Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcəkdir.
Görüşün keçirilməsində məqsəd Dövlət Bayrağı Gününün qeyd olunması, muxtar respublikada futbol idman növünün kütləviliyinin və inkişafının təmin edilməsidir. Noyabrın 9-da Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək oyunda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun veteran futbolçuları ilə Azərbaycan Futbol Veteranları İttifaqının üzvləri qarşı-qarşıya gələcəklər. Qeyd edək ki, oyun saat 1500-da baş tutacaqdır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti