22 Dekabr 2024, Bazar

Makedoniyanın Skopye şəhərində keçirilən karate-do üzrə 11-ci Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri tərəfindən mükafatlandırılıblar. 

Karate-do Federasiyasının sədri Fazil Ələkbərov idmançılarımızı əldə etdikləri uğur münasibəti ilə təbrik edib. Federasiya sədri vurğulayıb ki, bu uğurlu nəticənin qazanılmasının əsas səbəblərindən biri muxtar respublikamızda bütün sahələrdə olduğu kimi idman sahəsində də yaradılan hərtərəfli şərait, zəngin maddi texniki baza, müasir idman ifrastrukturudur. 

Federasiya sədri Fazil Ələkbərov diqqətə çatdırıb ki, son illər yeniyetmələrin və gənclərin bu idman növünə olan maraqları xeyli dərəcədə artıb. Xüsusilə də qızların bu idman növünə cəlbi istiqamətindəki tədbirlərin bundan sonrada diqqətdə saxlanılacağını qeyd edib. 

Federasiya sədri yaradılan hərtərəfli şəraitə, göstərilən diqqət və qayğıya görə federasiyanın üzvləri, eləcə də idmançılar və onların vaideyinləri adından Ali Məclis Sədrinə minətdarlığını bildirib. 

Sonra Federasiyanın sədr müavini Nəriman Quliyev çıxış edərək Makedoniyanın Skopya şəhərində təşkil etdiyi XI Avropa Çempionatı barədə məlumat verib. Bildirilib ki, Avropa çempionatında ölkəmizi 190 karateçi təmsil edib ki, onlardan da 7-si muxtar respublika idmaçıları olub. Naxçıvan idmançılarının çempionatdan 5 qızıl, 2 gümüş və 11 bürünc olmaqla ümumillikdə 18 medalla vətənə qayıtdıqları qeyd edilib. 

İdmançıların valideyinləri adından çıxış edən Elmar Həsənov, Anar Hüseynov, Loğman İsmayılov və idmançılardan Vüsal Seyidov muxtar respublikamızda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə öz minətdarlıqlarını bildiriblər. 

Sonda uğurlu nəticlərlə Muxtar Respublikamıza dönən idmançılarımıza federasiyanın hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR