Bakı şəhərində “Araz” Peşəkar İdman Klubu və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə karate üzrə klublararası açıq turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 18 idmançısı da mübarizə aparıb. İdmançılarımızdan 15-i yarışlarda uğurlu nəticə göstərərək mükafatçılar sırasına düşməyi bacarıblar.
Belə ki, 6-7 yaş qrupunda 23 kiloqram çəki dərəcəsində Duyğu Rəhimzadə, 8-9 yaş qrupunda -38 kiloqram çəki dərəcəsində Rafiq Hüseynli, 10-11 yaş qrupunda 25 kiloqram çəki dərəcəsində Elxan Teymurov, 34 kiloqram çəki dərəcəsində Zəhra Məmmədova, 35 kiloqram çəki dərəcəsində Tunar Rəhimov, 12-13 yaş qrupunda 38 kiloqram çəki dərəcəsində Qafar Hüseynov və -50 kiloqram çəki dərəcəsində Abbas Əliyev bütün rəqiblərini üstələyərək turnirin qalibi adını qazanıblar. Yarışda mübarizə aparan Əli Əzizov (22 kiloqram), Sənan Səfərov (25 kiloqram), Məhəmməd Şıxəlili (42 kiloqram) və Ayan Məmmədova (42 kiloqram) gümüş, Xəyyam Məmmədov (17 kiloqram), Ruzi Məhərrəmov (19 kiloqram), Ayxan Musayev (22 kiloqram) və Ayxan Teymurov (35 kiloqram) isə bürünc medal əldə ediblər.
Ümumilikdə, idmançılarımız 7 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti