21 Dekabr 2024, Şənbə

Bakı şəhərindəki Xırdalan “Zirvə” İdman Kompleksində 2005-2009-cu illər təvəllüdlü azyaşlılar arasında sərbəst güləş üzrə I Beynəlxalq Zirvə turniri keçirilib.
Turnirdə 4 ölkədən 100-ə yaxın idmançı gücünü sınayıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 4 idmançısı da turnirdə iştirak edib və qaliblər sırasına adlarını yazdırıblar.

Ardını oxu...

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən kikboksinq üzrə yeniyetmələr arasında Şərur rayon birinciliyinə yekun vurulub.

Ardını oxu...

İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib.
Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) mübarizə aparıb. Azərbaycan yığmasının heyətində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliynin nəzdində fəaliyyət göstərən Şərur rayon Ağır Atletika Bölməsinin üzvü Tərmenxan Babayev də öz qüvvəsini qitə birinciliyində sınayıb.

Ardını oxu...

Dünən Naxçıvan Şahmat Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında şahmat birinciliyinə start verilib.
Naxçıvan şəhər tam orta məktəblərinin III-IV sinif oğlan şagirdləri arasında keçirilən yarış şəxsi xarakter daşıyır. Naxçıvan Şəhər Təhsil Şöbəsi, şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə 17 tam orta məktəbin hər birindən 3 oğlan olmaqla, ümumilikdə, 51 şagird iştirak edir.
Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə 5 turdan ibarətdir. Birinciliyə bu gün yekun vurulacaq.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq dövlət və özəl təşkilatlar arasında keçirilən futzal liqasında 10-cu turun oyunları olub.

Ardını oxu...

 
7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 40 əməkdaşı arasında şahmat yarışı keçirilib. İsveçrə sistemi üzrə təşkil olunan yarış başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni oxunub. 

Ardını oxu...

5-6 dekabr tarixlərdə Naxçıvan Muxtar Respublika Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin sədri Fritz Stuxlikin keçdiyi seminarın ikinci günündə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Mir­məcid Seyidov da iştirak edib. O, nazirlik adından qonaqlara minnətdarlıq edərək bildirib ki, AFFA ilə uğurlu əməkdaşlıq sayəsində yerli hakimlərin bilik və bacarıqlarının artırılması, bu sahədə püxtələşmələri üçün məqsədyönlü addımlar atılır. Naxçıvanda digər idman növləri ilə bərabər, futbolun inkişafına da xüsusi diqqətlə yanaşılır.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin sədri avstriyalı Fritz Stuxlik hakimlər üçün seminarda iştirak etmək məqsədilə muxtar respublikamıza gəlib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri Bakı şəhərində təşkil olunan ­birincilikdə iştirak ediblər.

Ardını oxu...

Bakı şəhərində “Araz” Peşəkar İdman Klubu və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə karate üzrə klublararası açıq turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 18 idmançısı da mübarizə aparıb. İdmançılarımızdan 15-i yarışlarda uğurlu nəticə göstərərək mükafatçılar sırasına düşməyi bacarıblar.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, onların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat idman növünün inkişaf etdirilməsi və onların sosial reabilitasiyasına nail olunmasıdır.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən voleybol üzrə məktəblilər arasında muxtar respublika birinciliyi başa çatıb.
Noyabr ayının 26-da start verilən birincilikdə 19 komanda qaliblik uğrunda mübarizə aparıb. Final oyunlarında Şərur və Culfa rayon komandaları qızlar və oğlanlar arasında qalibi müəyyənləşdirməyə çalışıblar. Maraqlı və gərgin keçən oyunların nəticələrinə əsasən Culfa rayonunun təmsilçiləri həm qızlar, həm də oğlanlar arasında qələbəni bayram ediblər. Şərur rayon komandası ikinci, Kəngərli rayon komandası isə üçüncü olub.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.

Ənənəvi yarışda sərbəst güləş yığmamızın üzvləri ölkəmizi təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə hakimliklə bağlı seminar keçirilib.

Ardını oxu...

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşdirilib.

Ardını oxu...

Ağsu rayonunda məktəblilər arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançıları da iştirak ediblər. 12 yaşlı oğlanlar arasında zəka sahibimiz Seyid Hüseyn keçirdiyi 7 görüşdən 5,5 xal toplayaraq ölkə çempionu adına layiq görülüb.
12 yaşlı qızların mübarizəsində isə Nazlı Hümbətova liderdən cəmi 0,5 xal az toplayaraq çempionatın bürünc mükafatçısı olub. Digər zəka sahibimiz Sadiq Qarayev isə 14 yaşlı oğlanların mübarizəsində 4,5 xal toplayaraq ölkə çempionatını 5-ci pillədə başa vurub.
Sonda qalib idmançılarımız mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən voleybol birinciliyi başa çatıb.

Ardını oxu...

Bakı şəhərində Milli Karate Federasiyasının təşkilatçılığı ilə 27-ci respublika çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi də iştirak edib. Belə ki, 18-21 yaşlı idmançılar arasında +84 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Aslan İsmayılov gümüş medal qazanıb.

Ardını oxu...

Futbol üzrə Naxçıvan Muxtar Respublika Çempionatında (Region Liqasının Naxçıvan Muxtar Respublika zonası) növbəti turun oyunları keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın üçüncü turuna Şərur Olimpiya İdman Kompleksinin stadionunda start ­verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq dövlət və özəl təşkilatlar arasında futzal liqasının 7-ci turunun oyunları ­keçirilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “İdman hamı üçün!” şüarı adı altında tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələr və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırış, hər bir yaş kateqoriyası üçün bədən tərbiyəsi və idmanın təbliği, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyası, olimpiya prinsipləri ilə bağlı məlumatlandırmaq olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən oktyabr ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşünün formalaşdırılması və vətənpərvərlik hisslərinin aşılanması, idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüş, idmançılarımızın ölkə və beynəlxalq turnirlərdə iştirakı təmin edilmişdir. 

Ardını oxu...

Futbol üzrə Naxçıvan Muxtar Respublika Çempionatında (Region Liqasının Naxçıvan regionu üzrə) mövsümün ikinci turuna yekun vurulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında ilk dəfə olaraq keçirilən futzal liqasında növbəti turun oyunları olub.

Ardını oxu...

10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar hazırlanan tədbirlər planına uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında voleybol üzrə birincilik keçirilib.
Birincilikdə 80 tələbə iştirak edib. Maraqlı keçən oyunun yekununda “Naxçıvan” Universitetinin komandası birinci, Naxçıvan Dövlət Texniki Kollecin komandası ikinci, Naxçıvan Dövlət Universitetinin komandası üçüncü yerin sahibi olub.
Qeyd edək ki, qalib komandalar və iştirakçılar bu gün “Gənclik” Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya və Atıcılıq federasiyalarının birgə təşkilatçılığı ilə Atıcılıq Mərkəzində 12 Noyabr – Konstitusiya Günü münasibətilə sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları və onlara bərabər tutulan şəxslər arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib. Birincilikdə 8 komandada 40 nəfər iştirak edib.

Ardını oxu...

10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yüngül atletikanın qaçış növü üzrə birincilik keçirilib.

Ardını oxu...

9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan oyun Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Naxçıvan Futbol Federasiyasının sədri Azad Cabbarov oyundan öncə veteran futbolçularla görüşüb. Ölkəmizdə, eləcə də muxtar respublikada idmanın bütün sahələrinə olduğu kimi, futbola da xüsusi önəm verildiyini bildirən Gənclər və İdman naziri bölgədə futbolun yüksəlişi üçün dövlətimizin dəstəyi ilə məqsədyönlü addımlar atıldığını diqqətə çatdırıb.

Ardını oxu...

Makedoniyanın Skopye şəhərində keçirilən karate-do üzrə 11-ci Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri tərəfindən mükafatlandırılıblar. 

Karate-do Federasiyasının sədri Fazil Ələkbərov idmançılarımızı əldə etdikləri uğur münasibəti ilə təbrik edib. Federasiya sədri vurğulayıb ki, bu uğurlu nəticənin qazanılmasının əsas səbəblərindən biri muxtar respublikamızda bütün sahələrdə olduğu kimi idman sahəsində də yaradılan hərtərəfli şərait, zəngin maddi texniki baza, müasir idman ifrastrukturudur. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunda 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə “Araz-Naxçıvan” və Azərbaycanın veteran futbolçulardan ibarət komandaları arasında yoldaşlıq görüşü olub.

Ardını oxu...

“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olmuş Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov açaraq qeyd edib ki, muxtar respublikada şagirdlərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzində saxlanılır, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə qayğı ilə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində hərbi kabinələr yaradılıb, idman zalları və açıq idman qurğuları istifadəyə verilib, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı üçün yüksək şərait yaradılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə futbol üzrə 18-ci Naxçıvan Muxtar Respublika çempionatına start verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə süni divara dırmanma üzrə muxtar respublika çempionatı keçirilib.

Ardını oxu...

Türkiyənin İstanbul şəhərində “41-ci İstanbul Marafonu” keçirilib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, şahmatçılarımız Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbovun rəhbərliyi ilə Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında iştirak ediblər. Azərbaycan komandası olimpiadanın qalibi olub. Komandamızın üzvü Aydın Süleymanlı fərdi nəticələrinə əsasən ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüblər. Yığmamız 16 xalla Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə ­qoyub.

Ardını oxu...

1-3 noyabr tarixlərdə Makedoniyanın Skopiya şəhərində karate idman növü üzrə XI Avropa çempionatı keçirilib. Çempionatda 20 Avropa ölkəsindən 1500 nəfər idmançı iştirak edib. Onlar 3 kateqoriya üzrə (WKF, Şobu Nihon və Şobu Sanbon) mübarizə aparıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcəkdir.
Görüşün keçirilməsində məqsəd Dövlət Bayrağı Gününün qeyd olunması, muxtar respublikada futbol idman növünün kütləviliyinin və inkişafının təmin edilməsidir. Noyabrın 9-da Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək oyunda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun veteran futbolçuları ilə Azərbaycan Futbol Veteranları İttifaqının üzvləri qarşı-qarşıya gələcəklər. Qeyd edək ki, oyun saat 1500-da baş tutacaqdır.


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Bakı şəhəri “Elektra Events Hall”da bikini fitness və mens fizik üzrə Azərbaycan Kuboku, klassik bodibildinq və bodibildinq üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin üzvü Hakim İsayev də iştirak edib. İdmançımız uğurlu nəticə göstərərək bürünc medal qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom, ­medal və kubokla təltif edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında artıq üç tur geridə qalıb.
İlk turda “Azərbaycan-Naxçıvan” komandası qazaxıstanlı şahmatçılarla qarşılaşıb və məğlub olublar. İkinci tur isə komandamız üçün uğurlu alınıb. Bu turda Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev və Ərturanlı İsmayılovdan ibarət yığmamız Tailand komandası ilə qarşılaşıb və 3,5-0,5 hesabı ilə qalib gəlib.
Növbəti turda komandamızın rəqibi Türkiyənin qızlardan ibarət millisi olub. Şahmatçılarımız bu turda 3:1 hesabı ilə qalib gəliblər. Hazırda komandamız qazandığı qələbələrin sayına görə 48 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. Çempionatın ikinci günündə - oktyabrın 29-da sərbəst güləşçilərimiz 4 medal qazanıblar.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Futzal Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə dövlət və özəl təşkilatların komandaları arasında Naxçıvanın ilk futzal liqasında 3-cü turun oyunları keçirilib. Bu tur daha çox bolqollu oyunlarla yadda qalıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə kadetlər arasında muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birinciliyin məqsədi kikboksinq idman növünün muxtar respublikada inkişafı, yeniyetmə və gənclər arasında bu idman növünün təbliği olub.

Ardını oxu...

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə yekun vurulub.
2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) birincilik uğrunda körpücük üzərinə çıxıblar.
Qitə birinciliyində Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparıb. Yığmamızın heyətində Rumıniyaya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev də yollanıb. O, yaşı 20-yə qədər olan atletlərin yarışında 96 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universitetinin futbol komandaları arasında yoldaşlıq matçı keçirilib.
Əvvəlcə Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev başda olmaqla, ümummilli liderimizin Qars şəhərində əzəmətlə ucalan büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə yoldaşlıq görüşü keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən görüşdə “Ordubad” və “Kəngərli” komandaları üz-üzə gəlib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüş ordubadlı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Sonda idmançılar mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Futbol Federasiyasının iclası keçirilib.
Şəhər və rayon İdman idarələri rəislərinin, futbol üzrə uşaq və böyük komandaların baş məşqçilərinin iştirak etdikləri iclasın gündəliyində yeni məşqçilərin təyinatı, eyni zamanda böyüklər arasında futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının püşkatması olub.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə və gənc­lər (U-15-2006-2007 və U-18-2003-2005-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən sentyabr ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin artırılması, dünyagörüşlərinin formalaşdırılması, onlara vətənpərvərlik hisslərinin aşılanması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
“Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunmuş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında hazırlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Naxçıvan şəhər və Şahbuz rayon birincilikləri keçirilmişdir. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları arasında “İntellekt döyüşü” adlı layihə çərçivəsində “Xəmsə”, “Poliqon”, “Axtar, tap!” intellektual oyunları, “Naxçıvanın turizm imkanları” mövzusunda fotomüsabiqə keçirilmişdir.

Ardını oxu...

Bakı şəhərində Şuşa Uşaq-Gənclər İdman Məktəbinin açıq birinciliyi ­keçirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR