizin heyətində Naxçıvan Muxtar Respublikasının idmançısı, dünya, Avropa və respublika çempionu Əli Əsgərov da birincilik uğrunda mübarizə aparıb.
İdmançımız 82,5 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyərək beynəlxalq turnirin qalibi olub.
Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti